29 noy 15:07dunya

İtaliya mafiyasının məşhur liderinin oğlu həbs edildi

İtaliya mafiyasının məşhur liderinin oğlu həbs edildiİtaliya mafiyası “Koza Nostra”nın mərhum lideri Salvador Toto Rinanın oğlu Cuzeppe Salvador Rina həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “La Repablika” qəzeti yayıb.

Məhkəmə Rinanın icbari əməyə cəlb edilməsi haqda qərar verib və onu 1 il müddətinə islah düşərgəsinə göndərib. O, narkotacirlərlə əlaqədə və gecə vaxtı yaşadığı evi tərk etməməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham olunub.

Qeyd edək ki, Cuzeppe Rina bundan öncə 9 il həbsxanada yatıb.

İtaliya mafiyası “Koza Nostra”nın keçmiş rəhbəri Toto Rina noyabrın 17-də vəfat edib. Rina İtaliya mafiyasının son lideri olub. O, 1993-cü ildə həbs edilib. 40 nəfərin ölümü və yüzlərlə qətlin sifarişini verməkdə ittiham edilən Rina 26 il həbs cəzasına məhkum olunub.

“Koza Nostra” XIX əsrdə Sicilyada yaranıb. XX əsrdə bu qruplaşma beynəlxalq cinayət təşkilatına çevrilib. Əsas fəaliyyət nöqtəsi ABŞ olan “Koza Nostra” uzun illər burada öz təsirini qorumağı bacarıb. Bir zamanlar mafiya hətta ABŞ-da paralel dövlət səviyyəsinə qədər qalxa bilib. 80-ci illərin ortalarında mafiya daxilindəki ailələr arasındakı münaqişələr “Koza Nostra”nı zəiflədib, onun beynəlxalq cinayət qruplaşması olma statusunu yox edib.
XƏBƏR LENTİ
SORĞU