Son dəqiqə: Bu ərazilərimiz azad edildi - Adları

Son dəqiqə: Bu ərazilərimiz azad edildi - AdlarıOrdumuz Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və Murovdağ istiqamətində bir sıra kəndlər və yükləklikləri azad edib.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov AzTV-nin canlı efirində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu məliyyat nəticəsində uzun illərdir işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və strateji yerlər azad edilib:

"Hazırkı məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murav doğı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir və sizi əmin edirəm ki, bundan sonra da sizi sevindirəcəyik!!!"