Agentliyin dəstəyi ilə “Tarix yazan igidlərimiz"  sənədli filminin çəkilişi başa çatıbAzərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsi çərçivəsində Şəhidlərimizdən bəhs edən “Tarix yazan igidlərimiz" sənədli filminin çəkilişini yekunlaşdırıb.

QHT-nin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz" sənədli filmini yüksək səviyyədə ərsəyə gətirdik. Gənclərin dünyagörüşünə, həyata baxışına bu, filmlər təsir etmək gücündə olacaq. Bu baxımdan qəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir.

Hər bir Şəhidimiz qəhrəmandır. Onların hər biri haqqında kitablar yazılmalı, filmlər çəkilməlidir. 44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən 18 yaşlı gəncimiz Həsənağa Şirvaninin, I və II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Samir Şükürovun, XTQ-nin əfasənəvi döyüşçüsü, Şuşanın fatehlərindən biri gizir Samir Mehdiyevin həyat və döyüş yolundan bəhs edən “Tarix yazan igidlərimiz" sənədli filminin yaxın vaxtlarda təqdimatı keçiriləcək.

Xatırladırıq ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.
Ərindən boşanmaq istəməyən qadın İNTİHAR ETDİGəncə sakini həyatına qəsd edib.

Avrasiya.net-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, 32 yaşlı şəhər sakini B.Həsənova yaşadığı evin həyətində özünü asaraq intihar edib.

İlkin məlumata görə, bu gün mərhumun həyat yoldaşından boşanmaq üçün məhkəmə prosesi təyin olunubmuş. Onun bir müddətdir boşanmaq istəmədiyi üçün psixoloji gərginlik keçirdiyi bildirilir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İsrail Təhlükəsizlik Akademiyasının Bayraq Günü təbrikiBayraq hər bir ölkənin qüruru və dövlətçiliyin əsas atributudur. Bayraq bir ölkənin varlığı deməkdir. Odur ki‚ bayraq həm də müqəddəsilik simvoludur.

Bu səbəblə‚ dost və qardaş Azərbaycan xalqını və dövlətini 9 Noyabr Milli Bayraq günü münasibətilə səmimi qəlbdən təbrik edirik. 1918-ci il ilin noyabrın 9-da müsəlman​ Şərqində ilk Demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli Azərbaycan bayrağı 1920-ci ildə sovet işğalı nəticəsində ləğv edilmişdir. 70 illik sovet əsarətinin sonuna yaxın‚ hələ sovetlər ittifaqının dağılmasından 11 ay öncə‚ 1990-cı ilin Noyabrın 17-də Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev tərəfindən üçrəngli Azərbaycan bayrağı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilərək müstəqillik rəmzi və əlaməti olaraq səmaya ucaldılmışdır.

Azərbaycan bayrağının Heydər Əliyev tərəfindən qəbul edilərək ucaldılması‚ məhz Azərbaycanın müstəqilliyinin əsasının qoyulması və istiqlaliyyətinin bərpası olmuşdur.​ ​

Bütün dost və qardaş Azərbaycan dövlətini və xalqını müstəqilliyinin və suverenliyinin əsasını təşkil edən üçrəngli Milli Bayrağın qəbul edilməsi münasibətilə səmimi qəlbdən təbrik edir‚ dost və qardaş Azərbaycan dövlətinə və xalqına əmin-amanlıq və firəvanlıq arzu edirik. Milli Bayraq Gününüz mübarək olsun. AMİN​.


İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi

Azərbaycan beynəlxalq hüquq və normalara sadiq dövlətdirPrezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri ən önəmıi səfərlərdən biri idi. Əhəmiyyəti isə ondan ibarət idi ki, həm Rusiya Prezidenti Vladimir Pütinlə dünyanın mövcud drumu fonunda görüşü, eləcə də Ermənistanın Baş Naziri N.Paşinyanla sülh sazişi ilə müzakirələr idi.

Soçidə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüş zamanı bir sıra məsələlər müzakirə olundu.
Ümumuiyyətlə əhəmiyyətli olan ikitərəfli görüşlər çərçivəsində dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır.

İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Soçi görüşləri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini bir daha göstərdi.

Bütün bunlara baxmayaraq Ermənistan bu üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirməyi uzatmaq üçün müxtəlif bəhanələr gətirir, təkliflər irəli sürür. Lakin ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Görüşlər zamanı cənab Prezident İlham Əliyev bir daha qəti şəkildə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.

31 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyannamə imzalandı.

Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Bu bəyənnamə Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olundu.
Bildirildi ki, Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycan beynəlxalq hüquq və normalara sadiqlik göstərərək münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll edilməsinin tərəfdarıdır.

Bu səbəbdən də regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.

Pikə Əhmədova Xətai rayonu, 59 saylı tam orta məktəbin direktoru
Bakı Bus-un sürücüsü piyadanı vurub qaçdıBakı Bus MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi Bakı Bus MMC-yə məxsus "BMC" markalı 141 nömrəli marşurut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Qesabulla İsgəndər oğlu Dadayevi vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Rəşad Dağlı bu gün hakim qarşısına çıxarılacaqBakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) bu gün hakim qarşısına çıxarılacaq.

Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatını baxılması gozlənilir.

Təqdimata Qaradağ rayon Məhkəməsində baxılacaq.

İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Ukraynada 100 mindən çox rus əsgəri ölüb - PentaqonUkraynadakı müharibə zamanı 100 mindən çox rus hərbçisi həlak olub və yaralanıb.

Bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.

"Yəqin ki, Ukrayna tərəfində də vəziyyət eynidir. Bu, böyük insan iztirabıdır", - Milley bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə sentyabrın 21-də 5937 nəfərin öldüyünü bildirib.
Dövlət rəmzi9 Noyabr –Dövlət Bayrağı Günüdür. Xalqımız Bayraq Gününü son iki ildə daha böyük təntənə ilə qeyd edir. Çünki bu bayramdan əvvəl tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr- Zəfər Gününün sevincini yaşayırıq. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.

Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında Dövlət atributu kimi qəbul edilib. “Türkçülüyü, müasirliyi və islamçılığı” özündə əks etdirən bayrağımızın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, böyük mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur.

Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağı kimi üçrəngli bayrağımızın qəbul edilməsində Ulu Öndərin müstəsna xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olaraq ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetində həmin vəsatətə baxılmış və Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Prezident İlham Əliyev hər zaman gənclərə bayrağımıza hörmətlə yanaşmağı və onu sevməyi tövsiyyə etmişdir. Cənab İlham Əliyev “Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir” demişdir. Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərimizə səfəri zamanı ilk olaraq həmin yerdə Azərbaycan bayrağını dalğalandırır. Bu, dövlət başçısının Dövlət bayrağına olan böyük sevgisinin və ehtiramının bir nümunəsidir.

Azərbaycan bayrağı bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq.

Bayrağımız qürur mənbəyimizdir!

Güntəkin Məmmədova
147 saylı texniki-humanitar liseyin tarix müəllimi
CASCFEN-in təşəbbüsü dəstəklənibMedia və QHT təmsilçilərinin iştirakı ilə geniş konfransın keçirilməsi məqbul bilinib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin icrasını uğurla davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir onlayn formatda olub. Birlikdən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycanın 10-dan çox rayonundan müxtəlif yönümlü QHT təmsilçilərinin, həmçinin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi onlayn təlim-seminarı giriş nitqi ilə Birliyin sədri, layihə rəhbəri, Əməkdar jurnalist Nadir İsmayılov açıb. Çıxışına qeyri-hökumət təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıqla başlayan N.İsmayılov bildirib ki, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir: “Təbii ki, bunun da əsasında cənab Prezident İlham Əliyevin üçüncü sektora göstərdiyi diqqət və qayğı dayanır”.

Nadir İsmayılov: Hər iki tədbirdə səslənən fikirlər əsasında hesabat hazırlanacaq

Çıxışına davam edən layihə rəhbəri deyib: “Artıq layihənin üçüncü ayındayıq. Bu layihə çərçivəsində həm Respublika miqyaslı, həm də region QHT-lərinin təmsilçiləri, o cümlədən media rəhbərləri ilə söhbətlər edib problemi (söhbət təbii ki, QHT-lərin fəaliyyətinin mətbuatda kifayət qədər işıqlandırılmamasından gedir) araşdırmışıq. Bunun əsasında hazırladığımız 8 məqalə, o cümlədən layihə çərçivəsində oktyabrın 6-da Bakı, Abşeron və Sumqayıtdan olan QHT təmsilçilərinin iştirakı ilə keçirdiyimiz tədbir barədə məlumat ümumilikdə 80 dəfə müxtəlif media orqanlarında işıqlandırılıb. Həmçinin, layihənin gedişində sosial şəbəkə hesablarından paylaşımlar edilib”.

N.İsmayılov onu da bildirib ki, hər iki tədbirdə səslənən fikirləri də əsas götürməklə sonda bir hesabat hazırlanacaq: “O hesabatı həm QHT, həm MEDİA Agentlyinə, həm də Mətbuat Şurasına təqdim edəcəyik”.

Sonra çıxış edən layihə rəhbərinin köməkçisi, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır: “Layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyələrin verilməsi təşkil edir”.

Zaur İbrahimov: QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Zaur İbrahimov hazırda QHT-lərin mətbuat və sosial media ilə əlaqələrinin qurulması məsələsinin aktuallıq kəsb etdiyini deyib. Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsində bununla bağlı mövzunun salındığını deyən Z.İbrahimov bu addımın heç də təsadüfi olmadığını bildirib: “Məsələ burasındadır ki, Azərbaycanda QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur. Bu günə kimi QHT-lər tərəfindən kifayət qədər məhsuldar və əhatə dairəsi geniş layihələr reallaşdırılsa da onların əksəriyyəti barədə cəmiyyətə dolğun məlumat çatdırılmayıb. Bunun kökündə isə QHT-lərin media ilə əlaqələrinin düzgün qurulmaması dayanır. Nəticədə uduzan yenə ümumilikdə biz oluruq. Yəni sanki elə bir təəssürat yarana bilər ki, QHT-lər bu layihələri yalnız özləri üçün həyata keçiriblər, cəmiyyətə bunun heç bir dəxli yoxdur. Bir sözlə, bu gün görülən hər işin, o cümlədən QHT-lərin reallaşdırdıqları layihələr barədə cəmiyyətə məlumatların çatdırılmasında medianın əvəzi yoxdur”.

Z.İbrahimov qeyd edib ki, Agentlik bu məsələdə boşluqların aradan qaldırılması üçün konkert addımlar atır: “Həm də qeyd etdiyim istiqamətdə konkret layihələrin reallaşması üçün 2022-ci il kiçik qrant müsabiqəsində xüsusi bənd salınıb. Bu bənd üzrə 4 layihə qalib olub ki, həmin layihələr əsasında da maraqlı işlər görülür. Bu gün keçirilən tədbir həm də ona görə maraq doğurur ki, artıq İctimai Birliyin layihəsi çərçivəsində prosesə region QHT-ləri də cəlb olunub”.

Müşahidə Şurasının üzvü Agentliyin QHT-media əməkdaşlığının güclənməsi istiqamətində daha bir addım da atdığını bildirib: “İlk dəfə olaraq Agentlik tərəfindən PR məsələləri ilə bağlı artıq minimum standart müəyyən olunub. Yəni biz tövsiyyə etdik ki, hər hansı QHT öz layihəsi barədə ən azı beş KİV-də məlumat verməlidir. Bu minimumdur, bundan artıq neçə saytda, yaxud qəzetdə dərc edilməsi isə artıq QHT-nin öz işini media ilə necə qurmasından asılı olacaq. Bu onu göstərir ki, biz öz tərəfimizdən o mühiti formalaşdırmağa çalışırıq”.

Sözügedən istiqamətdə reallaşdırılan layihələrin gedişində ortaya çıxacaq təklif və nəticələrin maraqlı olacağını deyən Z.İbrahimov bildirib ki, problemin praktiki həlli yollarından biri hər hansı bir müstəvidə media və vətəndaş cəmiyyətinin bir araya gəlməsindən keçir: “Yəni hər iki tərəfin iştirakı ilə geniş müzakirələrə ehtiyac var, fikir mübadiləsi aparılması vacibdir. Düşünürəm ki, bu müzakirələrin bir nəticəsi, mediada daha çox QHT sektoru ilə işləyəcək, bu sahədə zəruri bilik və bacarığa malik müxbirlərin yetişməsi üçün müvafiq təşəbbüslərə qərar verilməsi ola bilər. Çünki mediada bu sahə üzrə ixtisaslaşma vacibdir”.

Əliməmməd Nuriyev: Həm media, həm də QHT özünü haqlı saya bilər

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də mövzunun aktual olduğunu deyib.

O, qeyd edib ki, məsələyə yanaşmada həm media, həm də QHT özünü haqlı saya bilər: “Ona görə də biz kimin haqlı, kimin haqsız olmasının axtarışına çıxmamalıyıq. Elə etməliyik ki, bu problemin həllinə dəstək olaq. Onun yolu da bu cür müzakirələrdən keçir. Əminəm ki, İctimai Birlik layihə başa çatandan sonra da bu məsələ ətrafında müzakirələri davam etdirəcək”.

Daha sonra layihənin təlimçiləri – Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova və Sevda Əskərova müvafiq olaraq “Region QHT-ləri: mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır?” və “Bölgələrdə fəaliyyət göstərən QHT-lər mətbuat və sosial medianın imkanlarından yararlana bilirlərmi?” mövzularında təqdimatlarla çıxış edərək mövcud durum barədə iştirakçıları məlumatlandırdılar.

Bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi vacibdir

Təqdimatlardan sonra çıxış edən “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fərman Nəbiyev, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə, aktor.az saytının təsisçisi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa, azpost.info saytının rəhbəri Xəqani Səfəroğlu, jurnalist, ictimai fəal, hazırda Türkiyədə yaşayan Oktay Hacımusalı, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Bilriyinin sədri Ramin Mahmudov çıxış ediblər.

Çıxışlarda belə bir ümumi fikir ifadə olunub ki, mətbuatla, sosial media ilə davranış və əməkdaşlıq istiqamətində QHT-lərin, xüsusilə, region QHT-lərinin maarifləndirilməsinə ehtiyac vardır. Bunun üçün də “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” tipli layihələrin gələcəkdə də davam etdirilməsi vacibdir.

Eyni zamanda, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) media və QHT təmsilçilərinin iştirakı ilə geniş bri konfaransın keçirilməsi təşəbbüsü dəstəklənib.
İran və MAQATE arasında keçirilən danışıqlar nəticəsiz başa çatıbVyanada İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nümayəndələri arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.

Eyni zamanda, o vurğulayıb ki, tərəflər təmasları davam etdirəcək və MAQATE nümayəndələri yaxın həftələrdə İrana səfər edə biləcəklər.

MAQATE hazırda İranda elan olunmamış üç nüvə obyektində uran hissəciklərinin mənşəyini araşdırır. Müfəttişlərə girişin verilməsi tələbi ölkənin nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün əsas şərtlərdən biridir.