03 may 15:13dunya

Yunanıstanda Azərbaycan icması fəaliyyətini gücləndirib

Yunanıstanda Azərbaycan icması fəaliyyətini gücləndiribAzərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev və QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Saloniki şəhər bələdiyyəsinin sədr müavini xanım Elli Xrisidu ilə görüşüblər.

Bu barədə məlumatı Avrasiya.net-ə diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib.

“Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı haqqında danışılıb. Daha sonra Saloniki Bələdiyyə Kitabxanasına Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə ediblər. Qarşıda maraqlı və iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək layihələrin reallaşdırması müzakirə olunub.

Qeyd edim ki, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 3-6 may tarixlərində Saloniki şəhərində beynəlxalq kitab sərgisində təmsil olunacaqlar. Ölkəmizin mədəniyyətinə,tarixinə,ədəbiyyatına aid kitablar təqdim ediləcək”.
Yunanıstanda Azərbaycan icması fəaliyyətini gücləndirib
XƏBƏR LENTİ
SORĞU