04 mar 14:51dunya

III Dünya müharibəsi bu tarixdə başlayacaq

III Dünya müharibəsi bu tarixdə başlayacaq2150-ci ilə qədər III Dünya müharibəsi adlandıra biləcəyimiz genişmiqyaslı bir müharibə baş verəcək.

Axar.az xəbər verir ki, bu barədə Kolorado Universitetinin riyaziyyatçı alimi Aron Klauzetin “Science Advanced” jurnalında araşdırması dərc olunub.

Alimin sözlərinə görə, III Dünya müharibəsi tarixinin hesablanması üçün 1823-cü ildən 2003-cü ilə qədər olan zaman kəsiyi araşdırılıb. Bu müddət ərzində 95 genişmiqyaslı beynəlxalq konflikt baş verib. Bunlardan isə yalnız 5-i 1940-2003-cü illər arasında yaşanıb.

Yaradılan kompüter modeli tədqiq edilən zaman kəsimini təhlil edib, onların tezliyi və ağırlıq dərəcəsini müəyyənləşib. Qanunauyğunluğun analizi isə 2150-ci ilə qədər genişmiqyaslı yeni bir müharibənin başlayacağını söyləməyə əsas verib. Son yüzillikdə gərginləşən tendensiyaların dəyişməsi “daimi sülh” dövrünün 100-140 il arası davam edə biləcəyini göstərib.
XƏBƏR LENTİ
SORĞU