06 apr 17:05dunya

19 yaşınadək canavarlarla yaşayan ispaniyalı danışdı

19 yaşınadək canavarlarla yaşayan ispaniyalı danışdıAiləsi öldükdən sonra canavarlarla birlikdə böyüyən və 19 yaşında tapılan ispaniyalı insanların yaşadığı həyatda xoşbəxt olmadığını və keçmiş həyatını gözlədiyini bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 1965-ci ildə 19 yaşında ikən İspaniyanın Sierra Morena dağlarında canavarların yanında tapılan Markos Rodrigez Pantoja "El Pais" qəzetinə danışıb. Ata-anasını itirdikdən sonra 7 yaşında ikən yanına verildiyi çobanın ölməsindən sonra, 12 il boyunca canavarlarla birlikdə yaşayıb. Hal-hazırda 72 yaşında olan Markos insanların dünyasından şikayət edir və canavarlarla yaşadığı günlərin həsrətini çəkir. Geri dönmək istəsə də, artıq digər insanlar kimi qoxuduğu üçün bunun mümkün olmayacağını bildirib. Ən xoşbəxt anlarının isə dişi canavarın onu bəslədiyi və yarasa, ceyran, ilanlarla eyni mağarada yatdığı zamanlarda qaldığını söyləyib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU