Deputat: "Fransa düşmən dövlət elan edilməlidir"“Fransa düşmən dövlət elan edilməlidir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Milli Məclisin Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı hazırladığımız bəyanat ciddi olmalı və güzəştə gedilməməlidir” - deputat vurğulayıb.

O qeyd edib ki, fransızlar tarix boyu çoxlu qan töküb:

“Düşmən necə olur?! Hesab edirəm ki, Fransa əsl düşməndir. Ona görə də Fransa düşmən dövlət elan edilməlidir.

Düşmənçiliyin bundan artıq səviyyəsi olmaz. 1500 il bundan dünyanın əksər dövlətləri dünya üzərində yox idi. Bu nə ağıldır? Yalnız bir səbəb var ki, türk və müsəlmanlara qarşı ciddi nifrət var. Təklif edirəm ki, təcili şəkildə Fransada olan səfirimiz məsləhətləşmələr üçün bağlı geri çağırılsın. Azərbaycandakı Fransa səfirliyi, bütün diplomatik korpus hamısı bizə lazım deyil. Onların şirkətləri belə halda bizə lazım deyil.

Bu andan dövlətimiz ətrafında milli birlik yaratmaq lazımdır. Özünü demokratik elan edən Fransa bizlərə zülm edir. Ayıq olmalıyıq və vahid mövqedən çıxış etməliyik. Biz nə qədər ki, Fransanın məkrli planlarına qarşı çıxanlarla diplomatik və digər əlaqələri gücləndirməliyik. Tək öz qüvvəmizə inanıb düşməni zəif bilməməliyik. Düşmən astanamızdadır. Xalq bilməlidir ki, hər an başımıza iş gələ bilər”.
Şəhid ailəsi statusunun verilməsi qaydası dəyişdiŞəhid ailəsi statusu gizir və zabit heyəti üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi arayışlarla da təsdiq olunacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Fövqəladə Hallar Nazirliyi şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edəcək
Rusiyalı deputatlara viza verilmədiRusiyalı deputatlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) payız sessiyasına getmək üçün viza verilməyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Vladimir Cabarov məlumat verib.

“ATƏT PA-da Polşa nümayəndə heyətinin rəhbəri xanım Bartoşdan Rusiya və Belarus nümayəndələrinin payız görüşündə iştirakına imkan görmədiyini bildirən qəzəbli cavab aldıq”, - Cabarov qeyd edib.

Xatırladaq ki, ATƏT PA-nın 20-ci payız sessiyası noyabrın 24-dən 26-dək Polşa parlamentinin binasında keçiriləcək. İclasda Ukraynadakı müharibə, silahlı münaqişə, humanitar böhran şəraitində fundamental hüquq və azadlıqların qorunması, həmçinin iqtisadi, ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Bu qətnamənin heç bir qüvvəsi yoxdur - Fransalı senator"Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur."

Avrasiya.net xəbər verir ki, bunu Report-a Fransa Senatının üzvü Natali Qule bildirib.

"Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib", - qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb.

Senator Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsinin olmadığını bildirib: "Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil."
Təhlükəsizlik və müdafiə xərcləri artırılırTəqdim edilmiş layihədə 2023-cü il üçün büdcə gəlirləri 2022-ci illə müqayisədə 1 milyard 522,9 milyon manat çoxdur və 30 milyard 720,7 milyon manat nəzərdə tutulub. Artımın təqribən yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanlarının vasitəsilə təmin olunan gəlirlərin 1 milyard 807 milyon manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını da qeyd edirik.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün müzakirəyə çıxardığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, neft sektorundan büdcə gəlirlərinin artmasının əsas səbəbi “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin təxminən 700 milyon manat çox, yəni 2 milyard 875 milyon manat planlaşdırılması olub:

“Ümumiyyətlə, ölkəmizin qaz ixracının həcm və coğrafiya olaraq genişlənməsi, bundan dövət büdcəsinin, demək həm də vətəndaşların faydalanması ölkə prezidentinin geo-iqtisadi siyasətinin bəhrəsinin bariz nümunəsidir”.

Deputat əlavə edib ki, bu ilin büdcə gəlirlərinin son 10 ayının göstəricisi gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığı kimi olacağını göstərir.

Komitə sədri bildirib ki, büdcədə neftin bir barreli 50 ABŞ dollarından götürülüb.

O, eyni zamanda deyib ki, nəqliyyat infrastrukturunun inkişaf etdiyi və gəlirlərin artdığı da müşahidə edilir.

“Müdafiə, təhlükəsizlik sahəsinə xərclər ötən illə müqayisədə 500 milyon manat artırılıb. Komitədəki müzakirələr zamanı həmkarlarım bu sahəyə daha çox maliyyə artırılmasını təklif edib. Düşünürəm ki, ehtiyac yaranacağı təqdirdə büdcədən bu istiqamətə vəsait artırıla bilər”, - Mirkişili qeyd edib.

Komitə sədri söyləyib ki, ötən illə müqayisədə səhiyyə sahəsinə 200 milyon manat çox ayrılıb.
ABŞ generalı İrəvana gəldiABŞ-ın Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki İrəvana gəlib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Noyabrın 16-17-də səfər çərçivəsində general-mayor Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. ABŞ-Ermənistan təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediləcək. O, həmçinin Ermənistanın sülhməramlı qüvvələrinin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasimində iştirak edəcək”, - məlumatda deyilir.
Müvəkkil Hüquq Mərkəzi Fransa Senatının qətnaməsinə etiraz edibFransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamə Qafqazda sülhün və sabitliyin yaradılmasına qarşı qərəzli münasibətin təzahürüdür.

Fransanın mövqeyi bir daha sübut edir ki, uzun müddət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün təsis edilmiş ATƏT-in Miniski qrupuna həmsədirlik etmiş Fransa höküməti məhz qərəzli mövqeyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə mane olmuşdur. Azərbaycan dövləti münaqişənin daimi BMT-nin qəbul etdiyi 30 aprel 1993-cü il tarixli, 822 saylı, 29 iyul 1993-cü il tarixli , 853 saylı, 14 oktyabr 1993-cü il tarixli, 874 saylı, 12 noyabr 1993-cü il tarixli Qətnamələri çərçivəsində həll olunması ilə bağlı sona qədər fəaliyyətini davam etdirdi. Lakin 26 sentaybr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu irimiqyaslı təxribatının qarşısını alınması ilə bağlı hərbi əməliyyatları başlamaq məcburiyyətində qaldı. Münaqişənin həlli istiqamətində 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün bütün səylərini davam etdirir. Lakin Ermənistan tərəfi Fransa kimi hökümətlərin əlində siyasi alətə çevrilməklə yenidən sülh prosesinə zərbə vurur. Qəbul edilmiş Qətnamə sülh danışıqlarına və sülh müqaviləsinin bağlanması prosesinə böyük zərbədir. Qətnamə beynəlxalq hüququn prinsiplərinə ziddir.

Əlcazairdə Ruanda da 2 milyona yaxın insanı soyqırıma məruz qoyan Fransa dövlətinin prezidenti E.Makronun korporativ maraqlardan çıxış etməsini şiddətlə qınayır və hökuməti ermənilərin separatçı mövqeyini dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxdığını bəyan edirik.

Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri
Təəccüb və təəssüf doğuran fakt Cənubi Qafqazın aparıcı qüvvəsi olan Azərbaycan tarix boyu hər zaman sülhün, humanizmin dəstəkçisi kimi tanınıb. Xarici siyasətinin əsas prioriteti qonşu dövlətlərlə dost münasibətləri qurmağ olan ölkəmiz, təəssüf ki, zaman-zaman bunun əksi ilə qarşılaşıb. Mənfur qonşumuz Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq və düşmənçilik siyasəti nəticəsində vətəndaşlarımız uzun illər əziyyət çəkmişdir. Birinci Qarabağ müharibəsi zamanı əzəli torpaqlarımız düşmən tərəfindən işğala məruz qalmış, insanlarımız öz doğma yurdlarından qovularaq məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu dövrdə beynəlxalq dəstəkdən məhrum olan dövlətimiz bununla yanaşı din qardaşlarımız olan qonşu İranın da dəstəyindən məhrum qaldı. İslam Respublikası olan İran öz din qardaşlarına kömək etməməklə yanaşı bu illər ərzində işğalçı dövlətin yanında olmuş, onunla əlaqələrini hərtərəfli inkişaf etdirmişdir.

“İran və Ermənistan eyni mədəniyyətdən gəlir. İki xalq hər zaman dostluq və qardaşlıq içində yaşayıb. Biz Ermənistanı hər zaman dost ölkə kimi görmüşük.” – bu sözləri hələ 2016-cı ildə Ermənistana rəsmi səfərə gedən İran İslam Respublikasının keçmiş Prezidenti Həsən Ruhani söyləmişdi. Hər iki dövlətdə sonrakı dövrlərdə siyasi hakimiyyətlər dəyişsə də iki ölkə arasında mövcud münasibətlər daha da inkişaf etdirildi. Xocalıda və digər işğal olunmuş ərazilərimizdə mənfur düşmən tərəfindən törədilmiş soyqırımlara, həmçinin bu ərazilərimizdə məscidlərimizin dağıdılmasına və təhqir olunmasına biganə münasibət göstərən İran dövlətinin bu siyasəti uzun illər davam etmişdir. Xüsusilə də Vətən müharibəsindən sonra İranın Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe təəssüf doğurur. Savaşdan sonra tez-tez Ermənistanla sərhədə görə əl-ayağa düşən cənub qonşumuzun rəhbərliyi bu məsələ ilə bağlı “narahatlıqlarını” dilə gətirmişdir. Onlar ermənilərlə sərhədin “minillik” tarixindən danışaraq, əslində, tarixi həqiqətləri kobud şəkildə pozurlar. Bununla kifayətlənməyərək hətta zaman-zaman Azərbaycana dil uzadaraq ölkəmizi sionizmi dəstəkləməkdə və əməkdaşlıqda ittiham edən İran, görəsən, niyə 30 illik işğal dövründə dindaşlarının, eyni tarixi bölüşdüyü qonşusunun yanında yer almayıb?

Sərhədlərin toxunulmazlığından dəm vuran İran rəhbərliyi İranın Azərbaycanla 130 kilometrlik sərhədi 30 ilə yaxın Ermənistan tərəfindən işğalda olanda niyə səsini çıxarmayıb? Ermənistanın Azərbaycana hərbi təcavüzünün başladığı ilk gündən rəsmi Tehran təcavüzkarın yanında yer almaqla öz mövqeyini ortaya qoymuş oldu. Rəsmi İrəvana yanındayam deyən İran dövləti həm də ermənilərə mənəvi – siyasi dəstək verir. Onları azərbaycanlılara qarşı daha da aqresivləşdirir. Təkrar-təkrar Ermənistanla yaşanacaq hər hansısa bir sərhəd dəyişikliyindən narahatlıqlarını dilə gətirən qonşumuz, bu gün niyə belə bir fikri səsləndirməyi vacib hesab edib? Yoxsa Zəngəzur dəhlizinin bölgəyə qazandıracağı dividentlər gözünü qorxudur? Məhz qonşu İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçməsi də ölkəmizə qarşı təhdid və təzyiq siyasətinə xidmət edir. Həmçinin cənub qonşumuzun tələsik Qafanda öz konsulluğunu açması, eyni zamanda dövlətçiliyimizin və mədəniyyətimizin beşiyi olan qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistan konsulluğunun açılması barədə razılığa gəlinməsi də məhz bunun bariz nümunəsidir.

Son günlər Azərbaycana qarşı yürüdülən düşmənçilik siyasətində İranın baş rolda olması və bu istiqamətdə mövqeyini açıq nümayiş etdirməsi ciddi narahatlıq doğurur. İran hökuməti daxildə meydana gələn narazılığı aradan qaldırmaq üçün Türk düşmənçiliyi, orada yaşayan 40 milyondan artıq soydaşımıza qarşı aqressiya nümayiş etdirir. Bütün baş verən proseslərin fonunda deyə bilərik ki, tarixi, dini və mədəni cəhətdən ortaq dəyərlərə sahib olduğumuz İranın işğalçı Ermənistanla əməkdaşlığı və hərətərəfli dəstəyi bizdə təəccüb və təəssüf doğurur.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
DTX əməliyyat keçirir: vəzifəli şəxs tutulduHazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

Axar.az AZfront-a istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

"Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür", - deyə məluatda bildirilir.

***

Beyləqanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.