08 okt 16:08aktual

İlham Əliyev atəşkəsin şərtlərindən YAZDI

İlham Əliyev atəşkəsin şərtlərindən YAZDI"Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir".

Avrasiya.net-in məlumatına görə, bunu Prezident İlham Əliyev özünün Twitter hesabında yazıb.

"Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir",-deyə İlham Əliyev vurğulayıb.

Ölkə başçısı onu da qeyd edib ki, Ermənistanın ünvanına əsas mesaj budur ki, "biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq".
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.