13 dek 10:27dunya

İsrail ordusunun döyüş hazırlığı: xarici qüvvələrə qarşı...

İsrail ordusunun döyüş hazırlığı: xarici qüvvələrə qarşı...İsrail ordusunun 2017-ci il ərzində keçirdiyi hərbi təlimlər ölkənin mərkəzi Livan olmaqla böyük müharibəyə hazırlaşdığı iddialarını meydana gətirib.

Axar.az xəbər verir ki, İsrail ordusu mart ayından ilin sonuna qədər 8 hərbi təlim keçirib.

Keçirilən ən böyük hərbi təlim 5-14 sentyabr tarixlərində baş tutan “Light of the Grain” təlimləri olub. 18 ay əvvəldən hazırlıqlarına başlanılan təlimin “ölkə xaricindəki qüvvələrlə mübarizə” sahəsində İsrail ordusunun hazırlığını yoxlamaq və artırmaq xarakteri daşıdığı bildirilib.

Təlimlərin ölkənin şimal sərhədlərində keçirilməsi “ölkə xaricindəki qüvvə”nin Livan olduğu fikrini formalaşdırıb. İsrail isə təlimlərin Livanda hərbi gücünü artıran Hizbullaha qarşı ordunun döyüş qabiliyyətini yoxlamaq cəhətdən vacibliyini vurğulayıb.

İsrail təşkil edilən hücum ssenarisi ilə başlayan təlimlərin bu günə qədər görülməmiş potensiala sahib olması diqqət çəkib. İsrailin sonuncu belə təlimi 1998-ci ilə təsadüf edib.
loading...
XƏBƏR LENTİ
SORĞU