13 apr 16:06dunya

Millət vəkili gənc qıza təcavüz etdi

Millət vəkili gənc qıza təcavüz etdiHindistanda iqtidar partiyasının millət vəkili gənc qıza təcavüz edib.

A24.Az xəbər verir ki, hadisə 9 ay öncə baş verib.

Hər şey təcavüzə uğrayan qızın özünü yandıraraq, intihara təşəbbüs etməsi ilə ortaya çıxıb. Qız özünü yandırmağa çalışarkən, polis ona mane olub. Gənc qız millət vəkili Kuldip Sinqx Senqar tərəfindən təcavüzə məruz qaldığı üçün bu atdığını deyib.

Qızın polisə ifadəsindən sonra millət vəkili haqqında cinayət işi açılıb. Kuldip Sinqx Senqarın vəkili, deputanın günahsız olduğunu bildirərək, cinayət işinin bağlanmasını istəyib.

Araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU