İranda azərbaycanlı gənc qətlə yetirilib - FOTOGüney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi qeyd edilib.

Sepehrin yaxınları qətlin səbəbini gizlətmələri üçün hakimiyyətin onun ailəsinə basqı etdiyini bildiriblər.
Ərdoğandan terrorçulara xəbərdarlıq: "Bu, hələ başlanğıcdır""Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".

Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.
“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm” - Manaf AğayevMüğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib.

Bu haqda sənətçi “Günün sədası” verilişində danışıb.

O bildirib ki, Zülfiyyə maşını yüksək sürətlə sürür: “Avtomobillə oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomibil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”. (axsam.az)
Bakıda müəllim turşudan zəhərlənərək öldü - FOTOBakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.

Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.

Mərhum ailəli olub, iki övladı var.
İsrail agentləri SEPAH polkovnikini məhv etdiSEPAH hava-kosmik qüvvələrinin polkovniki Davud Cəfəri Suriyanın Dəməşq şəhəri yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

SEPAH bombanın İsrail agentləri tərəfindən basdırıldığını bildirib.
İsraildəki terror aktına görə 3 nəfər tutulubYerusəlimdəki partlayışlarla əlaqədar 3 nəfər saxlanılıb.

Xarici KİV xəbər verir ki, saxlanılanlar fələstinlidirlər.

Çərşənbə günü İsrailin Yerusəlim şəhərindəki mərkəzi avtovağzal yaxınlığında partlayış olub. Hadisə nəticəsində 22 nəfərin yaralandığı, 1 nəfərin öldüyü bildirilib.

İsrail rəsmiləri hadisənin terror aktı olduğunu bəyan ediblər.
“AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıbNoyabrın 22-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təqaüd komissiyasının üzvü – "AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev və müsabiqə qalibləri iştirak ediblər.

Tədbirdə Təqaüd proqramı haqqında ətraflı məlumat verilib, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan sonuncu kurs bakalavr və magistrları əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

Daha sonra komissiya üzvü “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib.

Sonda təqaüd proqramını qazanmış tələbələrə təltifnamə və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Təqaüd proqramı” müsabiqəsində iştirak etmək üçün 144 nəfər müraciət edib. Müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış 20 namizəddən müsahibə mərhələsini keçən 9 tələbə qalib adını qazanıb. Qaliblərdən 5 nəfər Baki Ali Neft Məktəbinin, 3 nəfər Bakı Dövlət Universitetinin, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.

Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədilə 9 qalibin hər biri üçün 9 ay müddətində aylıq 200 AZN olmaqla, ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə başlanılacaq. Təqaüd proqramının qalibi olmuş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.



Partiya sədrindən iqtidara ÇAĞIRIŞ“Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur. Amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır”.

Avrasiya.net xəbər verir k, bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.

"Gəlin görək, hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var. Belə olan halda hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit istiqamət yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabat mühiti olsun”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.
İranda dəhşət: həbs edilən qızlar zorlanırİranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.

Axar.az xəbər verir ki, CNN həbs edilənlərin bir çoxunun həbsxanalarda və polis bölmələrində təhqiredici rəftara məruz qalırdığını yazıb.

“Aksiyalarda iştirak edən 20 yaşlı qız polis bölmələsində cinsi zorakılığa məruz qalıb. Kürd əsilli Xana (təhlükəsizlik məqsədilə adı dəyişdirilib – red.) saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Onun saxlanıldığı ərəfədə anasına Mahabad şəhərindəki həbsxananın müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını heç bir halda qızlarını evdən buraxmamağa çağırıb, səbəb kimi deyib ki, İran həbsxanalarında qadınlarla çox pis rəftar olunur. Buna baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadın kimi hicabını açıq şəkildə yandırıb. Polis onu, bir neçə qadını və 13-14 yaşlı yeniyetmələri polis bölməsinə aparıb”, - məlumatda deyilir.

Xana nəşrə bildirib ki, burada onlara cinsi təcavüz edilib:

“Kamera yoldaşları Xanaya baş verən zorlamalar barədə danışıblar. O özü də saxlanılan yeniyetmələrdən birinin bacısının polisin dindirmə otağında zorlanmasının şahidi olub. Buna etiraz edən qızın bacısını isə polis dəyənəklə döyüb. Xana da zorakılığa məruz qalıb. O bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və orada cinsi əlaqə qarşılığında ona azadlıq vəd edərək hücum edib”.

Bildirilir ki, Xananın müsahibəsi zamanı qızın boynunda qançır izi görünüb:

“İnsanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur. Çünki polis qadınları qorxudur. Onlar qadınları hədələyir ki, başlarına gələnləri deməsinlər. Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib”.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb:

“İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov kokteyli” aşkar etdiyini deyib. Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılmışdı. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər. Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub, həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Onun hekayəsi ictimailəşəndə ​​polis qızı xəstəxanadan aparıb. Qızın yerli həbsxanaya köçürüldüyü bildirilsə də, bu məlumat tam təsdiqini tapmayıb. Baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxladıq, lakin Armitanın heç bir qeydinin qalmadığını bildirdilər”.

Kəlbəcərin təbii enerji potensialı mövcuddur Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.

Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında düşmən tərəfindən işğal edilmişdi. Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində Kəlbəcər yağı düşmənə müdafiəsiz qurban edildi. Bütün bunların nəticəsində deyə bilərik ki, Kəlbəcərin işğal edilməsində, 511 dinc sakinimizin öldürülməsində, 321 nəfər dinc insanımızın əsir götürülməsində, 53 minə yaxın soydaşımızın öz doğma yurdlarından didərgin düşməsində düşmənlərimiz qədər bu cinayətin törədilməsinə şərait yaradan AXC-Müsavat hakimiyyəti də məsuliyyət daşıyır.

Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin relyefi dağlıq olan Kəlbəcər rayonu təbii ehtiyatlarının zənginliyi baxımından da xüsusi olaraq fərqlənir.

İşğaldan öncə sovet dönəmində Dağlıq Qarabağ və ətraf ərazilərin enerji potensialı olduqca yüksək olub. Belə ki, bu illərdə Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə də zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Bundan əlavə olaraq qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə, o, cümlədən Kəlbəcərdə geotermal enerji potensialı mövcuddur. Statistik məlumatlara görə Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün termal su ehtiyatları vardır.

Təssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olduğu 27 il ərzində Kəlbəcər rayonu da digər işğal altında olan ərazilərimiz kimi erməni vandalizminin qurbanına çevrildi. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Lakin sevindirici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri sübut edir ki, biz bu torpaqların sahibləriyik.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri