12 apr 17:10dunya

ABŞ və Rusiya ordusu üz-üzə

ABŞ və Rusiya ordusu üz-üzəABŞ Hərbi Hava Qüvvələri ilə hava döyüşündə Rusiya böyük itkiyə məruz qalacaq.

Axar.az xəbər verir ki, bu iddia “Drayv” (“The Drive”) qəzetində yer alam məqalədə əksini tapıb. Məqalədə ABŞ-ın Rusiyanın Suriyadakı mövqelərini vurmasında sonra Moskvanın ona cavab verəcəyi bildirilib. Nəticədə Suriyanın şərqində olan ABŞ-ın dəstəklədiyi Əsəd düşmənlərinin Moskvanın hədəfinə düşəcəyi vurğulanıb:

“Rus təyyarələri isə bombardmana başladıqdan sonra böyük itkilərə məruz qalacaqlar. Belə ki, onlara bu itkini F-22 Raptor qırıcıları yaşadacaq. Ruslar yeni silahlarını Suriyada daha çox İŞİD və müxalifətin üzərində sınaqdan keçirirlər. Lakin onların ABŞ hücumuna qarşı daha etibarlı sistemlərdən istifadəsi gözlənilir”.

Rusiyanın səmada ABŞ-a uduzacağını hərbi ekspert Pavel Felgenhauer də deyib. O, buna sübut kimi ABŞ ordusunun fevralın 7-də Rusiyaya bağlı qüvvələrə endirdiyi zərbəni göstərib:

“Rusiyanın taktiki batalyon qrupu o zaman amerikalılardan çox ağır zərbə aldı. Rusların o zaman havadan müdafiəsi yox idi, üstəlik onlar radioelektron mübarizə sistemlərinə də malik deyildilər. Amerikalılarda isə bu var idi. Əgər bunlar ruslarda olsaydı, amerikalılar onları kəsəndən sonra hərəkətə keçməli olacaqdılar”.
XƏBƏR LENTİ
SORĞU