20 may 14:02dunya

Ərəb şahzadələri Trampı prezident etdi – Şok iddia

Ərəb şahzadələri Trampı prezident etdi – Şok iddiaABŞ-da keçirilən prezidenti seçkilərində qələbə qazanmaq üçün Donald Trampın komandası ərəb şahzadələri, yəhudi KİV manipulyatorları və respublikaçı investorlara yardım üçün müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” gizli mənbəyə istinadən informasiya yayıb.

Dərc olunan məlumata əsasən, 2016-cı ildə seçkilərə üç ay qalmış vacib bir görüş keçirilib. Görüşdə Donald Trampın böyük oğlu, Səudiyyə və BƏƏ vəliəhdlərinin nümayəndəsi Corc Nader və İsraildən olan KİV sahəsində mütəxəssis Coel Zamel iştirak edib. Görüşü Yaxın Şərqdə ziddiyətli keçmişə sahib olan respublikaçı Erik Prins təşkil edib.

Emissar Corc Nader oğul Trampa bildirib ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin vəliəhdləri onun atasına prezident seçkilərində qələbə qazanmaqda kömək etməyə hazırdır. KİV üzrə mütəxəssis Coel Zamel isə öz şirkətinin Trampın siyasi kampaniyasının imkanlarını artırmaq qabiliyyətindən danışıb”, - nəşr yazıb.
XƏBƏR LENTİ
SORĞU