26 mar 16:55dunya

Polşa rus diplomatlarını ölkədən qovur

Polşa rus diplomatlarını ölkədən qovurRusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfirliyi məlumat yayıb.

Səfirlik Andreyevin Moskva vaxtı ilə 13:00-da XİN-ə çağırıldığını bildirib.

Diplomatın nə məqsədlə XİN-ə çağırıldığı açıqlanmayıb.

Qeyd edək ki, bu gün bir çox Avropa ölkəsinin rus diplomatları ölkədən çıxaracağı gözlənilir.

***

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı xəbərdar edib.

Bunu jurnalistlərə açıqlamasında Andreyevin özü söyləyib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.