"Radikal müxalifət Don Kixotluq edib Əli İnsanovu ittiham etməkdənsə,... "Əli İnsanov yenə gündəmdədir. Adam 76 yaşında da öz fəaliyyəti ilə, atdığı addımları və sərt dönüşləri ilə bu gün də hər kəsi təəccübləndirməyi bacarır. Bu da heç də hər siyasətçidə uğurlu alınmır.

Lakin görünən budur ki, keçmiş Səhiyyə naziri, hazırda Haqq Ədalət Partiyasının (HƏP) sədri olan Əli İnsanov öz siyasi manevrlərini öncədən yüz ölçüb, bir biçir. Ona görə də biz bu gün HƏP-dən istefaların başlanmasına əsla təəccüblənməməliyik.

Çünki 11 illik həbsxana həyatını başa vurandan sonra radikal müxalifət mövqeyinə keçmiş Əli İnsanovun HƏP-in idarə heyətinin toplantısında çıxışı zamanı Prezident İlham Əliyevə dəstək nümayiş etdirməsi və bundan sonra onun yürütdüyü siyasəti müdafiə edəcəyini açıqlaması əslində gözlənilən idi.

Biz bunu gözləyirdiksə, onun komanda üzvləri də gözləməliydilər. Niyə gözləməliydilər? Çünki Əli İnsanov HƏP-i yaradarkən müxalifətin radikal qanadı ilə sıx təmaslarının səmərəsizliyini, nəticəsizliyini və perspektivsizliyini gördü.

Əli İnsanov kifayət qədər praqmatik və realist şəxsdir. O, lap vaxtında başa düşdü ki, radikal müxalifətlə birləşib böyük siyasətdə uğur qazanmaq mümkün deyil. O gördü ki, müxalifətin Milli Şura, AXCP və Müsavat qanadı çoxdan tükənib və bu qüvvələrin nə özləri üçün, nədəki Azərbaycanın gələcəyi üçün heç bir ciddi iş görmək potensialı yoxdur.

Məhz bütün bunları dərindən-dərinə hesablayaraq Əli İnsanov HƏP-in kursunda kəskin dönüş etməyə qərar verdi. O, bu qərarını öz partiyadaşları ilə gənəşərək, məşvərət edərəkmi verib, yoxsa bu onun partiya sədri kimi təkbaşına verdiyi qərardımı, mən bu barədə konkret bir söz deyə bilmərəm.

Amma məhz bu qərardan sonra Haqq və Ədalət Partiyasının rəhbər şəxsləri, sədr müavinləri arasında "yarpaq tökümü"nün başlamasına təbii hal kimi baxmaq lazımdır. Bunda qeyri-adi heç nə yoxdur. Bu da demokratiyanın bir təzahür formasıdır.

Siyasətdə əbədi heç nə yoxdur. İnsanların bir partiyadan digər partiyalara transfer etməsi, öz siyasi baxışlarına uyğun gələn təşkilatları seçməsi onların təməl haqqıdır.

Bu mənada radikal müxalifətə bağlı KİV və internet resursların bəzi şəxslərin Əli İnsanovun məlum çıxışından sonra HƏP-in sıralarından istefa verməsi faktından fürsət kimi istifadə edib, necə deyərlər, "nəlbəkidə fırtına" düzəltməyə cəhd göstərməsi mənasız bir işdir.

Bu cür cəhdlərlə Əli İnsanov kimi partiya sədrlərini verdiyi qərarından daşındırmaq, tutduğu mövqeyindən çəkindirmək mümkün deyil. Radikal müxalifət Don Kixotluq edib Əli İnsanovu ittiham etməkdənsə, yaxşı olar ki, öz uğursuzluqlarının səbəblərini götür-qoy eləsin. Hələ ki gec deyil.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
BAXCP-dən Zəfər Günü təbrikiBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

“Əziz həmvətənlər,

2 il öncə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü 30 ilə yaxın işğal altında olan torpaqlarımızın əhəmiyyətli hissəsinin azad olunmasıyla nəticələndi və Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, müqəddəs savaşa qalxan Azərbaycan xalqının qürur və şərəf tarixinə çevrildi.

Azərbaycan Ordusunun düşməni darmadağın etməsi, hərb tarixinə qızıl hərflərlə yazılan misilsiz qəhrəmanlıq nümunələri numayiş etdirməsi ad verdiyi, sahib olduğu, dövlətlər qurduğu torpaqlarda imperiyaların qanlı siyasəti nəticəsində parçalanmış Azərbaycan xalqını mənəvi baxımdan yenidən bütövləşdirdi, qan yaddaşını, milli ruhunu ayağa qaldırdı, Türk Dünyasında milli özünəqayıdış və özünüdərk prosesinin sürətlənməsinə və real məzmun almasına rəvac verdi.

Geridə qalan zaman kəsiyində Zəfərimizə, İstiqlalımıza, azad və müstəqil inkişafımıza qənim kəsilən bütün qüvvələrin basqısına baxmayaraq, milli birliyimizi, həmrəyliyimizi qorumaq məharətimiz, şər qüvvələrə qarşı vahid bir cəbhədə yer almaq bacarığımız, bu birlikdən güc alan dövlətimizin qətiyyətli mövqeyi bizi hər gün öz hədəflərimizə daha da yaxınlaşdırır.

Şübhə etmirəm ki, ölkəmizin bütün əraziləri üzərində suveren hüquqlarımızı bərpa edəcək, üçrəngli bayrağımızı tarixi yurd yerlərimizin ən uca zirvələrində dalğalandırmağı bacaracağıq.

Bizə Qələbənin sevincini, qürurunu bəxş edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımı bildirirəm.

Zəfər Günümüz mübarək olsun!

Tanrı Azərbaycanı qorusun!”

Separatçılar Qarabağda qəzaya düşdülər - Ölən və yaralılar varAzərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb, digər “könüllü”lər isə ağır yaralanıb.

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb.
Bu gün toyu olacaqdı, salona gedərkən qəzada öldüYevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib. Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.
Daxili Qoşunların hərbçisi minaya düşdüDaxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.

Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.

Tokio 1 500 ədəd uzaqmənzilli raket almaq niyyətindədirYaponiya Silahlı Qüvvələri on il ərzində materik Çindəki hədəflərə hücum edə bilən ən azı 1 500 ədəd uzaqmənzilli raket almaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Sankei” qəzeti Yaponiyanın Milli Müdafiə Mazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Birincisi, Tokio hərbi gəmiləri və ehtimal ki, sualtı qayıqları təchiz etmək üçün ABŞ-dan “Tomaqavk” qanadlı raketləri almağı planlaşdırır.

Modifikasiyadan asılı olaraq, onlar 2,5 min km-ə qədər məsafəyə malik ola bilərlər. Artıq bununla bağlı ABŞ-la danışıqlar aparılır, lakin alınan “Tomaqavk” raketlərinin sayı və onların modelləri barədə hələlik məlumat verilmir.

Eyni zamanda, Yaponiya hərbi idarəsi özünün yerüstü tipli Type-12 raketini modifikasiya edir. Onun uçuş məsafəsi min km-dən çox olmalıdır. Bu raketlər 2026-cı ildən qoşunlara təhvil verilməlidir, həmçinin onların gəmilər və döyüş təyyarələri üçün versiyalarda kütləvi istehsalı nəzərdə tutulur.

Tokio NATO ölkələrindən nümunə götürərək onları ölkənin ümumi daxili məhsulunun 2%-ni keçən səviyyəyə çatdırmağı planlaşdırır.
Rusların olduğu bina vuruldu, 200 hərbçi öldüUkrayna ordusu Xerson vilayətinin Kaxovka şəhərində rusiyalı hərbçilərin yerləşdiyi binaya zərbələr endirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Zərbələr nəticəsində 200 hərbçinin öldüyü bildirilir.

"Düşmən zərbənin nəticələrini gizlədir, şəhərdə sərt inzibati və polis tədbirləri görülür", - Baş Qərargahdan bildirilib.

Bundan başqa, Radensk qəsəbəsi yaxınlığında Rusiyanın hərbi texnika karvanı da məhv edilib.
ABŞ Avropaya 16 min hərbçi göndəribABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı bildirib ki, oktyabrın sonuna qədər Birləşmiş Ştatlar Avropaya 16 mindən çox hərbi qulluqçu, 63 mindən çox tank əleyhinə sistem, 84,1 min tondan çox hərbi texnika və avadanlıq göndərib.

Avrasiya.net xəbər verir ki, komandanlıq yanvarın 21-də Ukraynaya hərbi ləvazimatların çatdırılmasına başlayıb və tədarükü hələ də davam etdirir.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Avropa qitəsinə daşımaları fevralın 3-dən başlayıb. Bundan əlavə, ABŞ Avropaya 1 milyona yaxın artilleriya mərmisi göndərib.
Gəncədə 3 baş həkim işdən çıxarıldıGəncə şəhər xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, baş həkim Qafar İbrahimov dünən işdən çıxması ilə bağlı kollektivə məlumat verib.

O öz ərizəsi ilə vəzifədən ayrıldığını söyləyib.

Qeyd edək ki, Q.İbrahimov beş ilə yaxın sözügedən vəzifəni icra edib.

***

Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov yaş həddinə görə vəzifədən azad olunublar.