Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədiBirləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının ötən gün baş tutan sessiyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib. Qətnamə Rusiyanın Ukraynaya qarşı “səhv hərəkətləri” nəticəsində dəyən “zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizm”in yaradılmasının zəruriliyini özündə əks etdirib.

Avrasiya.net xəbər verir ki, qətnamə 14-ü əleyhinə olmaqla 93 səslə qəbul olunub, 73 ölkə isə bitərəf qalıb.

Qətnamədə, həmçinin Rusiya Federasiyasına Ukraynada hərbi əməliyyatları dayandırmaq və qoşunlarını bu ölkədən çıxarmaq üçün növbəti çağırış yer alıb.

Sözügedən sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib.

Postsovet məkanı ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səsvermədə bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib.

Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyib.

Digər dövlətlərə gəlincə, Macarıstan və Türkiyə də Rusiya əleyhinə qətnaməni dəstəkləyiblər. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya isə bitərəf qalıb.

Qeyd edək ki, hazırda BMT-yə üzv olan ölkələrin sayı 193-dür.
Rəşad Dağlı qətlə yetirdiyi İsgəndərlə - VideoRəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyevlə illər öncə məclislərin birində olan görüntüləri yayılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı noyabrın 10-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azər Ayxanın saytı fəaliyyətə başladıƏməkdar jurnalist Azər Ayxanın baş redaktoru olduğu Globalinfo.az adlı yeni sayt bu gündən fəaliyyətə başlayıb.

Avrasiya.net xəbər verir ki, sayt avqust ayından test rejimində çalışır, sentyabr ayından onlayn yayımdadır.

Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlər, müsahibələr, açıqlamalar və təhlillər dərc edir.
YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilibVII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalır. Məlumat üçün qeyd etməliyik ki, partiya üzvlərinin yaddaşlarında silinməz iz buraxan YAP-ın ilk Qurultayı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1999-cu ildə keçirilmişdir.

Aradan ötən müddət ərzində partiyanın yeddi Qurultayı keçirilmiş və hər bir qurultay partiyamızın həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Bu da təsadüfi deyil. Çünki 30 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı.

Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezident İlham Əliyev cənabları onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir”.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi.

Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
"Sədərək”də sahibkarı döyüb pullarını apardılar"Sədərək" ticarət mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

Avrasiya.net-in məlumatına görə, hadisə noyabrın 11-də qeydə alınıb.

Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycanda kişi arvadını baltaladıCəlilabad rayonunda 21 yaşlı qadın baltalanıb.

Avrasiya.net xəbər verir ki, rayonun Yusublu kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı Səbinə Abbasovaya şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Rusiya əcnəbi məhbusları da müharibəyə göndəribRusiyada narkotik saxlamaq ittihamı ilə həbs olunan 23 yaşlı Zambiya vətəndaşı Ukraynada gedən döyüşlər zamanı ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Zambiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Moskva Mühəndislik Fizika İnstitutunda təhsil alan Nathan Nyirenda 22 sentyabr 2022-ci ildə həlak olub.

Zambiya Nyirendanın hansı şəraitdə vəfat etməsi ilə bağlı Rusiya hakimiyyətindən ətraflı məlumat gözləyir.
Ukrayna ordusu heç bir kompromis həll yollarını qəbul etməyəcək - GeneralUkrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli ilə telefon danışığı aparıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Zalujnı amerikalı həmkarına əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin prioritet ehtiyacları barədə məlumat verib.

Ukraynalı generalı bildirib ki Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək.

"Məqsədimiz bütün Ukrayna torpaqlarını Rusiya işğalından azad etməkdir. Biz heç bir şəraitdə bu yolda dayanmayacağıq. Ukrayna hərbçiləri heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcəklər. Danışıqların bir şərti var: “Rusiya işğal etdiyi bütün əraziləri tərk etməlidir”.
Zirəddindən 2023-cü illə bağlı şok proqnoz - VİdeoMoskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev 2023-cü il ilə bağlı dünya üzrə proqnozlarını verib.

Avrasiya.net-in Baku TV-yə istinadla məlumatına əsasən, o bildirib ki, 2023-cü ilin proqnozu o qədər də ürəkaçan deyil.

“Mən 2022-ci il haqqında danışarkən bu ilin müharibə və aqressiya ili olacağını demişdim. 2023-cü il sənaye və kənd təsərrüfatı sahəsində yaxşı il olmayacaq. Rusiya müharibəsi bu ildə sona çatmalıdır. İran və Qazaxıstan üçün isə o qədər də rahat il olmayacaq”, - o qeyd edib.