Müvəkkil Hüquq Mərkəzi Şabranda şəhid ailələri və qazilərlə görüşüb - FOTOMüvəkkil Hüquq Mərkəzi Şabranda şəhid ailələri və qazilərlə görüşüb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" adlı tədbir çərçivəsində Şabran rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirib.

Təşkilatın sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının hüquqlarının təmin olunması dövlət siaysətinin əsas istiqamətlərindəndir. Agentliyin maliyyələşdirdiyi bu layihədə dövlət siyasətinin tərkib hissəsidir. Layihənin məqsədinin şəhid ailələri, müharibə əlillərinin və veteranlarının hüquqlarının müdafiəsinin təşkilinə hüquqi dəstək göstərmək və bu istiqamətdə maarifləndirmə işinin təşkili olması və hüquqi yardım etmək olduğu iştirakçıların diqqətinə çatdılımışdır.
Tədbirdə şəhid adlarının əbədləşdirilməsi ilə bağlı qanunvericilik bazası hormativ hüquqi aktlar şəhid adlarının əbədiləşdirlməsi ilə bağlı mərkəzi və yerli icra hakmiyyətlərinin fəaliyyətinin koordinasiya edilməsi məslələrinə toxunulmuşdur. Təşkilatın sədri Səməd Vəkilov şəhid ailəsi statusu, onlara verilən təminatlar, şəhid ailələrinin mənzillə təmin edilməsi qaydaları barədə məlumat verildi.

Təşkilatın sədr müavini Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu müharibə iştirakçılarının mənzil təminatı ilə bağlı qanunvericiliyinin normaları barədə məlumat verdi. Sonra şəhid Murad Rəsulovun atası İlqar Rəsulov oğlunun döyüş yolundan onun görsədiyi şücaətdən danışıb. İlqar Rəsulov bildirib ki, lazım gələrsə biz də hər an vətəmizin keşiyində durmaq üçün döyüş meydanlarına atılmağa hazırıq. Şəhid Mirbala Rəsulovun atası Əmirağa Rəsulovda 44 günlük Zəfər savaşında oğlunun keçdiyi döyüş yolundan danışıb. Əmirağa Rəsulov yerli Bələdiyyələrin şəhid ailələrinə qarşı daha diqqətli olmağa çağırıb. Şəhid Fətulla Siracovun atası Qasım Siracov şəhidlər haqqında məlumat yayan informasiya agentliklərini diqqətli olmağa dəqiqləşdirlməmiş məlumatları yaymamağı tövsiyyə edib.

Mühraibə əlilləri Xudaverdiyev Fərlan Ehkam oğlu və Cavadov Yadulla Vüqar oğlu Müvəkkil Hüquq Mərkəzinə hüquqi yardımla bağlı müraciət etdilər. Tədbirdə Şabran rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri, müharibə əlili Fuad Quliyev yerli icra hakimiyyətinin sözügedən həsas təbəqə ilə bağlı gördüyü işlərdən danışıb. Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Fərid Bağırzadə də iştirak edib.
Mehriban Əliyeva YUNESKO-nun səfiri olmaqdan İMTİNA EDİRAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.

Məktubda, Azərbaycanla YUNESKO arasında əməkdaşlığın inkişaf etdirilməsi, YUNESKO-nun dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, 2013-cü ildə Azərbaycanla YUNESKO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-YUNESKO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub.

Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun YUNESKO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

Qeyd edilənlərlə əlaqədar, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə YUNESKO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.

Ünvanlanmış müraciətdə, Azərbaycanın bundan sonra da YUNESKO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.
Jurnalist xəstə anasına görə kömək istədiJurnalist Nərmin Əkbərli anasının səhhəti ilə bağlı Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna müraciət edib.

Avrasiya.net müraciətin mətnini təqdim edir:

"Anam Fərqanə Əjdər qızı Əkbərovanın səhhəti bu ilin iyul ayından etibarən pisləşməyə başlayıb.

Edilən müalicələr heç bir nəticə vermədiyindən oktyabrın 28-dən etibarən anamı xəstəxanaya yerləşdirdik.

Bir neçə xəstəxana dəyişsək də, hələ də dəqiq diaqnoz qoyulmayıb və heç bir həkim anamın dərdini tapa bilmir.

Əvvəlcə bağırsaqda onkoloji, sifilis və digər müxtəlif xəstəliklərlə bağlı şübhələr olsa da, öz təsdiqini tapmadı. İndi problemin ağciyərdə olduğu bildirilir. Pnevmaniya təsdiqlənsə də, onkoloji riski olduğu da inkar edilmir. Lakin anamın ümumi vəziyyəti bu xəstəliyin dəqiq müəyyənləşdirilməsi üçün uyğun deyil.

Son ümid yeri olaraq Bakı Sağlamlıq Mərkəzinə üz tutmuşuq.

Hazırda bu mərkəzdəki həkimlərin və kənarda fəaliyyət göstərən həkimin tövsiyəsi ilə pnevmaniyaya qarşı müalicə aparılır.

Xərclər həddən artıq çox olduğuna görə əlavə maliyyə yardımına ehtiyacımız var.

Dəyərli ölkə başçısından və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan anamın səhhəti ilə bağlı məsələni nəzarətə götürmələrini xahiş edirəm".
İstanbul terrorunda ABŞ izi: Nazirin əlində sübutlar var"İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktında kimlərin əli varsa, onlar sərt şəkildə cavablarını alacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, terror aktının törədilməsində ABŞ-ın ittiham olunması səbəbsiz deyil:

“Təəssüf ki, Türkiyə terror xəbəri ilə yasa boğuldu. Türkiyə təhlükəsizliyin təmin olunması üçün lazım olan bütün tədbirləri görür. Ölkəmizin birliyini pozmağa cəhd edən, onun narahat edən qüvvələrin hamısı layiqli cavablarını alacaqlar. Heç kim buna şübhə etməsin. Kimsə Türkiyəni bölə bilməyəcək. Biz ilk dəfə deyil ki, belə halla qarşı-qarşıyayıq, əvvəllər də Türkiyəni bölməyə çalışan qüvvələr olub, indi də var. Təbii ki, xainlərin arxasında kimlər dayanıbsa, cavab verəcək. Xainlər böyük dövlətlər olmadan belə addım ata bilməzlər. Yəqin ki, daxili işlər naziri Süleyman Soylunun əlində terrorun kimlər tərəfindən törədilməsi ilə bağlı sübutlar mövcuddur. Bu səbəbdən ABŞ-la bağlı açıqlama verildi".

Türkiyəli deputat İstanbul terroru ərəfəsində Azərbaycanın dəstəyini xüsusil vurğulayaraq, qardaş ölkələrin hər zaman bir yerdə olduqlarını söyləyib: "Azərbaycandan bizə çoxlu dəstək gəldi, acımızı paylaşdığınız üçün hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, ötən həftənin bazar günü Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən Suriya əsilli Əhlam Əlbəşir saxlanılaraq istintaqa cəlb olunub.

O, polisə ifadəsində PKK və bu terror təşkilatının Suriya qolu olan PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və təxribatlar törətmək üçün Türkiyəyə göndərildiyini bildirib. Şübəli qadın terror təşkilatının Kobanidəki qərargahından İstanbulda terror aktı törətmək barədə təlimat aldığını etiraf edib.

Ümumilikdə isə hadisə ilə əlaqədar 50 nəfər saxlanılıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Onu da bildirək ki, Türkiyə rəsmiləri terror aktının törədilməsində ABŞ-ı ittiham ediblər. DİN rəhbəri Süleyman Soylu ABŞ səfirliyinin verdiyi başsağlığını qəbul etmədiklərini söyləyib.
Hacıqabulda narkomaniya ilə bağlı daha bir tədbir keçirilib – FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində regionlarda nəzərdə tutulmuş görüşlər, tədbirlər başa çatıb. Yekun tədbir Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseydə keçirilib.

Müzakirələrdə Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaur Şirəliyev, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Sahil Murtuzayev, Şirvan – Salyan Regional Təhsil İdarəsinin Haıcıqabul rayon sektorunun təmsilçisi Loğman Səmədov, səhiyyə idarələrinin, məktəblərin, müxtəlif dövlət strukturu və özəl qurumların nümayəndələri iştirak edərək, narkomaniya ilə bağlı onları narahat edən məsələləri gündəmə gətiriblər, fikir mübadiləsi aparıblar, aidiyyəti üzrə suallar veriblər.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov öncə Hacıqabul Rayon İcra Hakimiyyətinə və Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseyin rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirib.Daha sonra o, təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. Dövlətin, ayrı-ayrı qurumların, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə gördüyü işlərdən, dəstək olduqları layihələrdən danışıb. Sədr müavini Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirib.

Sonra çıxış edənlər Hacıqabul rayonu ərazisində “ağ ölüm”lə mübarizədən, aparılan profilaktik işlərdən, maariflənmə məsələlərindən, hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi önləyici tədbirlərdən danışıblar.Diqqətə çatdırılıb ki, narkomaniyanın yayılması sağlam həyat tərzi üçün təhlükə yaradır. Narkotik maddələrin qəbul edilməsi isə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyatda proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək kimi tövsiyələr verilib.

Eyni zamanda qonaqlar bu sahədə işlərin daha da gücləndirilməsini vacib sayıblar. Nəzərə çatdırılıb ki, narkomaniya və onun fəsadlarına qarşı mübarizə üçün yeni iş yerlərinin açılması, ödənişsiz, yaxud qismən ödənişli idman komplekslərinin sayının çoxaldılmasına böyük ehtiyac var. Gənclər asudə vaxtlarını səmərəli keçirməlidirlər.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Bununla da 3 aylıq layihə uğurla başa çatıb.

Erməni və gürcü oğrular arasında dava düşdüİspaniyada erməni və gürcü oğrular arasında dava düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.

Məlumata görə, gürcü qanuni oğru Geqi Svanın Barselonadakı evində keçirilən ad günü məclisində erməni qanuni oğru Artyom Sərkisyan (Artyom Saratovski) Ramaz Cinçaradzeni vurub.

Bildirilib ki, Cinçaradze həmin məclisdə Sərkisyana əl uzatmayıb. İlk tostu saxlayan erməni oğru Ramazdan buna aydınlıq gətirməsini istəyib və cavab gözləmədən ona zərbə endirib.

Qanuni oğru Edik Asatryan deyib ki, Cinçaradze səhv edib və Artyomdan üzr istəməlidir.
Mehdiyevin ailəsi belə azərbaycanlı deyilDövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar institutlarından ibarət akademiya quruldu və bura yeni prezident seçildi. Mən də seçkilərə şəxsən qatıldım və yeni prezidenti təbrik etdim. AMEA-nın digər institutuları isə Elm və Təhsil Nazirliyinə bağlıdır. Məncə, bu istiqamətdə işlər davam edəcək.

Avrasiya.net Reyting.az-a istinadən xəbər verir ki, bunu keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev bir müddət bu elm ocağında prezident vəzifəsini daşıyıb, lakin bu müddətdə heç bir inkişaf və irəliləyiş baş verməyib. M.Mərdanov iddia edir ki, R.Mehdiyev AMEA-nı geriyə sürükləyib.

M. Mərdanov əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı:

“Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”

Sabiq nazir diqqətə çatdırıb ki, R. Mehdiyev dəfələrlə ona problem yaratmağa çalışıb:

“Söhbət dəfələrlədən gedir. Bəli, problem yaradıb və buna nail olub”.

M.Mərdanov qeyd edib ki, R.Mehdiyev AMEA-ya prezident gələn gündən onunla əks cəbhədə olub.
Tarixdə “İran” adlı dövlət olmayıb - AlimTarixdə İran adlı dövlət olmayıb. İran adlı dövlət Pəhləvilər sülaləsi hakimiyyətə gələndən 10 il sonra, 1935-ci ildə elan olunub. 1979-cu ildən isə İran İslam Respublikası adlanır.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Ziyad Əmrahov deyib.

“Bu dövlətin adı 1501-ci ildən 1736-cı ilə kimi Azərbaycan Səfəvilər dövləti idi. Ondan əvvəl Ağqoyunlu, Qaraqoyunlu, Eldənizlər dövlətləri şəklində mövcud olub. Daha əvvəl isə Səlcuqlardan danışmaq lazım gəlir. Yəni İran adından söhbət gedə bilməz.

Səfəvilər dövləti bugünkü İranın da ərazisi daxil olmaqla, 2,8 milyon kv.km-ya malik idi. 1736-cı ildə bu imperiya süquta uğradı və türk sülaləsi olan Əfşarlar hakimiyyətə gəldi. Nadir şah Əfşar 1736-1747-ci illərdə Əfşarlar dövlətini idarə edib. Təəssüf ki, Nadir şahın qurduğu böyük imperiya uzun müddət yaşamadı. 1747-ci ildə şaha edilmiş sui-qəsddən sonra artıq bu ərazilərdə müstəqil və yarımmüstəqil xanlıqlar meydana gəldi. Azərbaycanın həm şimalında, həm də cənubunda təxminən 20-yə qədər xanlıq, sultanlıq və sonrakı dövrdə məliklərin olduğunu görürük. Bu, bütövlükdə Azərbaycan ərazisində idi”, - alim bildirib.

Onun sözlərinə görə, bu xanlıqlar yarandıqdan sonra Azərbaycan türk sülaləsi olan Qacarlar Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlayıblar:

“Bu mübarizə isə nəticəsiz olur. Bu dövrdə Çar Rusiyasının Qafqaza artan hərbi müdaxilələri Qacarların vahid Azərbaycan yaratmaq siyasətini iflasa uğradır. Rusiya ilə 1801-ci ildə başlayan bu müharibə xırda fasilələrlə 1828-ci ilə qədər davam edir.

Çar Rusiyasının hərbi üstünlüyü demək olar ki, Qacarların məğlubiyyəti ilə nəticələnir. Müharibənin birinci mərhələsi 1804-1813-cü illəri əhatə edir. Qacarlarla Çar Rusiyası arasında 1813-cü il oktyabrın 12-də “Gülüstan” sülh müqaviləsi imzalanır. Bu müqavilədə İran adı nə coğrafi, nə də siyasi məhfum olaraq keçir. Müqavilənin şərtlərinə görə, Arazdan şimaldakı Azərbaycan əraziləri İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Çar Rusiyasının, Arazdan cənubdakı torpaqlar isə Qacarlar dövlətinin tərkibində qalır.

Müharibənin ikinci mərhələsində - 1826-1828-ci ildə yenə də Qacarların vahid Azərbaycan uğrunda apardığı siyasəti iflasa uğrayır. Müharibə Çar Rusiyasının üstünlüyü ilə 1828-ci il 10 fevralda “Türkmənçay” müqaviləsinin imzalanması ilə başa çatır. “Türkmənçay” sazişi “Gülüstan” müqaviləsindən fərqlənir, Naxçıvan və İrəvan da Çar Rusiyasının tabeliyinə keçir. Arazdan cənubdakı Azərbaycan torpaqları – Təbriz, Marağa, Ərdəbil, Urmiya, Xoy, Miyanə və Xorasana qədər bütün torpaqlar Qacarlar sülaləsinin tərkibində qalır. Beləliklə, vahid Azərbaycan parçalanır və tarixi-coğrafi bölgüdə Şimali və Cənubi Azərbaycan terminləri meydana çıxır”, - tarixçi bildirib.

Z.Əmrahov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan “İran” adı daşıyan bir dövlətlə heç vaxt birgə olmayıb:

“Hazırda İran adlanan dövlətin hansı əsasla Səfəvi və yaxud Əfşar və Qacarların mirasına iddia etdiyi bəlli deyil. O mirasa iddia edəcək millət yalnız türklər ola bilər. Yəni İran sadəcə, 1935-ci ildə yaranmış bir dövlətdir”.
Alimpaşa Məmmədov dövlətə 7 milyon manat ziyan vurubŞəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.

İttihamda göstərilib ki, Alimpaşa Məmmədov müxtəlif şəxslərdən külli miqdarda rüşvət almaqla, rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə, külli miqdarda mənimsəmə və israfetmə yolu ilə talama və cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması yolu ilə qulluq mənafeyindən sui-istifadə edib.

Ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət alma yolu ilə 6.804.613 min manat pul vəsaiti əldə edib. O, sözügedən pul vəsaitinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel" MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.

Göstərilən əməllərə görə Alimpaşa Məmmədova 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İranda 4 nəfər edam olunduİranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəlucəsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər isə Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər.

Avrasiya.net Günaz TV-yə istiadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövrüyəsində ittiham edilərək edam olunublar. İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.