31 dek 12:52dunya

Şimali Koreyanın nüvə planının arxasından Rusiya çıxdı

Şimali Koreyanın nüvə planının arxasından Rusiya çıxdıBu il ballistik raket sınaqları ilə dünyanın "ürəyini" ağzına gətirən Şimali Koreya ilə bağlı yeni iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, Şimali Koreyanın Rusiyadan aldığı inkişaf etdirilmiş texnologiya ilə ballistik raket hazırladığı irəli sürülüb.

ABŞ-ın “Vaşinqton Post” qəzeti Pxenyanın nüvə raketləri üçün istifadə etdiyi texnologiyasının Soyuq müharibə dövründə Rusiyanın istifadə etdiyi texnologiyadan bəhrələndiyini yazıb. Xəbərdə SSRİ-nin dağılmasından sonra Rusiyanın öz qüvvələrini inkişaf etdirmək üçün istifadə etdiyi texnologiyanı Şimali Koreyaya satdığı iddia olunub.

Məqalədə həmçinin, 1992-ci ildə Rusiyada nüvə raketləri hazırlayan “Makayev Raket Dizayn Bürosu”ndakı 60-dan çox elm adamının həbs edilməsi xatırlanıb. Həbs qərarına səbəb kimi də elm adamlarının Pxenyana məsləhətçi qismində getmək istəməsi göstərilib.

ABŞ, Rusiya və Cənubi Koreyadan verilən açıqlamada mövzu haqqında texniki bililəri olan elm adamlarının o illərdə Şimali Koreyaya keçərək raketlərin hazırlanmasında bilgi verdiyi təsdiqlənib.
XƏBƏR LENTİ
SORĞU