İranda etirazlarda 330 nəfər öldürülübİranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.

Bu barədə İran İnsan Haqları Təşkilatı xəbər verir.

Qurumun 10 noyabrda yaydığı məlumatda 17 sentyabrdan 8 noyabra kimi İranda davam edən etirazlarda 50-si uşaq olmaqla, 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyü bildirilib. Həmçinin 15092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu qeyd edilib.

Məlumatda o da vurğulanıb ki, bu müddət ərzində 138 şəhərdə etirazçılar İran hakimiyyətinə qarşı nümayişlər həyata keçirib və 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.
Bu Qələbə, bu Zəfər bütün xalqımıza inam və ruh verdi Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz 44 gün ərzində düşməni darmadağın etməklə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycan tarixinə bugünəcən rast gəlinməyən Şanlı Zəfər səhifələri yazdı. Düşmən tapdağı altında olan tarixi ərazilərimizin qaytarılması ilə həm də xalqımızın ləyaqəti, qüruru özünə qaytarılmış oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi Zəfərin ikinci ildönümü günü Şuşaya səfəri xüsusi əhəmiyyət kəsb edirdi. Dövlət başçımızın xalqımızın tarixində ən əziz günlərdən biri olan Zəfər Günündə məhz hərbçilərlə görüşü bu səfərin əhəmiyyətini daha da artırırdı. Cənab Prezidentin bu görüşdəki tarixi çıxışında Vətən müharibəsində əldə etdiyimiz qələbəyə aparan yoldan geniş bəhs edərək vurğulamışdır ki, bizim 44 günlük müharibədə son məqsədimiz Şuşanı işğaldan azad etmək olmuşdu. Cənab Prezident qeyd etdi ki, “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Cənab Prezident nitqində ordumuzun döyüş meydanında göstərdiyi rəşadətdən böyük qürur hissi ilə bəhs edərək bildirdi ki, 44 gün içində hər gün irəli gedən, bir əsgəri belə fərarilik etməyən Orduya sahib olduğumuz üçün fəxr edirik. Vətən müharibəsi və əldə edilən tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti gün üzünə çıxardı. Zəfərə aparan yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı. Azərbaycan ərazisində yaşayan bütün xalqlar Dəmir Yumruq ətrafında sıx birləşərək tarixi qələbənin qazanılmasında böyük rol oynadılar. Bu qələbə bir daha xalq-iqtidar-ordu birliyinin yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.. Nəhayət, “Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən basdırılmış minalar təmizlənir, tikinti, quruculuq və abadlıq işləri aparılır. Bu gün hər birimizin qəlbində sarsılmaz bir əminlik var ki, çox keçməyəcək, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ ən müasir səviyyədə tərəqqi tapacaq. Millətimiz öz keçmişinə, tarixinə sahib çıxan, bugünkü və sabahkı rifahını qurub-yaradan, ilahi ədaləti və ərazi bütövlüyümüzü bərpa edən cənab Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra daha sıx birləşəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Azərbaycan ədalətli sülh istəyir 44 günlük Vətən müharibəsinin hər günü şanlı zəfər tariximizin mühüm hissəsini təşkil edirdi. Ancaq tariximizə Zəfər Günü kimi əbədi həkk olunmuş Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi olan Şuşanın fəth olunması hərb tariximiz üçün xüsusi səhifə idi. Bu gün azad edilmiş və qələbə rəmzimiz olan Şuşa inkişaf və tərəqqi dövrünü yaşayır. Daha bir rəmzilik isə 8 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının növbəti Zəfər Gününü məhz Şuşada qələbə və inkişaf paytaxtında hərbçilərimizlə birlikdə qeyd etməsidir. Məhz cənab Prezidentin bu səfəri zamanı hərbçilərlə təşkil olunan görüşdə çıxışı zamanı dünya ictimaiyyətinə və işğalçı Ermənistana bir çox mesajlar verdi.

Nitqində Ali Baş Komandan xüsusilə qələbəyə gedən keşməkeşli və bir o qədər çətin yoldan geniş bəhs etdi. Cənab Prezident bildirdi ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən nə qədər sarsıtmışdısa, Vətən müharibəsində əldə edilən qələbə də bir o qədər ruhlandırdı. Bu yolda əsas hədəf isə Ermənistanın işğalçılıq siyasətini ifşa etmək idi. Həmin dövrdə Azərbaycan beynəlxalq müstəvidə də çox fəal olmuşdu. Bir sıra beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi dəstəkləyən, haqq ədaləti ifadə edən qərarlar qəbul etmişdilər. Bu isə bizə haqq səsimizi bütün dünyaya çatdırmaq baxımından hüquqi zəmin yaratdı.

İstisna deyil ki, 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanla dost olan ölkə və təşkilatlar antiazərbaycan kompaniyası yürütməklə ölkəmizi nüfuzdan salmağa çalışırdılar. Bunlar həmin ölkələr idi ki, Ermənistanın tək bizə yox bütün islam dünyasına qarşı təcavüzkar siyasət apardığını anlamaq istəmirdilər. Bu həmin Ermənistan idi ki, tarixi abidələrimizlə yanaşı, ibadət yerlərimizi, məscidlərimizi də dağıdırdı. Xüsusi olaraq qeyd etməlyik ki, mənfur düşmənin həyata keçirdiyi vandalizm nəticəsində işğal altında olan ərazilərimizdə yerləşən 67 məsciddən 65-i dağıdılmış, dini abidələrimiz təhqir edilmişdir. Bu məqamda isə ən maraqlı sual isə məscidləri dağıdana bəzi müsəlman ölkələrinin necə dəstək verməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi “Məscidləri dağıdandan müsəlman ölkələrinə dost ola bilməz”. Buna görə də müsəlman aləmində Ermənistan əsas dayaqlardan təcrid olundu. Doğrudur ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi ölkələr İrəvana müəyyən qədər qucaq açsa da nəticə etibarı ilə Ermənistan regiondakı önəmli layihələrdən kənarda qalıb. Görünən odur ki, bu vəziyyət Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasına, ölkəmizin irəli sürdüyü 5 baza prinsipinə uyğun sülh müqaviləsi imzalanana qədər davam edəcək.

Azərbaycan hər zaman sülhün və təhlükəsizliyin əsas müdafiəçisi olub. Ermənistan rəhbərliyi və xaricdən bəslənən bəzi revanşist qüvvələr Azərbaycanın yaratdığı yeni reallıqları və mövcud geosiyasi vəziyyəti düzgün dərk etməli və sülhün əldə edilməsi istiqamətində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi biz ədalətli sülh istəyirik, biz müharibə istəmirik. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Erməni boksçu idmançımızla döyüşə çıxmadıErməni idmançı Armen Quşçiyan Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib.

Boks Federasiyasından Avrasiya.net-ə verilən məlumata görə, bu səbəbdən təmsilçimiz Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib.

Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.

16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.
Siçan dərmanı yeyən uşaqlar 15 dəqiqəyə keçinib - TƏFƏRRÜATSabunçu rayonunun Ramana qəsəbəsində 2 və 5 yaşlı iki qardaşın siçan dərmanından zəhərlənərək öldüyü hadisənin təfərrüatı məlum olub.

Avrasiya.net xəbər verir ki, faciəvi şəkildə ölən uşaqların babası Akif Pirəliyev ARB kanalına müsahibəsində bildirib ki, 2 yaşlı Onur və 5 yaşlı Akif bir neçə dəqiqə ərzində zəhərlənərək vəfat ediblər: “Hadisə noyabrın 8-də, axşam saat 7 radələrində baş verib. Mən və uşaqların atası işdə olmuşuq, nənəsi qonaqlıqda olub. Uşaqlar və anası evdə olub. Hadisə də uşaqların anası bir stəkan çay içəndə baş verib.

Mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Gəlinim də onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da, artıq vəfat etdikləri məlum olub”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 6,7 kiloqram artırıbİran bu ilin sentyabr ayından bəri 60 %-dək zənginləşdirilmiş uran ehtiyatlarını 6,7 kiloqram artırıb.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatında deyilir.

Bildirilir ki, İran sentyabrda analoji hesabatın hazırlanmasından sonra mövcud uran ehtiyatlarını artırıb: “İranda oktyabrın 22-nə qədər 62,3 kiloqram 60 %-dək zənginləşdirilmiş uran olub. Bu da sentyabr ayı ilə müqayisədə 6,7 kiloqram çoxdur”.

Hesabatda qeyd edilib ki, bu ölkədə zənginləşdirilmiş uranın ümumi miqdarı 3673,7 kiloqram təşkil edib və bu da sentyabr ayı ilə müqayisədə 267,2 kiloqram azdır.

Nüvə silahının yayılmaması sahəsi üzrə ixtisaslaşmış ekspertlərin fikrincə, İranda 60 %-ə qədər zənginləşdirilmiş uranın hazırkı ehtiyatları daha zənginləşdirmə şərti ilə bir atom bombası istehsal etmək üçün kifayətdir.

Bundan başqa, MAQATE-nin digər hesabatında deyilir ki, İran agentliyə bəyan edilməmiş 3 nüvə obyektində uran hissəciklərinin mənşəyi ilə bağlı hələ izahat verməyib.
Türk dünyası böyük bir ailədir - İlham ƏliyevTürk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

“2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”, - deyə Prezident İlham Əliyev bildirib. .

Türk dünyasının böyük bir ailə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib:

“Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Azərbaycan iranlı narkotaciri axtarışa verdiAzərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İran vətəndaşı 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.
Hacıqabulda narkomaniya ilə bağlı tədbir keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində regionlarda görüşlər, tədbirlər davam edir. Növbəti tədbir Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseydə keçirilib.

Müzakirələrdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Füzuli İbrahimov, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Sahil Murtuzayev, Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Bəsti Zərbəliyeva, səhiyyə idarələrinin, məktəblərin, müxtəlif dövlət strukturu və özəl qurumların nümayəndələri iştirak edərək, narkomaniya ilə bağlı onları narahat edən məsələləri gündəmə gətiriblər, fikir mübadiləsi aparıblar, aidiyyəti üzrə suallar veriblər.

Giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov öncə Hacıqabul Rayon İcra Hakimiyyətinə və Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseyin rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirib.Daha sonra o, təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. Dövlətin, ayrı-ayrı qurumların, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə gördüyü işlərdən, dəstək olduqları layihələrdən danışıb. Sədr müavini Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirib.

Sonra çıxış edənlər bildiriblər ki, Hacıqabul rayonu ərazisində narkotik bitkilərin kultivasiya olunmasının və yabanı halda bitməsinin qarşısını almaq məqsədi ilə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Rayon təhsil müəssisələrində də narkomaniyaya qarşı mübarizə sahəsində bir çox işlərin görüldüyü diqqətə çatdırılıb.Ölkəmizdə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğu təəssüflə qeyd edilib. Xatırladılıb ki, narkomaniya əsrin faciəsidir, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmalıdır. Xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğu diqqətə çatdırılıb. Bildirib ki, gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayan qonaqlar bu yöndə işlərin getdiyini xatırladıblar. Xüsusi vurğulanıb ki, problemin aradan qaldırılmasında vətəndaşlıq təşəbbüsü göstərmək lazımdır.

Eyni zamanda həm ekspertlər, həm də iştirakçılar bu sahədə işlərin daha da gücləndirilməsini vacib sayıblar. Nəzərə çatdırılıb ki, narkomaniya və onun fəsadlarına qarşı mübarizə üçün yeni iş yerlərinin açılması, ödənişsiz, yaxud qismən ödənişli idman komplekslərinin sayının çoxaldılmasına böyük ehtiyac var. Gənclər asudə vaxtlarını səmərəli keçirməlidirlər.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.