Prokuror Əli Əliyevə 4 il cəza istədiProkuror Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

İttihama görə, Ə.Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək xəsarət yetirib. Partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Qeyd edək ki, VİP sədri Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

Ə.Əliyev Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Ruslar döyüş yoldaşlarının cəsədlərini yandırdıRus hərbçiləri Xersondakı zibilxanadan ölmüş yoldaşlarının cəsədlərini yandırmaq üçün istifadə ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” yerli sakinlərə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri qara çantalarla dolu yük maşınlarının zibilliyə necə gəldiyini, sonra isə onların yandırıldığını gördüklərini bildiriblər:

“Havada yanmış saçın kəskin qoxusu hiss olunub. Ukrayna hakimiyyəti bununla bağlı şərh vermədi. Adını açıqlamayan yerli rəsmi isə bildirdi ki, Ukrayna tərəfi düşmən dəfnlərində maraqlı deyil”.
Salyanda 60 yaşlı kişinin namus üstə başı kəsildi – Şok təfərrüatSalyanda baş verən qətl hadisəsi ilə bağlı inanılmaz təfərrüat yayılıb.

Avrasiya.net xəbər verir ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılmışdı. Salyan Rayon Polis Şöbəsi tərəfindən aparılan tədqiqat nəticəsində meyitin Etibar Qüdrət oğlu Məmmədov olduğu aydınlaşmışdı.

Bildirilir ki, qətl Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Etibar Məmmədovun VAZ 2107 markalı avtomobili ilə Salyan-Neftçala avtomobil yolu ilə Neftçala rayonuna doğru hərəkət etdiyi zaman baş verib. O, naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İzi itirmək məqsədi ilə meyit Salyan-Neftçala yolundan 2 km məsafədə yerləşən Xocalı kəndi ərazisinə (Salyan rayonu) aparılıb və kənd sakinlərindən birinin evinin qarşısına atılıb. Daha sonra geri qayıdan naməlum şəxs (və ya şəxslər) VAZ 2107 markalı avtomobili rayonun Kürqaraqaşlı kəndi ərazisindəki su kanalına atıb.

E.Məmmədovun 19 bıçaq zərbəsi ilə, amansızlıqla qətlə yetirildiyi, qətlə yetirildikdən sonra isə başının kəsildiyi iddia edilir. Bu amansızlıq isə olayın namus üstdə baş verdiyi haqda versiyanın yaranmasına səbəb olub.

Qeyd edək ki, hazırda rayonun hüquq-mühafizə orqanları qatillərin tapılması istiqamətində axtarış tədbirlərini davam etdirirlər. VAZ 2107 markalı, salonunda qan izləri olan maşın artıq kanaldan çıxarılıb.
Fransadan Ermənistana RƏDD CAVABIFransa rəsmiləri Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı Xaçatryanın Fransada olması müəyyən edilib. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət göndərilib. Lakin Fransa Ermənistanın müraciətini rədd edib.

Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.

Kukla Teatrındakı yoxlamanın səbəbi açıqlandı - RƏSMİAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

Bu barədə Avrasiya.net-ə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat evrilib.

Bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb:

"Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək. Bütün media mənsublarına göstərdikləri diqqət və anlayışa görə təşəkkür edirik".
Bakıda mühüm konfrans keçirilirBakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilir.

Avrasiya.net xəbər verir ki, toplantıda YAP sədrinin müavini – Mərkəz Aparatın rəhbəri Tahir Budaqov, ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-Yong, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Tədbirdə çıxış edən T.Budaqov bildirib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var:

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda xalqların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşaraq və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”

O həmçinin qeyd edib ki, 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb:

“Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum sanksiyasını da icra edib”.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-Yong dünyanın COVİD-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb.

Toplantıda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Afif Demirkıran isə deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər:

“Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.

Afif Demirkıran Türkiyənin Qara dənizdə “taxıl dəhlizi”nin yaradılması istiqamətində gördüyü işlərdən danışıb:

“Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir”.

Konfrans hazırda davam edir.
Avtobusda halı pisləşən məktəbli ÖLDÜGəncədə 12 yaşlı yaşlı məktəbli vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu gün səhər saatlarında Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü R. Rəhimli məktəbə gedərkən avtobusda halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Məlumata görə, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.
Ermənistan İranla əlaqələri gücləndirirTehranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan iranlı həmkarı Əli Baqeri Kani ilə görüşüb və bu görüşdə tərəflər ikitərəfli münasibətlər və regional hadisələri müzakirə edib, fikir mübadiləsi aparıblar.

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, xarici işlər nazirlərinin müavinləri görüşdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması və regiondaxili əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Baqeri Kani isə öz növbəsində İran və Ermənistan arasında əməkdaşlığın hərtərəfli genişləndirilməsini iki xalqın mənafeyinə və Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinin xeyrinə adlandırıb. O, bu məsələdə İslam Respublikasının qətiyyətini vurğulayıb, qeyd edib ki, İran bu əməkdaşlığı daha da genişləndirəcək.

İran İslam Respublikasının ölkəsinin ərazi bütövlüyünü dəstəkləməkdə tutduğu mövqeni yüksək qiymətləndirən Səfəryan Ermənistanın iki dövlət arasında, xüsusilə də iqtisadi və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirmək iradəsinə işarə edib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Xaçmaz rayonunda gənclər arasında Vətən müharibəsinə həsr olunmuş intellekt turniri keçirilibXaçmaz şəhər 7 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq ə tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında cətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı İmran Müseyibli, Xaçmaz Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Ceyhun Fərzəliyev bu əhəmiyyətli tədbiri Xaçmaz gəncləri üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Xaçmaz rayonunun müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən, tələbələrdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda qalib və mükafatmılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.
Layihə çərçivəsində bu günədək Siyəzən, Şabran və Qusar rayonlarında keçirilən tədbirlərdə 150 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Növbəti tədbirlərin Quba rayonunda keçirilməsi nəzərdə tutulub.


Rusiya Türkiyəni Suriyadakı əməliyyatları dayandırmağa çağırırRusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırır.

Modern.az “Ria Novosti”ə istinadən xəbər verir ki, Lavrentyev çağırışında “bölgədə gərginliyin artmasına yol verilə bilməz” deyib.

O, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqların 19-cu raundunun əvvəlində bildirib: “Biz türk həmkarlarımızı Suriyanın təkcə şimal və şimal-şərq bölgələrində deyil, bütün ərazilərində gərginliyin artmasının qarşısını almaq üçün müəyyən təmkin nümayiş etdirməyə çağırırıq”.

Lavrentyevin sözlərinə görə, bu məsələ ilə bağlı bütün maraqlı tərəflərlə iş davam etdirilməli, “kürd məsələsi”nin sülh yolu ilə həllinə çalışılmalıdır.

Lavrentyev qeyd edib ki, Türkiyə Suriya və İraqdakı hava əməliyyatı ilə bağlı Rusiya Federasiyasını əvvəlcədən xəbərdar etməyib, məsələ Astanadakı görüş zamanı müzakirə olunacaq.

"Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkinməyə inandıracağıq", - Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib.

O əlavə edib ki, Türkiyənin Suriya və İraqa endirdiyi zərbələr noyabrın 13-də İstanbulda törədilən terror aktı ilə təhrik edilib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi onu da vurğulayıb ki, ilin əvvəlindən Moskva Ankaranın mümkün quru əməliyyatı ilə bağlı bəyanatları fonunda Türkiyənin Suriyada quru əməliyyatının qarşısını almaq üçün əlindən gələni edib.