23 apr 10:48dunya

ABŞ-Rusiya gərginliyi artır: Növbəti zərbə daha ağır olacaq

ABŞ-Rusiya gərginliyi artır: Növbəti zərbə daha ağır olacaqABŞ-ın “Harri Trumen” təyyarədaşıyan gəmisi Aralıq dənizində qalarsa, bu, Moskva ilə Vaşinqton arasındakı mövcud durumu daha da gərginləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli Müdafiə” nəşrinin redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

“Bu yöndə veriləcək qərarı olduqca təhlükəli tendensiya olaraq görürük. Çünki yetərincə güclü gəminin Aralıq dənizində qalması onu göstərir ki, Bəşər Əsədə qarşı növbəti provokasiya vəziyyətində ABŞ daha güclü zərbələr endirə bilər”, - deyə ekspert bildirib.

İ.Korotçenko onu da əlavə edib ki, bu kimi məlumatların yayılması Vaşinqtonun rəsmi Dəməşqə qarşı gücdən istifadəni dayandırmaq niyyətində olmadığını göstərir.

Qeyd edək ki, “Harri Trumen” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında zərbə qrupu artıq Aralıq dənizindədir. Rusiya da əraziyə əlavə hərbi gəmi göndərib.
XƏBƏR LENTİ
SORĞU