Sizin Reklam Burada

Xocalı soyqırımı bütün bəşəriyyətə tarixi bir cinayətdir - Professor

Xocalı soyqırımı bütün bəşəriyyətə tarixi bir cinayətdir - Professor
Azərbaycanlılara qarşı xüsusi amansızlıqla hazırlanmış və törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə terrorist erməni qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək, sakinlərə qarşı amansızcasına soyqırım törədildi. Xocalıya hücumdan əvvəl, fevralın 25-i axşamdan toplardan və ağır zirehli texnikadan şəhəri şiddətli atəşə tutulmağa başlamışdılar. Nəticədə şəhərdə güclü yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.

Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış 2500 nəfərə qədər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdular. Lakin, Xocalı sakinlərinin yaşamaq, düşmənin zülümündən qaçmaq üçün etdikləri bu cəhd baş tutmadı. Şəhəri yandırmış, yerlə yeksan etmiş azğınlaşmış erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə xüsusi amansızlıqla divan tutdular. Diri-diri dərisi soyulmuş, orqanları çıxarılmış, hamilə qadınların bətnindən körpəsi çıxarılıb qətlə yetirilmiş, qız və gəlinlərin cəsədləri üzərində zorakılıq əlamətləri və digər tükürpədici vəşiliklərə məruz qalmış cəsədlərlə dolu olan Xocalı “o gün” tarixinin ən dəhşətli gününü yaşadı. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: 63-ü uşaq, 106-sı qadın, 70-i qoca digərləri isə kişilər idi.

Bu qətlam nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq olmuşdur. Qətliamda 1275 nəfər əsir götürülmüşdür, 150 nəfər isə itkin düşmüşdür. 1992-ci ilin pul vahidinə görə qətliamda dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Xocalı soyqırımı haqqında dünyaya səs salmaq, bu amansız qətliamı, erməni vəşiliyinı dünya xalqlarına çatdırmaq üçün dövlət xeyli işlər görmüşdür. Ulu öndər Heydər Əliyev dövlət başçısı olduğu dövürlərdə Xocalı soyqırmının dünyaya çatdırılması üçün bütün gücündən istifadə etmişdir. Ulu öndər faciə ilə əlaqədar dünya ictimaiyyətinə və Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Artıq neçə ildir Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və bu vəşiliyi dünyaya çatdırmaq üçün “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də xeyli işlər görülmüşdür. Ölkə Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən soyqırım daima dünya ictimayyətinin diqqətinə çatdırılır. Bu qətliam real qiymətin alacağı günə qədər biz əlimizdən gələni edəcəyik. Əsirlər boyu etnik təmizləmə və soyqırım cinayətləri baş vermişdir, lakin, onlardan ən dəhşətlisi məhz Xocalı soyqırımı oldu. Ona görədə bu vəhşilik, cinayət cəzasız qalmamalı, soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar.

ADBTİA-nın prorektoru,
prof. Yusif Babanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər