Sizin Reklam Burada

Düşmənin 550-dən artıq itkiləri var - Rəsmi

Düşmənin 550-dən artıq itkiləri var - Rəsmi
Talış kəndi ətrafında bir neçə əlverişli yüksəklik düşəndən təmzilənib.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə bildirib.

A.Eyvazov qeyd edib ki, Ermənistan ordusunun Azərbaycan ordusunun itkilərilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir:

“Ermənilər ordularındakı xaousu yatırtmaq məqsədilə real itkilərinin sayını əhalidən gizlədir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket, aritilleriya və aviasiya zərbələri endirilməklə sıxışdırılaraq geri çəkilməyə məcbur edilir.

Ermənistan ordusu döyüşlər nəticəsində 24 ədəd tank və digər zirehli texnikası, 15 ədəd ASA zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı, 8 ədəd artileriya qurğusu məhv edilib. Ölən və yaralı olmaqla canlıə qüvvə abxımından 550-dən artıq itkisi var. Düşmən itkiləri arasında aşkar edilmiş bəzi cəsədlərin Suriyadan və Yaxın Şərqdən gətirilmiş erməni əsilli muzdlular olduğunu olduğunu müəyyənləşdirmişik. Ermənistan rəhbərliyi informasiya qadağasındna sui-istifadə edərək, bu məlumatı beynəlxalq ictimaiyyətdən gizlədir.

Əlavə olaraq bildirim ki, Talış kəndi uğruda gedən döyüşlərdə düşmənin desant taborunun komandiri podpolkovnik Levninq Vordoryan məhv edilib. Onun komandiri olduğu hərbi hissəsinin şxəsi heyəti ağır itkilərə məruz qalıb. Düşmən ordusundakı yararlıların say çoxluğundan xəstəxanalarda yer qıtlğı və qan bankında ehtiyat qan çatışmazlığı mğövcuddur.

Səhər saatlarından başlayaraq, Tərtər şəhəri atəşə tutulub. Azərbaycan ordusu tərəfindən düşmənə sonuncu xəbərdarlıq edilib”.

O sözlərini general-mayor Mayis Bərxudarovdan gətirdiyi sitatla yekunlaşdırıb:

"Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”,

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər