04 iyn 16:05dunya

Rusiya-ABŞ bazaları: Kim üstündür? – Müqayisə

Rusiya-ABŞ bazaları: Kim üstündür? – MüqayisəABŞ-ın hərbi obyektləri Rusiyanın xaricdəki hərbi obyektlərini üstələyir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Nyusvik” jurnalı çıxış edib.

“Rusiya SSRİ-nin çöküşündən sonra özünün hərbi obyektlərini sərfiyyatı azaltmaq üçün qapadıb. Rusiyanın hazırda xaricdə 21 hərbi obyekti var. Bunların sırasında Ermənistan və Tacikistanda yerləşən motoatıcı diviziyalar, Belarus və Qazaxıstanda radiolokasiya bazaları və raket sınağı poliqonları, Qırğızıstan, Suriya, Ermənistan, Vyetnam və Suriyada aerodromlar yer alıb.

ABŞ-ın isə xaricdə 700 bazası mövcuddur. Bunlardan 13-ü böyük baza, 19-u isə orta ölçülü bazadır. Digərlərini kiçik obyektlər, anbarlar təşkil edir. 600 obyekt məhz bu kateqoriyaya aid edilir.

Doğrudur, Rusiya xaricdəki hərbi obyektlərinin sayına görə ABŞ-a uduzur. Lakin bu o demək deyil ki, ruslar dünyanın hansısa hissəsinə təsir edə bilmirlər”, – məqalədə vurğulanıb.
XƏBƏR LENTİ
SORĞU