14 okt 06:54dunya

Rakka şəhəri İŞİD terrorçularından azad edildi

Rakka şəhəri İŞİD terrorçularından azad edildiİŞİD terror təşkilatının əsas istinadgahı olan Suriyanın Rakka şəhəri ekstremistlərdən tam olaraq azad edilib.

TASS xəbər verir ki, bu barədə cümə günü "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, quldur qruplaşmalarının sağ qalmış üzvləri "Azad Suriya Ordusu" silahlı koalisiyasının dəstələrinə təslim olublar.

Rakkanın azad olunmasına iyunun 6-da başlanılıb. Əməliyyatlarda "Azad Suriya Ordusu"na ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri havadan dəstək verib.
XƏBƏR LENTİ
SORĞU