Müharibə başlandı - ABŞ İraqa körfəzdən qoşun yeridir
ABŞ Hərbi Dəniz Donanması Yaxın Şərqə iki döyüş gəmisi göndərir.

Publika.az xəbər verir ki, məlumat ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun (USNI) rəsmi saytında yer alıb.

Bildirilib ki, iranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra Mərakeş ilə baş tutacaq birgə hərbi təlimlər təxirə salınıb və bu təlimdə iştirak edəcək gəmilər Yaxın Şərqə doğru yol alacaq.

Gəmilərdən biri “USS Bataan” çoxfunksiyalı hücum gəmisi, digəri isə ABŞ Dəniz Piyadaları 26-cı Hərəkat Taborunu (2 min 100 əsgər) daşıyan gəmidir. Onların göndərilmə məqsədi isə təhlükəsizliyi təmin etməkdir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha əvvəl Yaxın Şərqə 3 min 500 əsgər göndərəcəyini açıqlamışdı.





Ayətullah Xameneyi general Süleymani kimi öldürüləcəyindən qorxur?
İranın Ali dini lideri ayətullah Xameneyi İnqilab Keşikçilərinin “Əl-Qüds” briqadasının komandanı, general-leytenant Qasım Süleymaninin öldürülməsindən sonra öz həyatı üçün qorxmağa başlayıb.

Virtualaz.org xəbər verir ki, belə iddia ilə Yaxın Şərq üzrə ixtisaslaşmış hərbi jurnalist və bloqer Babak Taqvey (Babak Taghvaee) özünün Twitter-bloqunda çıxış edib.

Onun bildirdiyinə görə, ayətullah qorxur ki, onu da Qasım Süleymani kimi öldürə bilərlər. Taqvey yazıb ki, ötən gün ayətullah Xameneyinin başçılığı ilə keçirilən İran Təhlükəsizlik Şurasının iclasında dini liderin təhlükəsizliyinin gücləndirilməsi məsələsinin də müzakirə edildiyi ehtimalı var.

General Süleymani və “Əl-Qüds” briqadasının daha dörd yüksək rütbəli zabiti yanvarın 3-nə keçən gecə Bağdad aerportu yaxınlığında ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.