20 fev 11:10dunya

ABŞ-ın gizli raketinin görüntüləri yayıldı - VİDEO

ABŞ-ın gizli raketinin görüntüləri yayıldı - VİDEO ABŞ-ın daha bir gizli silahı üzə çıxıb. "ABC7" telekanalının helikopteri Alamida dəniz aviabazası üzərindən uçarkən təsadüfən qəribə bir obyektin görüntülərini çəkə bilib. Bu isə Amerikanın heç kəsə bəlli olmadığı zənn edilən yüngül raketidir.

Raket hələki işlənmə mərhələsindədir. Onun adı yoxdur. Hələlik onun barəsində heç nə bəlli deyil. Ancaq istehsalçı şirkətin ən yüngül raket hazırlamaq niyyətində olduğu açıqlanıb.

Telekanal adıaçıqlanmayan şirkətlə əməkdaşlıq edən yerli hökumət qurumlarından bəzi sənədləri əldə edə bilib. Sənədlərə əsasən "Astra" adlanan raketin hündürlüyü 12 metrdir. O, orbitə 100 kq-a qədər yük daşıya bilər.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU