Azərbaycanlı ekspertlər İrana GEDƏCƏKİsfahan 14-17 noyabr 2022-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Minerallar üzrə Ekspertlər Qrupunun 8-ci iclasına ev sahibliyi edəcək.

Avrasiya.net xəbər verir ki, İran mediasının məlumatına görə, tədbirdə Pakistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və İran da daxil olmaqla yeddi ölkədən ekspertlər iştirak edəcək.

İclasın məqsədi İƏT-ə üzv dövlətlərin ekspert və menecerlərinin fikir mübadiləsi aparmaq, yeni ideya və perspektivləri bölüşmək, eləcə də mövcud geoloji və mineral sektorların problemlərini həll etməkdir.

Təşkilatın ümumi məqsədi üzv dövlətlərin və bütövlükdə regionun davamlı iqtisadi inkişafıdır.
Cəbrayılda şirkət əməkdaşı minaya düşdüBu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
Əhməd Baytursunoğlu Türk Dünyası üçün böyük işlər görübİstanbul Universitetində TÜRKSOY-un təşkilatçılığı ilə Əhməd Baytursunoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd Baytursunoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, konfransda TÜRKSOY-un baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, türkdilli ölkələrin diplomatik korpusunun nümayəndələri, İstanbul Universitetinin rektoru Mahmud Ağ, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızstan və Türkiyədən gələn türkoloqlar və alimlər də iştirak ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti səlahiyyətlərini icra edən vitse-prezident Füzuli Məcidli Əhməd Baytursunoğlunun türk dünyasının dövlətçilik və siyasi sisteminin inkişafın naminə islahatlardan, türk dünyasının mənəvi aləminin zənginləşməsində onun əsərlərinin rolundan, qazax dilinin qorunması üçün apardığı mübarizədən, eləcə də liderlik xüsusiyyətlərindən danışıb.

O qeyd edib ki, Əhməd Baytursunoğlu Alaş Orda hökumətində işləməklə bərabər, həm də Türk dünyasının birləşməsi ideyasını və Türküstan ideyasının yayılması üçün böyük töhfələr verib. Onun Türk Birliyinin yaranması üçün mübarizəsindəki baxışları və ideyaları Başqırdıstanın lideri Zəki Validi Toğanın, Azərbaycanın siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin ideyaları və fikirlkəri ilə üst-üstə düşüb. O həmçinin qırğız ziyalıları və xalqı ilə çiyin-çiyinə işləyib. Türk millətinin parlaq nümayəndələri İşanalı Arbayevin, Qasım Tınıstanovun, Qalımcan İbrahimovun yaxın silahdaşı olub.

TÜRKSOY-un sədri Sultan Rayev də öz çıxışında Əhməd Baytursunoğlunun Türk dünyasının Birliyi üçün yazıb qoyduğu, həyata keçirə bilmədiyi ideyalarının bu gün də əhəmiyyətli olduğunu bildirib.

Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çap olunan araşdırmaçı alim Reyhan İmaxanbetanın “Əsrin adamı” və “Əhməd Baytursunoğlu. Seçilmiş əsərləri” (qazax, türk, ingilis, rus dilində) kitablarının təqdimatı olub. Əhməd Baytursunoğlunun həyat və yaradıcılığından bəhs edən kitab sərgisi və “Qazax sivilizasiyası və Əhməd Baytursunoğlu” videoroliki də qonaqlar tərəfindən maraqla qarşılanıb.
Ermənistan Xarici Kəşfiyyat Xidməti yaradırErmənistanda Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti 2023-cü ildə yaradılacaq.

Bunu baş nazir Nikol Paşinyan parlamentdə 2023-cü il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Müvafiq qanun layihələri yaxın vaxtlarda hökumət tərəfindən qəbul edilərək parlamentə göndəriləcək. Mən dəstəyə ümid edirəm", - baş nazir deyib.

Paşinyanın fikrincə, Xarici Kəşfiyyat Xidməti, standart güc strukturu olmayacaq və onun işində çox yüksək məxfilik hökm sürəcək. O, ictimaiyyəti və deputatları bu xüsusi xidmətin xüsusiyyətlərinə anlayışla yanaşmağa çağırıb.
Quzey Kıbrısın Xarici İşlər Nazirliyindən sərt etirazQuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Kipr Rum Administrasiyasının 29 oktyabr tarixini “İtkin Şəxslər Günü” elan etməsini şiddətlə qınadıqlarını bildirib.

Avrasiya.net-in məlumatına görə, nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Kipr Rum Administrasiyası 29 oktyabr 2022-ci il tarixli açıqlama ilə 1974-cü ildən bəri taleyi müəyyən edilməyən itkin düşmüş şəxslər üçün 29 oktyabr tarixini “Kıbrısda itkin düşmüş şəxslər günü” elan edib.

Açıqlamada bunlar qeyd edilib:

"Kipr Rum İdarəsi 29 oktyabr 2022-ci il tarixli açıqlama ilə 1974-cü ildən bəri taleyi müəyyən edilməyən itkin düşmüş şəxslər üçün 29 oktyabr tarixini “Kıbrısda itkin düşmüş şəxslər günü” elan etdiyini açıqlayıb. 1963-cü ildən yunanların vəhşilikləri səbəbindən böyük itkilər verməyə başlayan və 1974-cü ildə qarant hüquqlarından qaynaqlanan Ana Vətən Türkiyənin haqlı müdaxiləsi ilə iztirabları sona çatan Kıbrıs Türk xalqının illərdir yaşadığı itkilərə məhəl qoymayaraq, itkin düşmüş şəxslər məsələsindən siyasi alət kimi istifadə edən yunan rəhbərliyini bu açıqlamasına görə şiddətlə qınayırıq.

Adada itkin düşənlər məsələsinin siyasiləşdirilməsinə qarşı çıxdığını iddia edən Kipr Rum rəhbərliyinin Türkiyə Cümhuriyyətinin quruluş ildönümü olan 29 oktyabrda bu təxribatçı qərarla üst-üstə düşməsi və bu həssas məsələdən siyasi məqsəd kimi istifadə etməsi alət, böyük bir hörmətsizlik və təhqirdir.

Yunan tərəfi hər fürsətdə Kıbrıs məsələsində yeganə tərəfmüqabili olan Kıbrıs türk xalqını görməzdən gəlmək üçün əbəs cəhdlərə əl atır. Adanın tarixi faktlarını öz maraqları naminə manipulyasiya etməyə və itkin düşənlərin yaxınlarının ağrılarından belə öz maraqları üçün istifadə etməyə qədər irəliyə gedən Kipr Rum tərəfini ehtiyatlı davranmağa və itkin düşmüş şəxslər komitəsinin işinə mənfi təsir edəcək addımlar atmaqdan çəkinməyə dəvət edirik.

Quzey Kıbrıs Türk Cümhuriyyəti itkinlərlə bağlı işləməyə səlahiyyətli yeganə mexanizm olan İtkin Şəxslər Komitəsinin işinə töhfə vermək və məsələnin siyasi material kimi istifadə olunmasının qarşısını almaq üçün üzərinə düşəni edib və etməyə də davam edəcək.

Kipr Rum tərəfinin bu adanın ortaq sahibinin Kıbrıs türk xalqı olduğunu qəbul etdiyi gün iki xalq arasında əsl dialoq qurmaq və ki xalq arasında real dialoq qurmaq və iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq münasibətlərində yanaşı yaşamaq mümkün olacaq".
Güneyli müəllim aksiyada güllələndiOktyabrın 26-da Zəngan şəhərində etiraz aksiyası zamanı hökumət məmurları tərəfindən güllələnən təqaüddə olan azərbaycanlı müəllim Rəsul Həddadi Musəvi xəstəxanada həyatını itirib.

Həddadi aksiya zamanı boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində komaya düşüb və beyin ölümü keçirmişdi.

Güneyli fəalların verdiyi məlumata görə, təhlükəsizlik məmurları 66 yaşlı müəllimin ailəsini təhdid edərək, məsələni ictimailəşdirməmələri üçün təzyiq göstəriblər.
Soçidə bu təklifim rədd edildi - PaşinyanSoçidə keçirilən sammitdə Ermənistan tərəfi Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərarın qəbul edilməsi təklifi ilə çıxış edib, lakin bu, rədd edilib.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz mandatın qeyri-müəyyən müddətə - 5-20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, mənim fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq”, - Paşinyan bildirib.
Polşa Rusiya ilə sərhəddə hasar hörürPolşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində hasarın tikintisinə başlayıb.

Bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak deyib.

“Kalininqrad hava limanının Yaxın Şərq və Afrikadan uçuşlar üçün açıq olması ilə əlaqədar olaraq, sərhədin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görmək qərarına gəldik. Bu gün istehkamçılar Polşa ilə sərhəddə müvəqqəti sədd çəkməyə başlayacaqlar”, - Blaşçak bildirib.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında mühüm dəyişiklik var”“Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.

N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Bu il oktybarın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.
Hindistan Səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi keçirilib1 noyabr 2022-ci il tarixində Hindistanın Bakıdakı Səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi baş tutub. Tədbir yoqa ilə məşğul olanları və yoqa həvəskarlarını, sağlam həyat tərzinin tərəfdarlarını və Hindistan mədəniyyətini sevənləri bir araya gətirib.

İlk sessiya yoqa təcrübəsindən asılı olmayaraq istənilən şəxsə yoqanı öyrətməkdə geniş biliyə və təcrübəyə malik olan tanınmış yoqa müəllimi cənab Kənan Məmmədov tərəfindən aparılıb.

Tədbirin açılışında Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Vinay Kumar iştirakçıları salamlayıb və qeyd edib ki, Səfirlik əvvəllər 21 İyun – Beynəlxalq Yoqa Günü ilə əlaqədar yalnız iyun ayı ərzində əsas yoqa sessiyalarını keçirdisə, bundan sonra yoqa dərsləri hər çərşənbə axşamı və cümə günləri Səfirlikdə müntəzəm olaraq keçiriləcək. Sağlam həyat tərzi və rifahın yaxşılaşdırılması üçün yoqanın əhəmiyyətini xatırladan müvəqqəti işlər vəkili iştirakçılardan qarşıdan gələn pulsuz yoqa dərslərində də iştirak etməyi xahiş edib. O, həmçinin cənab Kənan Məmmədova öz təşəkkürünü bildirib və yoqa seansının faydalı və məhsuldar keçməsini arzulayıb.

Qeyd edək ki, Hindistan Səfirliyi hər çərşənbə axşamı saat 18:00-dan 19:00-dək və hər cümə günü səhər saat 09:00-dan 10:00-a kimi ödənişsiz müntəzəm yoqa dərsləri keçirəcək.

Yoqa dərslərinə qoşulmaq istəyən hər kəs [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilər. Yerlərin sayı məhdud olduğuna görə iştirakçılar “ilk gələnə ilk xidmət” prinsipi ilə qəbul olunacaqlar.