Şabranda Zəfər Günü ilə bağlı görüş keçirilib8 Noyabr - Zəfər Günü ilə əlaqədar Vətən Müharibəsi iştirakçıları və bir qrup rayon gənci ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Asif Hüseynov bildirdi ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur.

Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

Tədbirin davamında digər çıxışlar da dinlənildikdən sonra bir qrup Vətən Müharibəsi iştirakçısına medallar təqdim olundu.

Şabran rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə mükafatlandırılmış rayonun ictimai-siyasi həyatında fəal iştirakı edən bir qrup müharibə veteranı və rayon gəncinə Fəxri Fərmanlar təqdim olundu.







Böyük qayıdış strategiyasıAzərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. Müharibənin ilk günlərindən cənab Prezidentin diplomatik peşəkarlığı və müdrikliyi xaricdən ölkəmizə qarşı yönəlmiş bütün cəhdlərin qarşısının qətiyyətlə alınması ilə nəticələndi. 30 ilə yaxın müddət ərzində möhkəmləndirilmiş və “keçilməz” adlanan müdafiə xətti qəhrəman ordumuz tərəfindən yarılaraq düşmənin canlı qüvvələri və zirehli texnikası məhv edilmiş oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi.

Darmadağın olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur edildi. Tariximizə Zəfər Günü kimi daxil olmuş bu əlamətdar hadisədən sonra işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu eyni zamanda tərəfimizdən beynəlxalq hüququn və ədalətin bərpa edilməsi idi. Həmin gün müasir Azərbaycan tarixinin ən şərəfli günü kimi yaddaşlara yazıldı.

Azərbaycanın əldə etdiyi qələbə təkcə özünün deyil, eyni zamanda bütün türk və islam dünyasının qələbəsi idi. Əldə edilmiş zəfər erməni faşizminin qarşısının birdəfəlik alınması və regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində olduqca önəmlidir.

Qeyd etməliyik ki, Azərbaycan dövləti əldə etdiyi qələbə ilə vəzifəsini bitmiş hesab etmir. Ölkəmizin qarşısında hazırda daha mühüm vəzifələr, işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın öz yurdlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış strategiyasının icrası durur. Böyük qələbədən ötən 2 il müddətində bu istiqamətdə çox böyük işlər görülməkdədir. “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad edilmiş torpaqlarda vahid konsepsiya və plan əsasında bərpa-quruculuq işlərinə başlanılıb. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanacağını bildirib. Bunun bariz nümunəsi olaraq bir müddətdir ki, bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən bir sıra layihələrin birgə həyata keçirilməsi prosesinə başlanılıb. Bu gün bərpa prosesində qardaş Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən basdırılmış minalar təmizlənir, tikinti, quruculuq və abadlıq işləri aparılmaqdadır. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır. İnanırıq ki, tezliklə qaçqın və məcburi köçkünlərimizin hamısı öz doğma yurdlarına qovuşacaq və “Böyük qayıdış” reallığa çevriləcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədr
i
Bu gün Çempionlar Liqasında 8 matç varUEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilir.

Avrasiya.net xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları üzrə 8 oyun keçiriləcək. Bu qarşılaşmalardan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq.

Qeyd edək ki, "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter", "Borussiya" (Dortmund), "Real Madrid", PSJ, "Benfika", "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.


1 noyabr

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland)


B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika)


C qrupu

00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya)

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya)


D qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya)

00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə)
Bu universitetlər Bakıdan köçürülücək - EkspertAli təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov universitetlərin paytaxdan köçürülməsi ilə bağlı danışarkən bildirib.

“Paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həm də Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi”, - ekspert qeyd edib.

K.Əsədov Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri olduğunu vurğulayıb:

“Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib-gələ bilərlər. Bu da şəhər mərkəzində sıxlığın qarşısını almağa kömək edir”.

Ekspert Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılmasının nəzərdə tutulduğunu da bildirib:

“Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik”.
ABŞ Senatı Cənubi Qafqaz dinləmələri keçirirABŞ Senatında “Cənubi Qafqazda ABŞ siyasətinin qiymətləndirilməsi” mövzusunda dinləmələr keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

“Noyabrın 16-da Beynəlxalq Münasibətlər Komitəsində keçiriləcək müzakirələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Dövlət Departamentinin Qafqaz məsələləri üzrə baş müşaviri Filip Riker iştirak edəcək”, - deyə məlumatda qeyd olunub.
İranda kömür mədənində qəza: ölənlər varİranda kömür mədənində qəza baş verib.

Bu barədə İranın Kirman əyalətinin Baş Əmək İdarəsinin müfəttişi Hüseyn İmami məlumat yayıb.

“Kirman əyalətinin Kuhbənan rayonu ərazisində yerləşən “Pabdana” kömür mədənində baş verən çökmə zamanı qapalı qalan iki fəhlə həyatını itirib, 3 nəfər isə yaralanıb”, - İmami qeyd edib.
Mətbuat katibləri üçün yeni təlimlərə başlanılıbMedia Təhlil Mərkəzi (MTM) Heydər Əliyev Mərkəzi və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə yerli media nümayəndələrinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə yeni təlimə başlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycanda ilk dəfə xüsusi formatda təşkil edilən təlim ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır.

Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən təlim vacib nəzəri mövzuların tədrisi ilə başlayacaq, daha sonra iştirakçılar müzakirələrə qoşulacaq, press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər.

Bundan əlavə, təlim proqramına peşəkar mətbuat ofisinin təşkili; jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması; onların suallarına vaxtında dəqiq cavab verilməsi; Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili; inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

Dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən təlimi London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq. Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır. O, “The Andrew Marr Show” və “Breakfast with Frost” siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb.

Müxtəlif sessiyaları əhatə edəcək üç günlük təlim 1-3 noyabr tarixlərində keçiriləcək.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2020-ci ilin aprel ayından fəaliyyətə başlayan MTM-in (Media Təhlil Mərkəzi) başlıca missiyası Azərbaycan media məkanının, dövlət və qeyri hökumət qurumlarının kommunikasiya siyasətinin təhlil və araşdırmalarının aparılması, onların fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflərin hazırlanmasıdır.
“Azərbaycanın hazırkı strategiyası rəqəmsal texnologiyalara yönəlib”"Azərbaycanın hazırkı strategiyası rəqəmsal texnologiyalara yönəlib".

Bunu “Report”a müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə rəqəmsal inkişaf meneceri Nikol Klingen deyib.

“Azərbaycanın hazırkı strategiyasının hər şeydən çox rəqəmsal texnologiyalara yönəlməsi çox təsiredicidir. Heç də bütün ölkələr bunu etmir. Bu, iqtisadiyyatın istehsal sahələrinin daha məhsuldar olmasını və insanların ölkənin inkişafı ilə ayaqlaşmasını təmin etmək üçün zəruridir. Rəqəmsal sektorlar ən sürətlə inkişaf edənlərdir. Biz sahənin inkişafını təmin etməliyik ki, Azərbaycan regional və qlobal rəqabətqabiliyyətlilik baxımından ölkənin həqiqətən getmək istədiyi istiqamətdə irəliləsin”, - o deyib.

AMEA-da yeni şöbə yaradılıbAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Akademiya şəhərciyi” şöbəsi yaradılıb.

"Report"un xəbərinə görə, bununla bağlı akdemiyanın Rəyasət Heyətinin iclasında qərar verilib.

Qeyd edək ki, akademik İsa Həbibbəyli AMEA prezidenti seçildikdən sonra Rəyasət Heyətinin ilk iclası keçirilib.
Azərbaycanda orta aylıq pensiyalar ARTIRILIR“Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən cari ilin 1 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9% artaraq 368,0

Avrasiya.net xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Bu ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3%) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 1 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş verib. Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilmişdir. İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılıb.

Belə ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır.

Rəyə əsasən, növbəti ilin sonunda isə orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır.