Niderland Ukraynaya hərbçilərini göndərirNiderland Ukrayna hərbçilərinə təlim keçmək üçün 50-dən 100-ə qədər hərbçi göndərməyi planlaşdırır.

Avrasiya.net xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren məlumat verib.

Məlumata görə, təlim proqramı zamanı alman hərbçiləri ilə fəal əməkdaşlığın aparılması planlaşdırılır. Təlimlərin ilk növbədə Almaniya və Polşada baş tutacağı bildirilir. Başlayacağı tarix isə hələki məlum deyil.
Avropa İrana qarşı yeni sanksiyalar tətbiq edəcəkAvropa İttifaqı (Aİ) gələn həftə İranın ölkədəki etirazların yatırılmasına görə məsuliyyət daşıyan şəxs və qurumlarına qarşı yeni sanksiyalar paketi qəbul edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.

O qeyd edib ki, Aİ iranlı etirazçılara lazım olduğu qədər dəstək verəcək, həmçinin BMT-nin İnsan Haqları Şurası çərçivəsində İranda baş verən hadisələrlə bağlı xüsusi sessiyaya start verəcək.

“Məhsa Əmininin öldürülməsindən 4 həftə sonra biz İranda etirazların vəhşicəsinə yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etdik. Biz yeni sanksiyalar paketi üzərində fəal işləyirik. Gələn həftə paketi qəbul etmək istəyirik”, - deyə xanım nazir bildirib.

Oktyabrın 17-də Aİ etirazlar zamanı həddindən artıq güc tətbiq etdiyinə görə 11 şəxsə və 4 İran təşkilatına sanksiya tətbiq edib.

İranın yanacaq maşınları VURULDUSuriyanın İraqla sərhədinə yaxın ərazisində İrana məxsus yük maşınları naməlum pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.

Avrasiya.net xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

Rəsmilər bildiriblər ki, Suriyaya Qaim sərhəd-keçid məntəqəsindən daxil olan İran yanacağını daşıyan tanker karvanı hədəf alınıb.

Təhlükəsizlik rəsmisi bildirib ki, sərhədin Suriya tərəfində böyük yanğın müşahidə olunub. Karvanda 20-dən çox tanker olub.

İranın dövlətə məxsus Press TV kanalı hücumu təsdiqləyib və ABŞ-ı hücum törətməkdə ittiham edib.
İlham Zəkiyev finalda məğlub olduAzərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

Avrasiya.net xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib.

Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq.

Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaq.

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.

***

Bakıda keçirilən para-cüdo üzrə dünya çempionatında ikinci günün görüşləri keçirilib.

Kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan idmançımız İlham Zəkiyev dünya çempionatının gümüş medalını qazanıb. Zəkiyev finalda braziliyalı rəqibi A.Villiyama uduzub.

Bununla millimizin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc)