27 fev 11:13dunya

Səudiyyə Ərəbistanından gözlənilməz qərar - Generallar istefaya göndərildi

 Səudiyyə Ərəbistanından gözlənilməz qərar - Generallar istefaya göndərildi	Səudiyyə Ərəbistanında Baş Qərargah rəisi daxil olmaqla yüksək rütbəli hərbçilər istefaya göndərilib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Kral Salman bin Əbdüləziz əs-Səud gecə saatlarında bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən Baş Qərargah rəisi general Abdurrahman bin Salih el-Bunyan və Hava Qüvvələrinin komandiri Muhamməd bin Avad Suhaymı təqaüdə göndərilib. Kral Salman, həmçinin quru qoşunları və hava hücumundan müdafiə qoşunları komandanlarını da istefaya göndərib.

İstefalar barədə məlumat Saudi Press Agentliyi (SPA) tərəfindən yayılıb, lakin yüksək rütbəli hərbçilərin hansı səbəbdən istefaya göndərilməsi açıqlanmayıb.

İstefalar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirdiyi əməliyyatların üçüncü ilin sonlarında baş verib. Müdafiə naziri, şahzadə Məhəmməd bin Salmanın bu istefaların arxasında olduğu bildirilir.

Qeyd edək ki, ötən gün verilən qərara əsasən Səudiyyə Ərəbistanı Baş Pasport İdarəsi hava limanları və sərhəddə işləyəcək qadın əsgərlərin müraciəti üçün elan verib.
XƏBƏR LENTİ
SORĞU