Makrondan türkcə paylaşım: “Türkiyə xalqı, acınızı paylaşırıq, başımız sağ olsun”“Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun”.

“Report” xəbər verir ki, bunları Fransa Prezidenti Emmanuel Makron Türkiyə xalqına dəstək məqsədilə İstanbulda törədilən terror aktı ilə əlaqədar tviter hesabında yazıb.

“Millətimiz üçün çox mənalı olan bu gündə 13 noyabr 2015-ci ildə (Fransada törədilən terror aktlarında-red) həyatını itirənləri yad edərkən, Türkiyə xalqı İstanbuldan ürəyindən hücuma məruz qaldı. Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun. Terrorla mübarizədə sizinləyik”, - Makron türk dilində etdiyi paylaşımda vurğulayıb.

Xatırladaq ki, 2015-ci ilin 13 noyabrında Fransada törədilən silsilə terror aktlarında 130 nəfər ölüb, 416 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

Ötən gün Türkiyədə törədilən terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar varƏfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman keçid məntəqəsi ərazisində bu ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş verən atışma nəticəsində Pakistanın Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü axşam “Geo” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstan hadisəni törədənləri ekstradisiya edənə qədər onu bərpa etməyi planlaşdırmır. Kabil rəsmiləri bu fikirdədirlər ki, Pakistan sərhədçilərinə hücumu “Taliban” adı altında naməlum terrorçular” həyata keçirib.
Türkiyədəki terror aktında yaralananların son VƏZİYYƏTİİstanbulda törədilən terror aktında yaralananların vəziyyəti açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" hesabında məlumat yayıb.

Bildirilir ki, yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

Xəstəxanadakı 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, terror aktı zamanı 6 nəfər həlak olub.
Ağ Ev İstanbul terrorunu pislədiABŞ Türkiyənin İstanbul şəhərində baş verən zorakılıq aktını qətiyyətlə pisləyir.

Avrasiya.net xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Tvitter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.

“Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - o bildirib.

Qeyd edək ki, İstanbulda törədilən terror aktında 81 nəfər yaralanıb, 6 nəfər ölüb. Yaralılardan ikisinin vəziyyəti çox ağırdır.
İstanbul terrorunda nazirlik əməkdaşı və qızı həlak olduTürkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşı və qızı İstiqlal küçəsində baş verən partlayışda həlak olub.

Avrasiya.net xəbər verir ki, bu barədə ailə və sosial xidmətlər naziri Dərya Yanık Tvitter hesabında “İstanbuldakı xain hücum nəticəsində həmkarımız Yusuf Meydan və qızı Ecrini itirdik” başlıqlı paylaşım edib.
Türkiyənin DİN rəhbəri: “İstanbulda terror aktı PKK/PYD tərəfindən törədilib”Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik".

“Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

“Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, - yaralıların durumu ilə bağlı məlumat verən nazir qeyd edib.

Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.