Azərbaycanda 50 nəfər siyasi partiya təsis edə biləcəkAzərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.

"Report"un xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb.

Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
İranda etirazlarda öldürülənlərin sayı 419-a çatıbİranda etirazlarda 419 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda İnsan Haqları Fəalları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 60-ı yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 17 451 nəfər həbs olunub. Onlardan 3 024 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 540 nəfər tələbədir. Nümayişlərə 142 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 155 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda İnsan Haqları Fəalları (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.
Bakıda şagird sinif yoldaşına xəsarət yetiribPaytaxtdakı 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İdarədən verilən xəbərə görə, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.

Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

Onu da qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.
MHP sədri Prezident İlham Əliyevi təbrik etdiMilli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə təbrik edib.

MHP mətbuat xidmətindən verilən məlumata görə, təbrik məktubunda deyilir:

"Cənab Prezident!

Sizi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq ölkəmizin siyasi həyatına vəsiqə qazanmış və ötən müddət ərzində hər zaman milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin dəstəkçisi olduğunu sübuta yetirmiş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümü münasibətilə təbrik edir və Sizə sədri olduğunuz bu böyük siyasi təşkilatın gələcək fəaliyyətində uğurlar diləyirik!

Siz sıradan bir partiyanın yox, Zəfər partiyasının, qələbələr partiyasının liderisiniz. Məhz Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə edilib, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olunub. İnanırıq ki, Azərbaycan qarşıdakı illərdə də Sizin rəhbərliyinizlə yeni tarixi nailiyyətlərə imza atacaq.

Biz Milli Həmrəylik Partiyası olaraq Sizi dövlətimizin başçısı kimi, Müzəffər Ali Baş Komandan kimi və Yeni Azərbaycan Partiyasının sədri kimi bütün işlərinizdə və təşəbbüslərinizdə dəstəkləyirik!

Hörmətlə:
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının sədri"
“Hacı məni ailəmlə təhdid edirdi” - Terrorçu qadının ifadəsiNoyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədən suriyalı Əlham Əlbəşirinin polisə verdiyi ifadələr məlum olub.

Avrasiya.net xəbər verir ki, terrorçu qadın 6 nəfərin ölümünə səbəb olan partlayışı törətməzdən əvvəl qorxunu aradan götürən dərmanlar içdiyini söyləyib.

“Hacı adlı terrorçu məni Menbiçdə olarkən ailəmlə təhdid etdi. Mənə söylədi ki, Bilal adlı şəxsin hər dediyini etməlisən. Biz Bilalla Türkiyəyə gəlməli olduq. Bir müddət Türkiyədə qaldıq. Hadisə günü məni İstiqlal küçəsinə apardı. O, mənə həb verdi. İlk dəfə idi ki, Bilal özünü yaxşı aparırdı. Taksi çağırıb yola düşdük. Yolda kiminləsə danışıb getdi. Əlindəki çantanı mənə uzadaraq ərazini tərk etdi. Çantanı götürüb maşından düşdüm. İstiqlal küçəsinə doğru getməyə başladım. İstiqlal küçəsinə daxil oldum. Çantaya baxanda cips, tort gördüm, aşağı hissədə paket vardı. Qorxdum, “112 qaynar xətti”nə zəng vurdum. Türk dilində bilmədiyim üçün telefondakı adamla danışa bilmədim. Mən qorxurdum. Bu vaxt Hacı zəng vurub, mənə arxadan çəkilmiş fotomu göndərdi. Mən heç nə anlamadan Hacı dedi ki, “çantanı qoy, get. Başqası gəlib çantanı alacaq”. Bundan sonra mən çantanı qoyub getdim”, - deyə terrorçu qadın ifadəsində vurğulayıb.

Qeyd edək ki, noyabrın 13-də İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Hadisə ilə əlaqədar 50-dən çox şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Azərbaycanın İrandakı eks-səfiri Vilayəti barədə iddiaları RƏDD ETDİAzərbaycanın İrandakı keçmiş səfiri (1992–1994-cü illər), tarix elmləri doktoru Nəsib Nəsibli İslam Respublikasının ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Azərbaycan-İran əlaqələri haqqında çıxışına reaksiya verib.

Avrasiya.net-in məlumatına görə, Nəsib Nəsibli Vilayətinin əslən azərbaycanlı olduğu barədə sosial şəbəkələrdə tirajlanan iddiaları rədd edib.

“2006-cı ildə İran dövləti rəsmi “İran” qəzetində türklük şüuru daşıyanlara “həşərat” dedi. O zaman millətimiz 50 gənc qurban verib, “Haray, haray, mən Türkəm!” deyib, öz varlığını qorudu.

İndi ali dini rəhbərin müşaviri Əli Əkbər Vilayəti durub “siz azərisiniz (azərbaycanlısınız), farsa qardaşsınız, hətta elə özümüzsünüz” deyir. Aftafadaşıyanlar da “onun əsli-nəsli Ərdəbillidir” deyə, yalan uydururlar. Yox elə bir şey! Bu, bir zamanlar məqaləsində “Turan da bizimdir, köçəri farsların məskənidir” deyən adamdır”, - Nəsib Nəsibli Əli Əkbər Vilayəti haqda açıqlamasında deyib.

Keçmiş səfir N.Nəsibli bildirib ki, Əli Əkbər Vilayətinin yanlış iddialarla dolu, yanlış tərcümə edilən yazısını düzgün oxumaq lazımdır.


Xatırladaq ki, İran ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayati "Tasnim" Agentliyi üçün yazdığı məqalədə İranın Azərbaycan Respublikasına hücum etmək niyyətində olduğuna dair iddiaları təkzib edərək, hər bir azərbaycanlının iranlı, hər iranlının isə azərbaycanlı olduğunu deyib.

Vilayəti İslam Respublikasının Azərbaycan Respublikasına hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığı barədə şayiələrə görə İrana qarşı irəli sürülən iddiaları rədd edib.

Onun sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib, əksinə, həmişə onlara diqqət və onların hamısı ilə müsbət münasibət saxlamaq istəyini nümayiş etdirib.

"Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə bədniyyətlilikdən İranın Azərbaycan Respublikası ilə vuruşmaq istədiyi barədə şayiələr yayıblar. Bu, İrana qarşı ən alçaq böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir qonşu ölkəyə, xüsusən də eyni irqdən, dildən, dindən, məzhəbdən, adət-ənənədən, tarixdən olan insanlara, yəni Azərbaycan Respublikası xalqına hücum etmək planı yoxdur. Azərbaycan gözümüzün işığıdır", - Əli Əkbər Vilayəti məqaləsində bildirib.

Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub. İndi isə o, İran ali dini rəhbərinin beynəlxalq məsələlər üzərə xüsusi müşaviridir.
Bakıda ana və oğlu itkin düşdüBakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

Avrasiya.net xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Yeganə Kərəm qızı İbrahimova 6 yaşlı oğlu Ayxan Orxan oğlu Abbasovu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Bakının bu ərazisində söküntü başladıNəsimi rayonunun "Papanin" kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.

Söküntü işləri əsasən həyət evlərinə aiddir.

Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar.

Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.
Qazaxıstanda seçkilərin ilkin nəticələri açıqlandıQasım-Jomart Tokayev Qazaxıstanda keçirilən prezident seçkilərində 81,31% səslə qalib gəlib.

Avrasiya.net xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov səsvermənin ilkin nəticələrini açıqlayarkən deyib.

Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.
İran İraqı vurdu: ölənlər varİran ordusu İraqın Kürdüstan vilayətinə raket zərbələri endirib.

Bu barədə İNA agentliyi məlumat yayıb.

Məlumata görə, raket zərbələri Ərbil və Süleymaniyyədə yerləşən kürd partiyalarının mənzil-qərargahlarına endirilib.

“Şəfəq Nyus” isə yazıb ki, İran ordusu Bahirka şəhərində yerləşən qaçqın düşərgələrini də atəşə tutub. Nəticədə ölənlərin olduğu deyilib.

Ərbildəki ABŞ konsulluğunun binasında hava həyəcanı siqnalı işə salınıb.