Lerik sakini ehtiyatsızlıqdan tüfəng ilə qohumunu yaralayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-əLerik sakini qohumunu güllələdi verilən xəbərə görə, noyabrın 2-də Lerik rayonunun Veri Əliabad qəsəbəsində yaşayan L.Rəhimov həyətində pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılmış atəşdən qohumu T.Rəhimova xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti qənaətbəxşdir.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən S.Rəhimovdan tüfəng götürülüb.

Araşdırma aparılır.
Amerika Maliyyə Nazirliyi beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsinin üzvlərinə, o cümlədən SEPAH-ın Qüds qüvvələrinə və Livan Hizbullahına gəlir gətirən onlarla şəxs, şirkət və tankerə sanksiya tətbiq etdiyini açıqlayıb.

Avrasiya.netABŞ İrana yeni sanksiya tətbiq etdi xəbər verir ki, ABŞ-ın yeni sanksiyaları İran, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Türkiyə və Marşal adalarında bir neçə şirkəti də hədəf alıb.

Sanksiyalara məruz qalan şəxslərin və şirkətlərin Amerikadakı aktivləri bloklanıb və onlarla ticarət etmək qadağan edilib.
İşdən çıxarılan nazir müavini danışdı: “Hər şey aydınlaşacaq”DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib.

Avrasiya.net "Gununsesi.info"ya istinadən xəbər verir ki, Elnur Əliyev evində olduğunu bildirib: “Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub. Əməliyyatdan sonra nazirliyin texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibov isə həbs edilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.
İranı azad edəcəyik - BaydenNarahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq.

Avrasiya.net xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib.

Qeyd edək ki, Bayden ilə görüşə gələn onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən pankartlar qaldırıblar.

Ukrayna ordusu 8 İran PUA-sını vurduUkrayna ordusu Ukraynanın Dnepropetrovsk vilayətində İrana məxsus 8 “Şahid-136” PUA-sını vurub.

Bu barədə “RBK Ukrayna” məlumat yayıb.

“Bütün bu PUA-lar Nikopol rayonunda Şərq hava komandanlığının hərbçiləri tərəfindən məhv edilib”, - məlumatda deyilib.
Fazil Məmmədov vəfat etdiAzərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
"Qarabağ"ın Konfrans Liqasında mümkün RƏQİBLƏRİ“Qarabağ” klubunun avrokubokların pley-offundakı rəqibi noyabrın 7-də bəlli olacaq.

Avrasiya.net-in məlumatına görə, həmin gün Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü atılacaq.

Avropa Liqasının G qrupunda üçüncü olan Azərbaycan çempionu mübarizəni Konfrans Liqasında davam etdirəcək. Təmsilçimiz püşkatmada səpələnməmişlər səbətində olacaq.

“Qarabağ”ın mümkün rəqibləri Konfrans Liqasında qrup ikincisi olan 8 klubdur. Bu komandalar püşkdə səpələnmişlər olacaq.

Tədbir Bakı vaxtı ilə 17:00-da başlayacaq. “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-offun oyunları 2023-cü il fevralın 16-da və 23-də keçiriləcək. “Qarabağ” bütün səpələnmişlər kimi ilk oyuna evdə, cavab matçına səfərdə çıxacaq.
Qol vururuq, saymır, VAR-a baxır - MedvedevHamı oyunun önəmini başa düşürdü. Matça çox yaxşı hazırlaşmışdıq. Amma meydanda nə qədər vuruşsaq da, bəzi şeylər alınmırdı.

Avrasiya.net xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qol epizodlarından istifadə edə bilmədiklərini söyləyib: "Ümumi götürəndə komanda əlindən gələni etdi. Nə bacarırdısa, onu göstərdik".

M.Medvedev görüşün baş hakimi Aleksey Kulbakovun "Qarabağ"a antipatiyasının olduğunu bildirib:

"Ən azı kənardan belə görünürdü. "Qol vururuq, saymır, VAR-a baxır. Sonra penalti epizodu oldu. Nəticədə bir az stressə girdik və kobud oynamağa başladıq. Bu səbəbdən Kevin Medina qırmızı vərəqə aldı. Bununla belə, sonadək mübarizə apardıq. Azlıqda qalsaq da, bərabərlik qolunu vura bildik".
İranda məscidin imamı qətlə yetirildiİranın Sistan-Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahidan şəhərinin böyük məscidinin imamı Höccətülislam Səccad Şəhraki silahlı şəxsin hücumuna məruz qalıb.

Bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri məlumat yayıb.

Tahiri bildirib ki, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib:

"Üzləri bağlı olan 2 nəfər “Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.

Baş vermiş hadisə ilə əlaqədar vilayətin polis idarəsi tərəfindən cinatət işi qaldırılıb və təcili olaraq əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Qeyd edək ki, sentyabrın əvvəllərində Tehranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün örtmədiyinə görə zorakılığa məruz qalaraq ölməsindən sonra İranda kütləvi aksiyalar başlayıb.

Qurban Qurbanov: Buna görə əsəbiləşdimFutbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik.

Avrasiya.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: "Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi".

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.