25 may 16:25dunya

Trampa İranla müharibə başlamağı qadağan etdilər

Trampa İranla müharibə başlamağı qadağan etdilərABŞ Nümayəndələr Palatasının 2019-cu il Milli Müdafiə Təqdimatı Qanununa etdiyi dəyişiklikdə İranla bağlı mühüm müddəa yer alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə etməsinin qarşısını kəsib.

“İki partiyanın dəyişikliyi yekdilliklə qəbul etməsi Trampın İranla nüvə razılaşmasından çəkilməsi və getdikcə artan düşmənçiliyə güclü bir cavabdır. Bu gün Konqres hərbi gücdən istifadə etmə səlahiyyətlərini geri almaq üçün hərəkətə keçdi”, - Nümayəndələr Palatasının demokrat üzvü Keyth Ellison bildirib.
loading...
XƏBƏR LENTİ
SORĞU