05 iyn 10:00dunya

Türkiyə ABŞ-dan istədiyini aldı - Razılaşma

Türkiyə ABŞ-dan istədiyini aldı - RazılaşmaF-35 qırıcılarının alınması ilə bağlı Ankara və Vaşinqton arasında saziş qüvvədə qalır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra deyib.

O bildirib ki, ilk F-35 təyyarəsi Türkiyəyə iyun ayının 21-i veriləcək:

"Biz Vaşinqtona bildirdik ki, ABŞ Konqresinin istifadə etdiyi hədə-qorxu dilini qəbul etmirik. Bu, qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi əvvəl planlaşdırıldığı kimi bizə iyunun 21-i veriləcək. Bu mövzuda heç bir dəyişiklik yoxdur".

Qeyd edək ki, bundan öncə "Lokid Martin” şirkəti “Türkiyə Cümhuriyyətinə F-35-lərin verilməsi” ilə tədbirini 21 iyun 2018-ci ildə “Fort Vorth”da keçirəcəyini açıqlamışdı.
XƏBƏR LENTİ
SORĞU