İtkin düşən hindistanlı turisti tapana 40 min manat mükafat veriləcəkBu ilin may ayında Zaqatalada itkin düşən hindistanlı turist Manikanth Kondaveeti in qardaşı Dharan Kondaveeti qardaşını tapana mükafat vəd edib.

Hindistanın Bakıdakı Səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir ki, bu barədə o, səfirliyə bildirib:

Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 40000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik.

Qaydalar və Şərtlər:

1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq".
DTX-nin saxladığı nazir müavini işə çıxdıNazirin birinci müavini Elnur Əliyev işə nəyə görə, hansı səbəblə çıxmamalıdır ki? Yayılan məlumatla bağlı hər hansı rəsmi orqanın açıqlaması axı yoxdur.

Bu sözləri Axar.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova deyib.

Qeyd edək ki, nazirin birinci müavini Elnur Əli oğlu Əliyevin noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərəfindən xüsusi əməliyyatla saxladığı bildirilmişdi. Bu gün isə Oxu.az onun işə çıxmasıyla bağlı məlumat yayıb.
Rusiya Ukraynada 1402 zabit itiribRusiya ordusunun Ukraynadakı müharibədə itirdiyi zabitlərin sayı 1402 nəfərə çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.

“Ukraynada 1402 rus zabit zərərsizləşdirilib. Yüksək rütbəli zabitlər bu göstəricinin 26 faizini təşkil edir”, - deyə bildirilib.

Qeyd edilib ki, Ukraynada Rusiyanın 2 general-leytenantı, 8 general-mayoru, 44 polkovniki, 98 polkovnik-leytenentı, 193 mayoru, 279 kapitanı, 471 baş leytenantı, 235 leytenantı və 72 digər hərbi rütbəli şəxsi öldürülüb.
Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqladıBakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Yelena İvanovna Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Rafi oğlu Hacıyev ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.
İran-İran-Türkiyə sərhəddində mafiya dəstəsinin 11 üzvü həbs edilibTürkiyə sərhəddində yanacaq qaçaqmalçılığı ilə məşğul olan mafiya dəstəsinin 11 üzvü həbs edilib.

APA-nın Tehran bürosunun məlıumatına görə, bunu İranın Təhlükəsizlik Nazirliyi (Ettelat) məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bazarqan sərhədində (İran - Türkiyə sərhəd keçid məntəqəsi) beynəlxalq yanacaq qaçaqmalçılığı və quldur dəstə məhv edilib və dəstənin 11 üzvi həbs edilib.

Məlumatda həbs olunan şəxslər haqqında əlavə məlumat verilməyib.
Sentyabr döyüşlərində ölən erməni hərbçilərin ilk rəsmi siyahısıErmənistandakı Hərbi Sığorta Fondu sentyabrın 13-14-də Azərbaycanla sərhəddə baş vermiş döyüşlərdə ölən hərbçilərin ilk rəsmi siyahısını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, siyahıda rəsmən öldüyü bildirilmiş 197 hərbçidən 93-nün adı yer alıb.

Fond bu siyahını hərbçilərin ailələrinə ödənilən kompensasiyalarla ümumiləşdirib.

Ödəniş hüququ olan şəxslərin siyahısı son bir ayda 101 adla tamamlanıb ki, onlardan 93-ü artıq qeyd olunduğu kimi, sentyabr döyüşlərində ölənlərdir. Qalanları itkin düşmüş hərbi qulluqçular və ya 2020-ci ilin müharibəsi nəticəsində əlil kimi tanınanlardır.

Hələ bir ay əvvəl Ermənistan Müdafiə Nazirliyi siyahı tərtib olunan kimi dərc edəcəyinə söz verərək, dəqiqləşdirilməmiş məlumatlarla siyahı yaymağın yersiz olduğunu bildirmişdi. Bundan sonra mətbuatda bir neçə dəfə ölənlərin adları olan siyahılar dərc olunub. Məlumat toplayan zaman tərtibçilər açıq mənbələrdən, internetdən və sosial şəbəkələrdən məlumatlardan istifadə edirdilər.

Bu baxımdan, Hərbi Sığorta Fondunun siyahısı natamam da olsa, ilk rəsmi siyahı sayıla bilər.

Siyahıda həm çağırışçı əsgərlər, həm müqaviləli hərbi qulluqçular, həm də könüllülərin adı var.

2 noyabr 2022-ci il tarixinə Fonddan ödəniş alanların sayı 4957 nəfərdir. Ölən hərbçinin hər birinin ailəsinə Fonddan birdəfəlik 10 milyon dram, sonra isə hər ay 200 min dram kompensasiya verilir.

Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşlərdə 197 erməni əsgər və 4 mülki şəxs ölüb. Bundan əlavə, sentyabrın 28-də baş vermiş atışmada daha 3 hərbçi ölüb.
Qərb bu komissiyanın yaradılmasından qorxur - RusiyaQərb ABŞ və Kiyevin Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətinin şərtlərini araşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının komissiyasının yaradılmasından qorxur.

Bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Layihə ilə bağlı 2 raund məsləhətləşmələr apardıq, lakin keçmiş Qərb tərəfdaşlarımızdan Rusiyanın təbliğatına dair yalnız köhnə tezislər eşitdik və təqdim etdiyimiz sübutların guya kifayət qədər inandırıcı olmadığı bildirildi”, - Polyanski vurğulayıb.

Qeyd edək ki, daha öncə BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynada hərbi bioloji fəaliyyətlərin araşdırılması üzrə komissiyanın yaradılmasına dair qətnaməsini qəbul etməmişdi.
ABŞ Ukraynaya 1 milyon artilleriya mərmisi göndərib2022-ci ilin fevral ayının sonundan bəri ABŞ Ukraynaya 202 artilleriya sistemi tədarük edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Pentaqonun açıq məlumatlarında qeyd olunur.

Ukrayna ordusu Amerika tərəfdən 1 milyondan çox artilleriya mərmisi, zirehli hədəfləri məhv etmək üçün 63 min mobil raket sistemi, 1,4 min mobil zenit-raket kompleksi, 15 helikopter, 46 radar, 10,2 min atıcı silah, 68,2 milyon atıcı silah sursatı və 26 patrul kateri alıb.

Qeyd edək ki, ABŞ Ukraynaya müasir HİMARS raket sisteməri, M777 artilleriya qurğuları, NASAMS hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərir.
ABŞ Finlandiyaya 500 milyon dollarlıq raket satışına icazə veribDövlət Departamenti Finlandiyaya ABŞ-ın 535 milyon dollar dəyərində GMLRS idarə olunan raketləri və digər avadanlıqlarının mümkün satışını təsdiqləyib.

Bu barədə CNN məlumat yayıb.

“Ehtimal edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki bu, Avropada sabitliyin qorunmasında mühüm rol oynayan etibarlı tərəfdaşın müdafiəsini gücləndirməyə kömək edəcək. Finlandiyanın inkişafına və güclü özünümüdafiə potensialını dəstəkləməsinə yardım etmək ABŞ-ın maraqları üçün çox vacibdir.”, - Pentaqonda qeyd ediblər.

Amerika tərəfi hesab edir ki, Finlandiya hakimiyyəti bu raketlərdən “milli ehtiyatlarını artırmaq, Avropanın şimal cinahında quru və hava hücumundan müdafiəni gücləndirmək” üçün istifadə edir.

“Milli ehtiyatların yaradılması Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Finlandiyanın müdafiəsi üçün mühüm rol oynayır”, - bəyanatda izah edilib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək üçün 30 günü var.