Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq düşmənləri qorxuya salıb

Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq düşmənləri qorxuya salıbİyulun 27-də Milli Məclisdə qardaşlığımızın, dostluğumuzun əyani təcəssümü olan "Bakı Bəyənnaməsi" Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən imzalanıb. İmzalanan bəyannamə həmçinin ölkələrimiz arasında olan münasibətlərin daha da dərinləşdirməsinə, habelə parlament səviyyəsində də əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Maraqlıdır, Azərbaycan, Türkiyə və Pakistan parlament spikerlərinin indiki məqamda bir araya gəlməsinin iştirakçı ölkələrin maraqları baxımından siyasi əhəmiyyəti nədir? Bu bəyannamə regionda hansı siyasi dəyişikliklər vəd edəcək, hər üç qardaş ölkənin düşmənləri tərəfindən necə qarşılanacaq?

Pakistanda yaşayan beynəlxalq məsələlər üzrə ekspert, Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli Avrasiya.net-ə bildirib ki, bu bəyannamə bölgəyə siyasi təsir göstərməyəcək, çünki bu üç ölkə bir-birindən uzaqdır: "Azərbaycan və Türkiyə Avrasiya bölgəsində, Pakistan isə Cənubi Asiyada yerləşdiyindən Pakistan, Azərbaycan və Türkiyə arasında əməkdaşlığı gücləndirəcəkdir. Bununla belə, regional baxımdan təsir yaratmayacaq, çünki Avrasiya bölgəsində Rusiya və Amerika Birləşmiş Ştatları və Avropa Birliyi mühüm rol oynayır. Cənubi Asiyadan danışsaq Çin, ABŞ və Rusiya regional siyasətdə əhəmiyyətli rol oynayır. Düşünürəm ki, bu sənəd üç ölkə arasında yalnız siyasi, iqtisadi və ticarət əməkdaşlığını gücləndirəcəkdir".

Tanoli onu da qeyd edib ki, Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaqın ancaq qarşıdurma yaşadığımız ölkələrə təsir göstərə bilər: "Regional siyasət bir-birindən uzaqda yerləşən üç ölkənin ittifaqı ilə deyil, böyük güclər tərəfindən formalaşır. Bu ittifaqa digər ölkələri də cəlb edə bilərik, lakin bu, digər ölkələr üçün bir təhlükə olacaqdır. Pakistan, Azərbaycan və Türkiyə arasındakı bu əməkdaşlıq bölgədə və dünyada deyil, Ermənistan və Hindistan kimi ölkələr üçün təhlükə kimi qəbul edilə bilər.

Dünyaya və ya böyük güclərə heç bir təsir yaratmayacaq, çünki Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq NATO kimi bir hərbi ittifaq deyil, siyasi, iqtisadi və ya ticarət əməkdaşlıqları üçündür. Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq müsbət təsir göstərəcək və bura Orta Asiya dövlətləri ilə yanaşı Orta Şərq ölkələrini də cəlb edə bilərik. Fikrimcə, burada Mərkəzi Asiya ölkələrinin iştirakı ticarət, iqtisadi və siyasi əməkdaşlığın gücləndirilməsində çox vacib rol oynayacaqdır".

Tanolinin fikrincə, hər üç ölkələrin parlamentləri arasında çox güclü əməkdaşlıq mövcuddur.

Tanoli həmçinin qeyd edib ki, Milli Məclisdə keçirilən görüş və imzalanan Bəyənnamə yalnız parlament əməkdaşlığını gücləndirməyə deyil, həm də ümumi əlaqələri, milli məsələlərdə qarşılıqlı dəstəyi artırmağa xidmət edir. “Üç qardaş ölkə arasında siyasi əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək. Çünki bundan öncəki son görüş “İslamabad bəyannaməsi”nin imzalanması ilə başa çatdı və orada üç ölkənin siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək istədikləri bildirildi”.

Onun fikrincə, Bakı görüşünün siyasi əhəmiyyəti də böyükdür. Bu ölkələr siyasi müstəvidə demək olar ki, birlikdə hərəkət edirlər. Bu baxımdan parlament rəhbərlərinin görüşü üç dövlətin qanunverici orqanları arasında əməkdaşlığa öz töhfəsini verəcək.