18 fev 10:06dunya

"Yaxın Şərqin ən böyük problemi ABŞ-dır"

"Yaxın Şərqin ən böyük problemi ABŞ-dır"Axar.az xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ Dövlət katibi Reks Tillersonun Yaxın Şərq səfəri barədə açıqlamasında söyləyib.

“Tillersonun səfəri ABŞ-ın bölgədəki islam ölkələrinə qarşı hərbi və siyasi planlarının məğlubiyyətlə nəticələnməsindən dolayı gerçəkləşib. İran ABŞ-ın Yaxın Şərqdəki siyasi, hərbi və təhlükəsizlik məsələlərindəki addımlarını daim izləyir. İran, İraq və Suriya davamlı əməkdaşlıqla ABŞ-ın kürd bölgələrinə sızmasına icazə verməyəcək”,- deyə o əlavə edib.
XƏBƏR LENTİ
SORĞU