İran Suriyada baza açır

İran Suriyada baza açırİran Suriya ərazisində hərbi baza tikir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası Britaniya kəşfiyyatındakı mənbəyə istinadən yayıb. Bazanın Dəməşqin 14 kilometr cənubunda yerləşən ərazidə qurulduğu bildirilir.

Ərazinin peykdən çəkilən görüntülərində 20-yə yaxın binanın tikildiyi müşahidə edilib. Binalarla bərabər bu ərazidə nəqliyyat vasitələri üçün xüsusi qarajlar da inşa edilir. İddiaya görə, son həftələr ərzində bazaya İran generalları da gəlib.

Qeyd edək ki, bundan öncə İsrail İranın Suriyada hərbi baza açmaq istədiyini iddia etmişdi.