Alimpaşa Məmmədovun 10 milyonluq əmlakına HƏBS QOYULDUŞəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş həmin əmlaklar aşağıdakılardır:

1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)

2. "Abad Şəmkir” MMC-yə məxsus danışnan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)

3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DTX-nin ifşa etdiyi şəxs israilli biznesmeni öldürmək istəyib...Dövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqət çəkir.

Bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Orxan Fərman oğlu Əsədov üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Bir az araşdırma aparsaq, görürük ki, bu ad bizə bir ildən çoxdur ki, tanışdır. Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir.

Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.

Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.

Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.

Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar.

Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.
Hüseyn Həsənov Dubayda qəzaya düşdüRusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Dubayda qəzaya düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb.

Adrenalin yaşamaq üçün yüksək sürətlə "kvadrasikl" idarə edən blogerin qəza nəticəsində sol ayağı zədələnib.

Dərhal klinikaların birinə çatdırılan Hüseyn MRT müayinəsinə aparılıb. Orada onun ayağının sındığı aşkar olunub və ayağına gips qoyulub.
DTX-nin əməliyyatı zamanı nazir harada olub?Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb.

A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.
Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd İMZALADITürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib.

Avrasiya.net xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb.

Sərəncam “Resmi Gazete”də dərc edilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
Bakıda 43 yaşlı kişi kəsici alətlə özünə çoxsaylı xəsarətlər yetiribBakının Nəsimi rayonunda kişi özünə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.

"Report"un məlumatına görə, 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu özünə ülgüclə xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
ABŞ İrandakı etirazlarla bağlı BMT TŞ-ın qeyri-rəsmi iclasını çağırıbABŞ və Albaniya İranda baş verən etirazlarla əlaqədar noyabrın 2-də BMT Təhlükəsizlik Şurasının “Arria formulası” üzrə qeyri-rəsmi iclasını çağırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin yaydığı məlumatda deyilir.

Görüşün məqsədi İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil beynəlxalq və etibarlı təhqiqatın aparılmasını dəstəkləmək olacaq.

İclasda İran vətəndaş cəmiyyətinin nümayəndələri videobağlantı vasitəsilə iştirak edəcəklər.

Xatırladaq ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.
"Exit-poll": Knessetə keçirilən seçkilərdə Netanyahunun partiyası birinci yeri qazanıbİsraildə keçmiş baş nazir və müxalifət lideri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası Knessetə (İsrail parlamenti) keçirilən erkən seçkilərdə birinci yeri qazanıb.

“Report” xəbər verir ki, bu məlumatları “Kan” dövlət telekanalı seçki məntəqələri bağlandıqdan sonra yayılan "Exit-poll" nəticələrinə istinadən verib.

Məlumatlara görə, Netanyahunun partiyası 120 yerlik parlamentdə 30 yer əldə edəcək. İkinci yerdə İsrailin hazırkı baş naziri Yair Lapidin “Yeş Atid” partiyası qərarlaşıb.

“Likud” partiyası Netanyahunun rəhbərlik etdiyi siyasi qüvvələr bloku Knessetə seçkilərin nəticələrinə görə hökumət koalisiyası yarada bilər.
Bakıda minə qədər bina söküləcəkBakıda minə qədər köhnə bina söküləcək, əvəzində yeniləri inşa ediləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Xəzər TV-yə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır.

Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Söküləcək binalar həm beşmərtəbəlilərdir, həm də doqquzmərtəbəlilər. Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.

Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.