İş adamları Ərəbistandan qaçır

İş adamları Ərəbistandan qaçırSəudiyyə Ərəbistanı iş adamları ölkədəki antikorrupsiya əməliyyatları ilə əlaqədar xarici banklar, investisiya qrupları, maliyyə konsultantları ilə danışıqlara başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb. Qəzet iş adamlarının Səudiyyə Ərəbistanındakı aktivlərini satmağa çalışdığını bildirib.

Biznesmenlər təkcə Səudiyyə Ərəbistanındakı aktivlərini yox, həm də qonşu ölkələrindəki əmlaklarından canlarını qurtarmağa çalışırlar. İş adamları Ər-Riyadın qonşu ölkələrə təzyiq edərək onların aktivlərinə həbs qoyulacağından qorxurlar.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatları keçirilib. Əməliyyat nəticəsində 200-dən çox insan həbs edilib. Onların içərisində şahzadələrin olduğu da bildirilib.