General və polkovnik şəhid oldu: 100 erməni məhv edildi - Təcili

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub. Bu, onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüf ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik", o bildirib.
Ermənistan ordusunun biabırçı görüntüləri yayıldı - VİDEODüşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Azərbaycan ordusunun Ermənistanın hərbi mövqelərinə vurduğu zərbənin görüntüləri erməni əsgərlər tərəfindən lentə alınıb. Görüntülərdə əsgərlərin artilleriya hücumuna məruz qalmış avtomobillərdəki yanğının söndürülməsinə cəhd etdiyi, lakin mümkün olmadığı bəlli olur. Əsgərlər yanğını ən primitiv üsullarla dəf etməyə çalışır. Bu da Ermənistan ordusunun texniki cəhətdən nə qədər pis və köhnə təchiz edildiyinin bariz nümunəsidir.


İrəvanda panika: cəbhədə dəhşətdir - 70 ölü, 300 yaralı... - FotoErmənistanın Tovuz təxribatına Azərbaycan Ordusunun layiqli cavab verməsi və düşmənin itkiləri haqda məlumat yaymaması erməni sosial şəbəkə istifadəçiləri və mediasının narahatlığını artırıb. Sosial şəbəkələrin erməni seqmentində isə ölkədə ciddi panikanın yaşandığı aydın sezilir.

Axar.az xəbər verir ki, ermənilər ölü dolu yük maşınlarının paytaxt İrəvana doğru getdiyini yazırlar.

Erməni sosial şəbəkə istifadəçisi Diana Aratyunyanın yazdığına əsasən, hazırda cəbhədə dəhşət baş verir.

“Qardaşım oradadır, mənə zəng edib bildirdi ki, ölü və yaralı sayımız hədsiz çoxdur. Hospitallar dolub artıq. 70 ölü, 300 yaralı olduğu bildirilir, amma bu da yalandır, ona görə ki, qardaşım gözləri ilə 3 hərbi yük avtomobilinin cəsədlə dolu getdiyini görüb. Ölü sayımız 200-dən çox olmalıdır. Biz bilmirik nə edək. Qardaşımla da əlaqəni itirmişik. Hökumət isə susur", - deyə Aratyunan yazır.
İrəvanda panika: cəbhədə dəhşətdir - 70 ölü, 300 yaralı... - Foto
Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... Ermənilərin Tovuz istiqamətində hücumunun qarşısını alan ordumuz şəhid verdi. Azərbaycan tərəfi itkilərlə bağlı rəsmi məlumat açıqlasa da, erməni tərəfi “heç bir itki vermədiyini” iddia edir.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, birincisi, döyüşdə hücum edən tərəf həmişə daha çox itki verir.

İkincisi, sosial şəbəkələrdə ermənilərin 30-dan çox itki verdiyi haqda məlumatlar yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın Feysbukda yaydığı açıqlamaya rəy bildirən ermənilərin dedikləri bunu təsdiqləyir. Misal üçün, Maria Maria adlı istifadəçi yazır:

“Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”.

Artur Minasyan adlı istifadəçi isə “17 nəfərin öldüyü, 9 nəfərin yaralandığı”nı qeyd edib.

Teresa Manasyan (Թերեզա Մանասյան) adlı istifadəçi isə itkilərə görə Ermənistan hakimiyyətinə etiraz edir: “Bütün bunlar ədalətli şəkildə nə vaxt bitəcək”.

Ermənistan tərəfinin baş verənləri Azərbaycanın üzərinə yıxmaq cəhdi də diletantlığı ilə seçilir. Şuşan Stepanyan iddia edir: “Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bizə məlum olmayan səbəblərdən Ermənistanın Tavuş rayonu istiqamətində UAZ avtomobili ilə dövlət sərhədini pozmağa cəhd ediblər. Ermənistan tərəfindən xəbərdarlıqdan sonra qarşı tərəfin hərbçiləri UAZ avtomobilni qoyub öz mövqelərinə qayıdıblar”.

Hərbi arsenalında ən müasir silahlara malik olan Azərbaycan Ordusu əməliyyata UAZ-la niyə getsin ki?!

Və yaxud, cəbhə bölgəsində deyil, dövlət sərhədində niyə əməliyyat keçirsin?!

FAKT: Ermənistanın hərbi rəhbərliyi (Fövqəladə Hallar naziri və digər yüksək rütbəli zabitlər) dünən Tavuş rayonunda olub. Rəsmi xəbərdə yüksəkrütbəli zabitlərin gəlişi adi səfər kimi göstərilir. Lakin bu səfərdən bir gün sonra baş verənlər səfərin təxribata hazırlıq olduğunu təsdiqləyir.

Ermənistanın sərhəd bölgəsində təxribatlara əl atmasının bir sıra siyasi səbəbləri var:

- Dövlət sərhədində qarşıdurma Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) nizamnaməsinə əsasən rəsmi Bakıya qarşı çıxmasına əsas yaradır. KTMT-nin üzv ölkələrinin Azərbaycanla yaxınlığı məlumdur, Ermənistan tərəfi məhz bu münasibətlərə zərər vurmaq üçün KTMT-ni fakt qarşısında qoymağa çalışır;

- Ermənistanın həyata keçirdiyi təxribatların əsas hədəfi mülki əhalidir. Burada məqsəd ABŞ-da ermənipərəst konqresmenlər - Ed Roys və Eliot Engelsin hazırladığı və Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu qorumağa hesablanmış “atəşkəsə nəzarət mexanizmini” yenidən aktuallaşdırmaq cəhdidir.

Bu təxribatın Prezident İlham Əliyevin danışıqlar prosesinin faktiki olaraq dayandığı və ATƏT-in Minsk Qrupunu tənqid etməsi fonunda baş verməsi də təsadüfi deyil. Çünki bu tənqid həmsədrləri real danışıqların aparılması üçün addımlar atmağa məcbur edir. Ermənistan tərəfi də qarşıdurma yaratmaqla danışıqların ciddi fazaya keçməsinin qarşısını almaq istəyir...
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA"Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.

"Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilmişdir. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir", - Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır:

"Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Eyni zamanda, bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".
Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədriAbşeron, Sumqayıt, Bakı şəhəri Nəsimi rayonu, Cəlilabad, Şəki və Yevlaxda yoluxma sayı çox yüksəkdir.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramılının sözlərinə görə, bu yoluxma səbəblərindən karantin rejiminin uzadılması qərarı verilib.

O həmçinin qeyd edib ki, payız ayları üçün vəziyyətə hazır olmalıyıq:

"Çünki payızda respirator xəstəliklərin güclənməsi gözlənilir".
Sərt karantin rejimi UZADILDIYeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

● Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏRMilli Məclisin bu gün keçirilən növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılmasını müzakirəyə çıxarıb.

Avrasiya.net-in məlumatına görə, bununla iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bundan əvvəl isə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.
5G vasitəsi ilə insanları idarə etmək olacaq? - Çiplər təhlükə yaratmırSon zamanlar insanları koronavirusun yaratdığı fəsadlarla bərabər 5G ilə idarə olunma düşüncəsi də təşvişə salır. Belə ki, bir qrup şəxsin iddiasına görə 5G texnologiyası və bədənə çip yerləşdirməklə müəyyən müddət sonra insanları robot halında idarə etmək olacaq. Yəni 5G orqanizmi tamamilə ələ almaq gücündə olan bir sistemdir

Maraqlıdır, doğurdan da 5G və çiplərlə insanları idarə etmək olar? Ümumiyyətlə 5G texnologiyası özündə nəyi ehtiva edir?

Məsələ ilə bağlı Modern.az-a danışan AMEA üzvü, İKT üzrə mütəxəssis Oqtay Ələkbərov 5G texnologiyasının artıq bir neçə ildir ki, tətbiq olunduğunu və Azərbaycanda da istifadə edildiyini bildirib:

“5G texnologiyası hələ 2014-cü ildən test rejimində istifadə olunmağa başlanılıb. Bu 6 il ərzində mövcud texnologiya müxtəlif mərhələlərlə sınaqdan keçirilib. Amma tətbiqin geniş formada istifadəsi 2019-cu ilin aprel ayında Cənubi Koreyada başlanılıb. Sonradan bu sıraya Çin, İsveçrə, ABŞ qoşuldu. Azərbaycanda Fvvarələr meydanında da 5G texnologiyası var və mobil operatorlarn da bir neçəsi yaxın zamanlarda bu texnologiyanı tətbiq edəcək. Amma 5G texnologiyasının tətbiq olunduğu gündən bu yana insanlarda çip yerləşdirilməsi bağlı hər hansı müzakirə getmirdi. Sadəcə pandemiya dövründə bir qrup şəxs heç bir araşdırma aparmadan bu məsələni ortalığa atdı və bu da insanlarda çaşqınlıq yaratdı. Amma indiyədək 5 G-nin insanların sağlamlığına ziyanı rəsmi formada öz əksini tapmayıb. Çünki 5G tezliyi normal 6GGHER formada istifadə olunur ki, bu da insanların sağlamlığına hər hansı formada təsir etmir. 5G ilə çipləşdirməni əlaqələndirən insanlara demək istərdim ki, ümumiyyətlə nəyisə çipləşdirmək üçün təkcə 5G texnologiyasına ehtiyac yoxdur. Bundan başqa 5G-nin koronavirusu yayması barədəməlumata gəlincə sadə araşdırma aparsaq görərik ki, bu texnologiyanın ümumiyyətlə istifadə olunmadığı İranda yoluxma sayı necə çoxdur. Amma Koreayada 5G geniş istifadə olunsa da xəstəlik orda çox yayılmayıb. Yəni bu kimi faktorlar kifayət edir ki, deyək ki, 5G-nin virusa heç bir bağlılığı yoxdur”.

Mütəxəssis deyir ki, çiplərin bədənə yerləşdirilməsi ilə insanların idarə olunması haqda fikirlər tamamilə absurddur:

“İnsanların bədəninə çip yerləşdirib onu 5G texnologiyası ilə idarə etmək məsələsi isə artıq bir neçə müddətdir var. Lakin bəziləri elə anlayır ki, onların bədənlərinəçip yerləşdərsələr robota dönüşdürüləcəklər və idarə ediləcəklər. Lakin bu belə deyil. Çip vasitəsilə şəxsin sağlıq durumu haqqında daha tez və dəqiq məlumat almaq olacaq. Bundan başqa çipdə ilkin şəxsi məlumatlar- yəni hansı millətə mənsub olma, qan qrupu və.s öz əksini tapa bilər. Yəni hər hansı orqanın çiplə idarə olunmasından söhbət gedə bilməz. 5G-nin çipə bağlanmasının səbəbi odur ki, bu texnologiyadan istifadə zamanı 1kvkm-ə 1 milyon cihaz düşə bilər. Amma 4G-də bu rəqəmm 100 min təşkil edir. Yəni 5G-də daha çox inernet bağlantısı qurmaq olduğu üçün çipləşdirmənin də radiusunu çoxaltmaq olacaq”.
Daha 478 nəfər koronaya yoluxdu, 7 ölü varAzərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.