Gürcüstanda 12 yaşlı məktəbli ana olubGürcüstanın paytaxtı Tbilisidə 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Birinci Universitet Klinikasının həkimi Lali Turdzladze “Ambebi” portalına açıqlamasında ana və körpənin vəziyyətinin yaxşı olduğunu bildirib. Yeniyetmənin bir neçə saat əvvəl Rustavidən paytaxta çatdırıldığı açıqlanıb. Azyaşlının hamilə qalarkən 11 yaşının olduğu və 6-cı sinifdə oxuduğu açıqlanıb. Məlumata görə körpənin atası da azyaşlıdır.

Seksual xarakterli cinayət faktı ilə bağlı araşdırmalara başlanılıb.


İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıbİranda etirazlarda 440 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda İnsan Haqları Fəalları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 61-i yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 059 nəfər həbs olunub. Onlardan 3 212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 555 nəfər tələbədir. Nümayişlərə 163 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 56 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda İnsan Haqları Fəalları (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.
ABŞ İrana qarşı sanksiyaları genişləndirdiABŞ İrana qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə 3 iranlı məmur "qara siyahı"ya salınıb.

Qeyd edək ki, İranda əxlaq polisinin nəzarəti altında vəfat edən Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində yüzlərlə şəxs həlak olub.
İlham Əliyevə görə qırıcılar havaya qaldırıldı - FotoSerbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.

Avrasiya.net xəbər verir ki, bu görüntüləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında paylaşıb.

Bununla yanaşı, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.

Qeyd edək ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb. Dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.