DTX-nin əməliyyatında nazir müavini SAXLANILDIXəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən bildirir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.
Region QHT-ləri: mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır?Yaxud bölgələrdə fəaliyyət göstərən QHT-lər mətbuat və sosial medianın imkanlarından yararlana bilirlərmi?

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi üzrə araşıdrmalarımz başa çatmaq üzrədir. Bu çərçivədə son iki məqaləmiz region QHT-ləri, daha dəqiq desək, onların mətbuat və sosial media ilə iş məsələsində üzləşdikləri çətinliklərlə bağlı olacaq.

Beləliklə, Azərbaycanın müxtəlif regionlarını təmsil edən beş QHT-nin timsalında duruma nəzərə salmağa çalışacağıq. Konkret faktlara keçməzdən öncə isə qeyd edək ki, Vətən müharibəsində qalib gələn Azərbaycan bir dövlət olaraq qarşısına yeni hədəflər qoyub. Hımin hədəflərə çatmaq üçün isə dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür.

Çünki xalqla, əhali ilə hökumət arasında körpü rolunu oynayan QHT-lərin fəlaiyyəti özlüyündə çox böyük missiya daşıyır. Dünyada 10 milyondan çox QHT var ki, bunlardan da, təxminən, 4 mini məhz Azərbaycanın payına düşür. QHT-lərin fəaliyyəti ölkənin coğrafi mövqeyindən, inkişafından, mədəniyyətindən, sosial rifahının səviyyəsindən asılı olaraq, müxtəlifli istiqamətləri əhatə edir.

Qeyd etdiyimiz kimi ümumilkdə, 4 minə yaxın QHT-nin əsas və böyük hissəsi paytaxtda fəaliyyət göstərir. Az hissəsi isə regionların payına düşür. Bu da, təbii, səbəbsiz deyildir. Müşahidələr və araşdırmalar göstərir ki, bölgələrdəki QHT-lərin sayı və aktivlik dərəcəsi həmin bölgədə əhalinin ümumiyyətlə, QHT-lərin nədən ötrü yaradılması, iş prinsipi, fəaliyyət mexanizmi, məramının və auditoriyasının, tərəfdaşının kimlər olması barədə məlumatlara nə dərəcədə malik olmasından da asılıdır.

Bu məqamda qeyd edək ki, regionlardakı QHT-lərin fəaliyyətində bu gün onlara dəstək olacaq qüvvələrdən biri də KİV orqanları, mətbuat, sosial mediadır. Bəs mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır? Öz fəaliyyətlərinin təbliği, nümayişi, hədəf auditoriyasının müəyyənləşməsi məqsədilə günümüzün reallığı olan sosial mediadan, onun üstünlüklərindən, yaratdığı imkanlardan istifadə edə bilirlərmi?


Vamiq Babayev: Xəbərlərimizin mətbuatda yayılmasında biz özümüz də maraqlıyıq

Bu suallara cavab tapmaq üçün ilk müraciət etdiyimiz 2005-ci ildən Lənkərandafəaliyyət göstərən "Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev oldu. V.BabayevQHT-lərin fəaliyyətilə bağlı məlumat verərkən öncə bildirdi ki, onlar bölgələrdə işlərini yalnız layihələr əsasında qurur: “Yəni hər hansı bir qurum tərəfindən maliyyə vəsaiti, maliyyə dəstəyi göstərildikdə, həmin donorun sayəsində müəyyən fəaliyyətlər icra edə bilirlər. Belə layihələrin müddəti 3, maksimum 4 ay çəkir və il ərzində cəmi bir dəfə mümkün olur”.

Ancaq gənclərlə bağlı təşkilatlarda vəziyyət bir qədər fərqlidir. Çünki belə təşkilatların donorları da fərqlidir. V.Babayevin sözlərinə görə, regional təşkilatlar öz layihələrindən başqa, bəzən tərəfdaş olaraq başqa layihələrə də qoşula bilirlər.

Bəs auditoriyanı fəaliyyətləri barədə hansı platforma üzərindən məlumatlandırırlar? Həmin sualı cavablandıran V.Babayev dedi ki, mətbuatla əməkdaşlıq məsələsini donor təşkilatı bizim qarşımıza şərt kimi qoyur: “Amma məhz şərt olduğuna görə deyil, xəbərlərimizin mətbuatda yayılmasında biz özümüz də maraqlıyıq. İstəyirik fəaliyyətimiz nəzərə çarpsın və ara-sıra da olsa, diqqəti cəlb edə bilək. Tədbirlərimiz, layihələrimiz barədə bir sıra mətbu orqanına məlumat ötürürük, press-relizlırimizi göndəririk. Onlardan bəziləri, məsələn, 100 faizdən 5 faizi bizim xəbərləri öz saytlarında yerləşdirirlər. Bu 5 xəbər saytından da, uzağı, 2-si, bunu təmənnasız edir, digərləri isə ödəniş tələb edir”.

Vamiq Babayevin sözlərinə görə, təmsil etdiyi cənub bölgəsində elə təşkilatlar var ki, onların layihələri, ümumiyyətlə, ödənişsiz işıqlandırılmır. İşqılandırmanın yeganə şərti yalnız ödənişdir: “Məhz buna görə də həmin təşkilatlar hər bir press-relizə görə ödəniş edir. Donor təşkilatların tələbinə uyğun olaraq, layihə barədə xəbərin bəzən 5-6, hətta 10 media tərəfindən işıqlandırılmasına ehtiyac yaranır. Ödəniş edilmədiyi təqdirdə isə buna təmənnasız nail olacağına ümid bəsləmək mənasızdır. Öz təşkilatımıza gəlincə isə, bəlkə də bizim QHT turizm yönümlü olduğuna, həm də biz daha çox sosialyönümlü layihələr həyata keçirdiyimizə görə press-relizlərimizi göndərdiyimiz mətbu qurumların, məsələn, 100 faizindən 10-u bizə “yox” demir, xəbərimiz təmənnasız yerləşdirir. Buna görə bizdən hələ ki ödəniş tələb edilməyib. Həm də ona görə ki, bəzən ümumrespublika səviyyəli layihə olanda biz mətbuatla işləyən gəncləri, ayrı-ayrı şəxsləri də layihəyə cəlb edirik. Onların da ümumi işə təsiri olur. Ən sonda, təbii ki, şəxsi əlaqələrimizdən də istifadə edirik. Amma biz də gələcəkdə mətbuat üçün cüzi də olsa, vəsaiti nəzərdə tuturuq. Çünki fəaliyyətimizin daha nüfuzlu saytlarda da işqılandırılmasını istəyrik. Bizim kimi daha bir neçə belə təşkilat var. Amma əksəriyyət xəbərini yaymaqda çətinlik çəkir”.

Sosial media platformasına gəlincə, QHT sədri deyir ki, bəzi təşkilatların sosial şəbəklələrdə səhifələri var. QHT-lər layihələri barədə məlumatları məhz orada yaymağa çalışırlar. Seçim sosial şəbəkədirsə, bu halda məlumatların təşkilat rəhbərinin öz səhifəsində paylaşılmasına daha çox üstünlük verilir, nəinki təşkilatın səhifəsində.


Fərman Nəbiyev: Təəssüf ki, QHT tədbirləri onların auditoriyası üçün cansıxıcı və maraqsızdır

Digər həmsöhbətimiz "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri Fərman Nəbiyevin sözlərinə görə isə medianın öz maraq dairəsi və auditoriyası var: “Təəssüf ki, QHT tədbirləri onların auditoriyası üçün cansıxıcı və maraqsızdır”.

F.Nəbiyev bildirir ki, media daha çox kriminal xəbərləri yaymaqda maraqlıdır: “Məsələn, bir müddət əvvəl Mingəçevirdə, "Kür" Olimpiya Təlim İdman Mərkəzində mini-futbol yarışı təşkil olunmuşdu. Yarış başladığı ərəfədə həmin ərazidə olan iki qadın nəqliyyat vasitəsinin qurbanına çevrildi. Bütün KİV-lər qəza hadisəsini manşetə çıxardılar. Bu xəbər yarış barədə yazı ilə müqayisədə on dəfələrlə çox oxundu”.

QHT sədri deyir ki, medianın əsas vəzifələrindən biri maarifləndirmədir: “QHT-lər də eynilə bu işlə məşğuldurlarsa, niyə bir-birinə dəstək olmasınlar? İlin əvvəlində biz USAİD-in dəstəyi ilə ECSOFT proqramı çərçivəsində orta məktəblərin idarə olunmasında valideyn iştirakçılığını artırmaq istəyirdik. Repetitorluğun geniş yayıldığı zamanda bu layihəyə mətbuatın kifayət qədər diqqət ayıracağını gözləyirdik. Amma elə olmadı. Sosial şəbəkələrdə məlumat paylaşırıq, amma bəyənmələr çox olsa da, hədəf auditoriyaya aid şəxslər az olur. Sosial şəbəkələr ödəniş edən zaman məlumatı daha böyük kütləyə çatdıra bilirlər. Amma ödəniş etmədikdə sənin mesajını bir növ gizlədərək, əksəriyyətin görməsinə imkan yaratmırlar”.

F.Nəbiyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu ildən informasiya yayım xidməti üçün layihədə vəsait ayrılmasını əsas tələb kimi irəli sürməsi məsələsinə də toxundu. Onun fikrincə, bu, bir tərəfdən yaxşıdır ki, artıq informasiya yayımı ilə məşğul olacaq tərəfə ödəniş edə biləcəklər. Amma bu da problemin nəinki həlli yolu deyil, üstəlik, yeni çətinliklər yaradır:“Məbləğ cüzidir. Amma ən pisi budur ki, əvvəllər məlumatımızı təmənnasız dərc edən KİV mənsubları indi deyirlər ki, pulu kimə vermisinizsə, məlumatınızı da o yerləşdirsin. Biz layihə çərçivəsində məcburi köçkünlərin məşğulluq ehtiyaclarını araşdırırıq. Bu məsələ ölkə üçün hazırda ən aktual məsələlərdəndir. Amma KİV-i tədbirlərimizə çağırırıq, gəlmir. Bəziləri də açıqca deyir ki, xəbərinizi yerləşdirmək üçün pul ödəməlisiniz. Bizim isə hər KİV-ə ayrıca pul ödəməyə imkanımız yoxdur”.

(Ardı var)

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb
UEFA "Qarabağ"a 1,2 milyon avro ödədiUEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Avrasiya.net AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) Avropa futbol qurumu tərəfindən ayrılmış 1.294.000 avro maliyyə vəsaiti ödənilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
DTX bu nazirlikdə əməliyyat aparır: həbslər varAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin şəxsi heyətinə qarşı xüsusi əməliyyat keçirir.

Avrasiya.net Yenipress.az-a istinadən xəbər verir ki, hazırda həbslər aparılır.

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun da olduğu bildirilir.
Naxçıvanda DTX ləğv edildiNaxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Avrasiya.net Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, polkovnik Nurlan Pənahov tutduğu vəzifəsindən azad olunub.

Onun yerinə uzun illər Bakıda bu qurumda idarə rəisi vəzifəsində çalışan polkovnik Mövsüm Aşurov təyin edilib. Bununla yanaşı, xidmətin struktrunda dəyişiklik edilərək Baş idarə səlahiyyətinə keçirilib.
Qazaxıstanda qatar maşınla toqquşdu: 6 ölüQazaxıstanda minik avtomobili ilə qatar toqquşub.

Bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Məlumata əsasən, noyabrın 1-də səhər saatlarında Qazaxıstanın cənubunda, Cambil vilayətində dəmir yolu keçidində sərnişin qatarı “Audi” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 6 nəfər həyatını itirib.
Zəfərimiz yeni-yeni hədəflərə yol açırDövlət başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi Qələbəmizin əbədiləşdirilməsi üçün hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd ediləcək.

Tariximizin Zəfər səhifəsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yeni mərhələdə qarşıya qoyduğu hədəflərə öz töhfələrini verməyə ruhlandırır. Tariximizin hər bir uğurlu səhifəsi, hər bir önəmli hadisəsi keçilən yolun təhlilinə bir çağırış edir.

30 illik işğal dövründə bir gün də olsun düşmən tapdağı altında qalan torpaqlarımızı unutmadıq. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızda sabaha ümidlər artdı, başlanan inkişaf, tərəqqi gələcəyə daha inamla addımlamağa əsas verdi. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında müstəqillik tariximizin tarixi paralellər fonunda müqayisəli təhlilinin aparılması daim prioritet məsələ kimi öndə dayanıb. Məqsəd indiki və gələcək nəsillərin Azərbaycanın müstəqilik yolu barədə dolgun məlumata malik olması, bugünümüz üçün kimə borclu olduğuqlarını bilmələridir. Əgər ulu öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dahi şəxsiyyət adını tarixə müstəqilliyimizin xilaskarı kimi yazdı.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründəki çağırışlarında da tarixin saxtalaşdırılmasına yol verməmək əsas yer tutur. Sovet dövründə saxta tarixlə üzləşdiyimizi xatırladan Prezident İlham Əliyev bildirir ki, qəhrəmanlarımız düşmən kimi, xalqımızın düşmənləri, qaniçənlər isə qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil saxta tarixin nə olduğunu görüb: “İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”

Torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində düşmən tapdağından xilas oldu, ərazi bütövlüyümüz təmin edildi, xalqımız yenilməz, məğrur xalq olduğunu dünyaya sübut etdi. Zəfərimizin müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün Zəfər Günü kimi qeyd etdiyimiz 8 noyabr 2020-ci il tarixdə Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində qarşıdakı dövr üçün inamın növbəti ünvanını göstərərkən cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. Həmçinin bu əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyuklü məsələləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.

İnkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın yeganə problemi Qarabağ münaqişəsi idi. Reallıq budur ki, dövlət başçısı İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili, 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan daha da gücləndi, qüdrətləndi, artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, hər sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu Qələbəyə aparırdı. Mənfur düşmənin zaman-zaman törətdiyi təxribatlar, faciələr dövlətimizin, xalqımızın səbir kasasını doldururdu. Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə bu təxribatları davamlı xarakter aldı. Artıq erməni silahlı qüvvələrinin 27 senytabr 2020-ci ildə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Ordumuzun Prezident İlham Əliyevin tapşırığına və “Hücum!” əmrinə uyğun olaraq əks-hücum əməliyyatının başlanmasına səbəb oldu. Mənfur düşmən təxribatı törədərkən belə bir hal ilə qarşılaşacağını düşünmürdü. Azərbaycan əsgərinin torpaq, Vətən sevgisi, illərdir bu günü necə səbirsizliklə gözləməsi, döyüş ruhu müharibənin ilk günündə Cəbrayılın və Füzulinin neçə-neçə kəndinin işaldan azad edilməsində özünün aydın ifadəsini tapdı. Prezident İlham Əliyev 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı və bundan sonra Zəngilan, Qubadlı, Fizuli rayonları, Suqovuşan, Horadiz qəsəbələri və digərkəndlərimiz işğaldan azad edildi.
Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzalamağa vadar oldu. Qarabağ münaqişəsi" deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün mühüm şərait yarandı.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir.

44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident-ordu birliyini, həmrəyliyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Dövlət başçısı Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan “Şuşasız bizim işimiz yarımçıq olar” bəyan etdi. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi.

Zəfər Günü həm torpaqlarımızın işğaldan azad edilməsi, həm də gələcəyə doğru strateji baxışın formalaşdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində qazanılan Qələbə milli birliyimizin Qələbəsi oldu. Adını hərb və siyasət tarixinə qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev sadəcə Azərbaycan tarixinə və gələcək nəsillərə əminliklə addımlamalı olan işıqlı bir istiqamət vermir, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun, həm də bütövlükdə regionun yeni mənzərəsinin müəllifi qismində çıxış edir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə, azad Şuşaya hər bir səfəri, nitqində yer alan çağırışlar, mesajlar hər kəsdə daha möhtəşəm gələcəyə inam formalaşdırır.

İki ildir, hər bir tarixi günü Zəfər ruhunda qeyd etməklə yanaşı, belə önəmli günlərin işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması xoşbəxtliyimiz, sevincimizdir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdən səslənən hər bir mesaj qalib Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Eyni zamanda, bu mesajlar Azərbaycanın 30 ilə yaxın dövrdə apardığı təbliğatın təsdiqi, dünyaya ədalət, beynəlxalq hüququn norma və prinsiplərinə zamana və məkana görə deyil, vahid mexanizm əsasında yanaşmaya çağırışdır. Bu mesajlar işğalçı Ermənistanın illərdir yaratdığı «məğlubedilməzlik» mifinin dağılılması deməkdir. 44 gündə Azərbaycan Ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi.

Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri dünənimizə, tarixi həqiqətlərə baxış, gələcəyimiz üçün zəngin mənbədir. Cənab İlham Əliyev müsahibələrinin hər birində Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu bəyan etdi. Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində “Tarixdə necə qalmaq istərdiniz” sualını cavablandırarkən 17 ildə hansı amal, məqsəd naminə çalışdığını bildirdi: “Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağına tam əmin idi. Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Ona görə hər bir müsahibəsində müharibədən sonrakı dövrdə görüləcək işlərdən bəhs etdi, Azərbaycanın gələcəyini necə gördüyünü açıqladı.

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Zəfərimiz Cənubi Qafqazda bütün istiqamətlər üzrə yeni şərait yaradıb. Azərbaycanın Qələbəsi ilə regionda təhlükəsizliyin təmin olunmasına ümidi artırıb. Cənub Qafqazın təhlükəsizliyi həm də beynəlxalq sülh üçün töhfəyə çevrilib. Azərbaycanın Zəfəri region dövlətləri və bölgədə marağı olan güclərin əməkdaşlıq etməsinə şərait yaradıb. Bir daha təsdiqləndi ki, işğalçı, dağıdıcı siyasət yürüdən Ermənistan regionun inkişafına mane olur. Azərbaycan bölgə üçün bu maneəni aradan götürdü. Artıq regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklif edib. Əksər dünya gücləri ölkəmizin bu təklifini dəstəkləyir və onun reallığa çevrilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirirlər.

Zəfər Azərbaycanı beynəlxalq ictimaiyyətə bir daha tanıtdırdı. Azərbaycan beynəlxalq arenada torpaqları, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparan bir dövlət olaraq hörmətə layiq yer tutdu. Azərbaycan xalqı tarixinə sahib çıxan, yenilməz və məğrur xalq olduğunu təsdiqlədi. Zəfər ölkəmizin beynəlxalq nüfuzunu və hörmətini artırdı.

Azərbaycan dünya güclərinin 30 ildə edə bilmədiklərini etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni təkbaşına icra edən Azərbaycan ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi. 8 Noyabr həm də hüququn aliliyinin qorunduğu, onun Zəfər çaldığı gündür.

Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi daim anılacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun dünyanın hərb tarixinə yazdığı səhifə ölkəmizin gücünün, qüdrətinin təqdimatı kimi daim təhil ediləcək. Çünki tarixi Zəfərimiz Azərbaycanın müharibə taktikasının da nümunə olduğunu təsdiqlədi.

Zəfərimiz Cənubi Qafqaza sülh və əmin-amanlığın yolunu açdı. Azərbaycan torpaqlarını işğalçıdan və separatçılardan təmizləməklə qondarma status iddiasına düşənlər üzərində də qələbə çaldıq. Zəfər həm də regiona sülh, əmin-amanlıq və rifah arzulayanların bayramıdır.

Artıq göründüyü kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var. Bu birliyimiz, həmrəyliyimiz bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə yönəldilib. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Şuşamızın hər günü çal-çağırlıdır. Diplomatik mərkəzə çevrilən Şuşa neçə-neçə sənədlərin imzalanmasına şahidlik edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışımızın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.

Zəfərimiz dünənimizə baxış, gələcəyimizlə bağlı yeni-yeni hədəflərin müəyənləşdirilməsində stimulverici amildir. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Bundan sonra tarixi torpaqlarımızda əbədi yaşayacaq, hər zaman qürurla “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edəcəyik.

Rəşad Qoşqarlı
Sumqayit Şəhər Məhkəməsinin hakimi