İranda 400-dən çox etirazçı ÖLDÜRÜLÜBİranda keçirilən etiraz aksiyalarında 402 nəfər həlak olub.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları təşkilatı məlumat yayıb.

Bildirilib ki, ölənlərin 58 nəfəri yaşı 18-dən az olanlardır.

Sentyabrdan başlayan aksiyalar zamanı 16 813 nəfər həbs olunub. Həbs edilən şəxslərdən 524-i tələbədir.

Bundan əlavə, qeyd olunub ki, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 əməkdaşı öldürülüb.

Xatırladaq ki, bu ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.

12 yaşlı qız dəm qazından boğulduQəbələdə 12 yaşlı qız dəm qazından boğularaq ölüb.

Avrasiya.net xəbər verir ki, rayonun Zarağan kənd sakini, 2010-cu il təvəllüdlü Aylin Rüstəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Yeniyetmə qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
İranın hərbi-polis qüvvələri Zəncanda 12 yaşlı yeniyetməni qətlə yetiribGüney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb.

Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub.

Məlumata görə, etirazlarda 402 nəfər həlak olub.

Bildirilib ki, İranda keçirilən etiraz aksiyalarında hərbi-polis qüvvələrinin qətlə yetirdiyi 58 nəfərin yaşı 18-dən az olanlardır.
Rusiyada 23 min nəfər həbsxanadan yoxa çıxdıRusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb.

Axar.az xəbər verir ki, bu barədə “Mediazona” nəşri yazıb.

Nəşr qeyd edir ki, məhbusların sayının azalması “Vaqner” özəl hərbi şirkətinə döyüşçülərin cəlb edilməsinə görədir.

Bildirilib ki, avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 326 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.
Meyiti tapılan tələbənin atası Prezidentdən KÖMƏK İSTƏDİBir müddət öncə Bakıdakı kirayə mənzildə asılmış vəziyyətdə meyiti tapılan Azərbaycan İqtisad Universitetinin (UNEC) 19 yaşlı tələbəsi Şəhriyar Səmədovun atası Şahin Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib.

Avrasiya.net xəbər verir ki, mərhum tələbənin atası oğlunun intihar etməsi barədə iddialarla razılaşmayaraq,bu hadisədə qaranlıq məqamların olduğunu vurğulayıb və ölkə başçısından kömək istəyib. O, müraciətində bildirib:

“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cü kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı.

Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyərdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın?
Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə mağistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün ASAN Xidmət-ə müraciət etmişdi. 4 gündən sonra əmisi oğlunun toyunda iştirak etmək üçün rayona gəlməyə hazırlaşırdı. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etdi?

Mən bu müraciətlə cənab Prezidentə, Baş prokurora müraciət edirəm:

Axı biz hüquqi dövlətdə yaşayırıq. Konstitutsiya ilə hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur. Bəs niyə belə istedadlı gəncin ölümündən 43 gün keçib, Nizami Rayon Prokurorluğunda hələ də cinayət işi açılmayıb? Bir toyuq oğurlayana cinayət işi açıldığı halda, bəs nə mane oldu bu işin açılmağına ki, prokurorluğun müstəntiqi maraqlı olmadı? Yalnız ehtimallarla, izahatlarla bu işi ört-basdır etməyə çalışırlar.

Cənab Prezident, vənab Baş prokuror,

mənim övladımın intihar etməsi çox şübhəlidir: ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər. Nizami Rayon Prokurorluğunda bu müddətdə cinayət işinin açılmaması, ört-basdır edilməsi şübhələrimi daha da artırır.

Sizdən xahiş edirəm mənim oğlumun ölüm səbəbinin ciddi araşdırılması işini nəzarətinizə götürəsiniz.

Əks təqdirdə sizə açıq şəkildə bəyan edirəm, ədalətsizliyə etiraz olaraq mən də tezliklə öz həyatıma qəsd edərək balama qovuşacağam. Buna heç şübhəniz olmasın”.
Lənkəranda axund qəzada öldüLənkəranda yol qəzası baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motosikleti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
TDT Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?TDT ölkələrinin Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıması və onun bərabərhüquqlu üzv kimi təşkilata qəbulu qeyri-mümkün deyil, lakin bunun üçün vaxt lazımdır.

Bu sözləri Axar.az-a Türkiyənin Bandırma On Yeddi Eylül Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor İsmayıl Şahin deyib.

Professor TDT ilə Şimali Kiprin əlaqələrinin möhkəmləndirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb:

“Şimali Kipr Türk Respublikası TDT-nin Orta Asiyadan Aralıq dənizinə kimi uzanan gücə çevrilməsində xüsusi bir rol oynaya bilər. Ayrıca bu strateji addımın (Şimali Kiprin TDT-yə müşahidəçi üzv olması – red.) Kipr məsələsində türklərə qarşı qurulan oyunun aradan qaldırılmasına təsir göstərməsi mümkündür. Avropa Birliyi və digər aktorların Şimali Kiprin TDT-yə müşahidəçi üzv olması əleyhinə çıxışları isə onların qardaş ölkədəki türk xalqının mənfəətlərinə qarşı olduğunun açıq təzahürüdür. Şimali Kipr uzun illərdir ki, İslam Əməkdaşlığı Təşkilatında və TÜRKSOY-da müşahidəçi üzv statusundadır. Yəni ŞKTR-in müşahidəçi üzv qəbul olunmasının çoxlu örnəyi var. Şimali Kiprin müstəqilliyinin tanınması və tamhüquqlu üzvlük məsələsini yaxın gələcəkdə daha çox beynəlxalq geosiyasət və siyasi konyektura müəyyən edəcək. Hazırda TDT ilə Şimali Kipr arasında əlaqələrin gücləndirilməsi niyyəti var və bunun təməlində strateji ağıl dayanır. Tələskənlik etmədən, düşünülmüş və strateji addımlar atmaqla TDT və Şimali Kipr Türk Respublikası arasındakı əlaqələr dərinləşdirilə bilər”.
Yevlaxda ər arvadını boğaraq öldürdüNoyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən şənbə günü Avrasiya.net-ə bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.
"Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minilliklər öncəyə gedib çıxır"Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarını qəbul etməsi çox sevindirici haldır.

Qardaş Azərbaycan hökumətini və xalqını bu tarixi və əlamətdar qərarın qəbul edilməsi münasibətilə alqışlayırıq. İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır.

Əsrlər və yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır. İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Bu dostluq və qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir.

İsraildə Azərbycanın Səfirliyinin açılması hər iki ölkə‚ dövlət və hər iki xalq üçün uğurlu və düşərli olacaq və münasibətlərin daha da dərinləşməsinə təkan verəcək. Bu‚ hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi