27 yan 17:00dunya

Almaniyada oğurluq edən azərbaycanlı saxlanılıb

Almaniyada oğurluq edən azərbaycanlı saxlanılıbAlmaniyada çoxsaylı oğurluq etmiş azərbaycanlı və gürcü saxlanılıb.

Virtualaz.org xəbər verir ki, saxlanılan 43 yaşlı qadın və 46 yaşlı kişi Manhaym şəhərində brend geyim və parfümeriya mağazalarından 5 dəfə oğurluq edib. Oğurlanmış əşyaların dəyəri 6800 avrodan çoxdur.

Saxlanılmış şəxslərin sonuncu oğurluğu nəzarət kameraları ilə qeydə alınıb və onlar cinayət başında tutulub. Onların evində axtarış zamanı oğurlanmış əşyalar aşkar olunub.

Məhkəmə cütlüyün həbsi barədə qərar qəbul edib. Onların digər oğurluq faktları ilə əlaqəli olub olmadıqları araşdırılır.
XƏBƏR LENTİ
SORĞU