06 yan 10:58dunya

Baltik dənizi üzərində ŞOK ANLAR – ABŞ və Rusiya qırıcıları ÜZ-ÜZƏ - VİDEO

Baltik dənizi üzərində ŞOK ANLAR – ABŞ və Rusiya qırıcıları ÜZ-ÜZƏ - VİDEOABŞ-ın Hərbi Hava Qüvvələri Baltik dənizində iki Rusiya qırıcısının müşayiət edildiyini göstərən videonu dərc edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) iddiasına görə, hadisələr 23 noyabr və 13 dekabr tarixlərində baş verib.

Birinci videoya görə, Amerikanın iki F-15 qırıcısı noyabrın 23-də Rusiya Hərbi Dəniz Qüvvələrinə aid olduğu təxmin edilən iki Su-30 qırıcısını ələ keçirməyə qalxırlar.

“Ələ keçirmə Rusiya təyyarələri aviadispetçerlərin tələb etdikləri kodları və uçuş planlarını vermədikləri üçün təşkil edilmişdi”, - xəbərdə deyilir.

İkinci analoji hissədə isə dekabrın 13-də iki Su-30-un müşayiəti göstərilir. İddia edilir ki, ələ keçirmə “uçuşların bütün beynəlxalq qaydaları və təhlükəsizliyin standartlarına müvafiq olaraq” peşəkarlıqla yerinə yetirilib.

Rusiya təyyarələrinin ələ keçirilməsi üzrə hər iki hadisə zamanı Böyük Britaniyada yerləşən “Leyknxet” bazasındakı ABŞ-ın Hərbi Hava Qüvvələrinin 48-ci aviasiya qrupunun 493-cü qırıcı eskadrilyasının pilotları havaya qalxıblar.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU