İnsan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə tədbirləri davam edir - FOTOQuba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsini davam etdirir.

Avrasiya.net xəbər verir ki, layihə çərçivəsində Quba və Xaçmaz rayonlarında polis əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil edilib.


Maarifləndimə tədbirlərinin açılışında çıxış edən Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Polkovnik-leytinanat İbrahim Əhmədov və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev layihənin məqsədindən, respublikamızda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətindən, insan alverinin insan hüquq və azadlıqlarına yaratdığı təhlükədən, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətindən, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarından, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlərdən söz açıblar.

Daha sonra Xaçmaz rayonu Polis Şöbəsinin Xidmət üzrə rəis müavini polkovnik-leytenant Rafael Cəfərov, Quba Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenantı Vüsal Rüstəmov və digərləri ilə çıxışlarında bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.
Tədbirlərdə 50 nəfərə yaxın polis əməkdaşı iştirak etmişdir.

















ŞƏRHLƏR
QHT şagirdləri maarifləndiribBakı şəhər Nizami rayon Keşlə qəsəbəsində 227 saylı tam orta məktəbdə “Sağlam Həyat” aylığı çərçivəsində sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi tərəfindən keçirilib.

Tədbirdə Diaspor İnformasiya Mərkəzin rəhbəri Toğrul Allahverdili, DİN-in Bakı şəhər Baş Polis İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Nizami rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin təşkili şöbəsinin əməkdaşı, polis kapitanı Günel Mirzəyeva, eyni zamanda Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini Bəhman Hüseynov, İH-nin Yeniyetməlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi komissiyasının aparıcı-məsləhətçi psixoloqu Könül İsmayılova,məktəbin direktoru Sevinc Hüseynova iştirak edib.

Tədbirdə 44 günlük Vətən müharibəmizdə şəhid olan Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik yad edilib. Bundan narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı məktəblilərin hazırladıqları maraqlı səhnəcik nümaiş olunub.

Tədbiri giriş sözü ilə açan “Üçüncü Sektor” İB-nin layihə rəhbəri Nahid Canbaxışlı çıxış edərk layihə haqqında məlumat verib. DİN Bakı şəhər BPİ-nin əməkdaşı Könül Ələkbərova, DİM-nin rəhbəri Toğrul Allahverdili, Nizami rayon İH-nin nümayəndəsi Bəhmən Hüsseynov çıxış edərək narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı görülən marifləndirmə tədbirləri haqqında, narkomaniyanın gətirdiyi fəsadlar haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Sağlam Həyat” aylığı çərçivəsində marifləndirmə tədbiri ilkin olaraq Bakı şəhər Səbail rayon 7 və 239 saylı, eləcə də Yasamal rayon 20 saylı tam orta məktəblərində keçirilib.

Kəramət Baş Prokurorluğa çağrılıbBaş Prokurorluq Kəramət Böyükçölün İstintaq idarəsinə çağırılması məlumatı ilə bağklı açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun Istintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir".
Divali bayramında qəlblər Nizaməddin ziyarətgahında nur tapır(Dr Şücaat Əli Quadri)

Dini bayramlar sosial mənşəyindən və inancından asılı olmayaraq insanları yaxınlaşdırır. Bayram vaxtı insanlar savaşmaq əvəzinə qəlblərində bir-birini bağışlayaraq, birlikdə sevinir və bayram edirlər. Dehlidəki Həzrət Nizaməddin Övliya ziyarətgahı da Divali bayramı ərəfəsində və bayram günü belə bir əhval-ruhiyyənin hökm sürdüyü mərkəzə çevrilir.

Bazar ertəsi günü bütün Hindistanın şənliklər keçirdiyi bir vaxtda Həzrət Nizaməddin ziyarətgahı işıqlarla və diya adlanan gil çıraqlarla bəzədilmişdi. Uzaq yerlərdən gələn insanlar ziyarətgahın hər küncündə bu çıraqları yandırıb, ölkədə əmin-amanlıq üçün dualar edirdilər.

Ziyarətgahın rəhbəri Nazim Nizaminin dediyinə görə, hindular hər il “Eid əl Çarağan” kimi tanınan işıq bayramını qeyd etmək üçün ziyarətgaha gələrək burada Divali çıraqlarını yandırır və şirniyyatlar paylayırlar. “Onlar, həmçinin Həzrət Nizaməddinin xeyir-duasını almaq üçün diyaları və ya şamları evlərinə aparırlar”, - o deyib.

Divali ziyarətgahının tarixi və ruhu

Nazim Nizami deyir ki, Divalinin bu ziyarətgahda keçirilməsinin tarixi elə ziyarətgahın özü qədər qədimdir.

“Lakin ziyarətgah bu bayramı özü təşkil etmir. Hindu qardaşlar öz istəkləri ilə bura gəlir, diyaları yandırır və şirniyyat paylayırlar. Yerli sakinlər onlara kömək edir və onların bayramlarına qoşulurlar, çünki bu, ürəkdən gələn bir jestdir, sevgi və qardaşlıq hisslərini yaymaq məqsədi daşıyır. Onlar bu münasibətlə Həzrət Nizaməddindən xeyir-dua diləyir və ziyarətgahın ətrafını işıqlarla bəzələyirlər. Divali bayramında bütün ətraf roşniyə (işığa) bürünür. Bu isə gözəl mənzərə yaradır”, - deyə Nizami bildirib.

Nizami əlavə edir ki, bir çox hindular evlərinə bir və ya iki diya aparırlar, çünki onlar bununla Övliyanın onların bayramlarına xeyir-dua verəcəyinə inanırlar.

Bəziləri inanır ki, ziyarətgahda çıraqların (diyaların) yandırılması orta əsrlərdə müxtəlif padşahlar və yerli qəbilə başçılar arasında gedən müharibələr zamanı sülhə çağırış kimi başlayıb.

Tarixçi Xoca Əhməd Nizami Həzrət Nizaməddin haqqında yazdığı dastanında Divali (Caşn-e-Çarağan və ya Roşni-e-Zeest) bayramını qeyd etmişdir.

Məhbub-i İlahi adı ilə tanınan Xoca Nizaməddin Əvliyənin şagirdi sufi şairi Əmir Xüsrav sevimli Əvliyəsi ilə birlikdə Rəng bayramına aid farsca, eləcə də brac dilində çoxsaylı şeirlər yazıb.

O, pəhləvi dilində yazdığı üç misradan ibarət şerində həm Rəng bayramı, həm də Roşni-e-Zeest, yəni Divali bayramının onun qəlbinə yaxın olduğunu qeyd edir:

Bir bayram həyatın rənglərini

Digəri isə həyatın işığını göstərir

Bu iki bayram buna görə çox əzizdir mənim üçün

Lakşmi Puca bayramında ziyarətgahın cığırları boyunca və müsəlmanların çadırlarının ətrafında çıraqlar yandırılır. Mavzoley təkcə Lakşmi Puca bayramında deyil, həm də Bhai Duc və digər dini günlərdə parlaq rəngli paltarlar geyinmiş insanlarla dolu olur.

Ziyarətgahda, həmçinin çıraqların işıqları altında Dua-e-Roşni, yəni işıq duaları oxunur.

Qeyri-müsəlman dindarların münasibəti

Divalidən bir gün əvvəl çıraqları ilə ziyarətgaha gəlmiş bir neçə qeyri-müsəlman dindar “Times of India” qəzetinə müsahiblərində Nizaməddinə olan sevgilərinin onlar üçün şəxsi olduğundan adlarının çəkilməsini istəməyiblər. Lakin onlar bildiriblər ki, onların ziyarətgaha gəlməsi dinlə bağlı deyil.

“Əsas məqsəd başqa heç bir yerdə tapılmayan sülhü burada tapmaqdır. Bunu yalnız yaşamaq lazımdır – bu təsvir edilə bilinməyən bir hissdir”, - onlardan biri deyib.

Başqa bir hindu ziyarətçi isə gildən hazırlanmış çırağı yandıraraq əlavə edir: “Nizaməddin ziyarətgahında işıq hamı üçün parlayır.”

Sufi övliyasının dəfn olunduğu yer həmişə müxtəlif dinlərdən olan insanları özünə cəlb edib. Nizami deyir: “Müxtəlif dinlərdən olan insanlar Divali bayramı ilə yanaşı digər günlərdə də Məhbub-e İlahi (Allahın sevimlisi) Xoca Nizaməddin Övliyaya öz məhəbbətlərini ifadə etmək üçün bayram əhval-ruhiyyəsi ilə buraya gəlirlər. Hətta Basant (Çərpələng) festivalında da burada müxtəlif dinlərdən insanları cəlb edən proqramlar təşkil olunur”.

“Sufilər Hindistana gələndən bəri biz hamıya yalnız qida, xoş niyyət, birgə yaşamağı və birgə şənliklər təşkil etməyi təklif etmişik. Biz bunu davam etdirəcəyik”, - o deyir.

(Müəllif Hindistanın Müsəlman Tələbələr Təşkilatının sədri və icma rəhbəridir)
Xamenei qisas alacaqlarını BƏYAN ETDİİran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilmiş terror aktını pisləyərək ölkə əhalisini düşmənlərə qarşı birliyə çağırıb.

“Mehr” agentliyi xəbər verir ki, ali dini liderin sözlərinə görə, İranın cənub-qərbindəki Fars əyalətinin Şiraz şəhərində törədilən ölümcül terror aktı İranı sarsıtmayacaq.

Ayətullah Xamenei “bu cinayətin arxasında duran günahkarlar mütləq cəzalarını alacaqlar”, - deyə vurğulayıb.

Xatırladaq ki, ötən gün İranın Şiraz şəhərində yerləşən Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu nəticəsində 45 nəfərin öldüyü bildirilib.

modern.az
Mətbuat Şurası üzvündən Çingiz Abdullayevə cavab: “Küpəgirən qarı kimi...”Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı keçirilib. Qurultayın keçirilməsi üçün 203 min manat məbləğin ayrıldığı bildirilirdi.

Yenicag.az xəbər verir ki, qurultayın sonunda jurnalistlər AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayevdən məsələyə münasibət öyrəniblər.

Qeyd edək ki, Çingiz Abdullayev aqressiya nümayiş etdirərək media mənsublarının sualına “siz başa düşmürsünüz, hələ utanmırsınız, xalq YAZIÇIDAN soruşursunuz, pullara… Özün ölmürsən? Utanmırsan?” deyə cavab verib”.

Sözsüz ki, məsələ ictimaiyyətdə geniş rezonans doğura bilməzdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib ki, sualın hansı tərzdə verilməsindən asılı olmayaraq, qarşı tərəf verdiyi cavabla öz tərbiyəsini nümayiş etdirib:

“Təəssüflər olsun ki, Çingiz Abdullayev orada Azərbaycanın tanınmış ziyalısı, yazıçısı olaraq deyil, sanki küçədə, yaxud tində dayanan yaşlı bir qadının qarğışı timsalında cavab verib”.

A.Ələsgərin sözlərinə görə biz orada tanınmış bir yazıçının yox, küpəgirən bir qarının sözlərini gördük:

“Jurnalistin ünvanladığı sualdan asılı olmayaraq, qarşı tərəf cavab reaksiyası verərkən daim diqqətli olmalıdır”.

Müsahibimiz məsələ ilə bağlı jurnalistin verdiyi sualda heç bir qəbahət görmədiyini dilə gətirib:

“Sualda heç bir səhv yanaşma yoxdur. Ümumiyyətlə, ilk növbədə, bu qurultayın keçirilməsinə gərək yox idi. Onun əvəzinə “Zoom” konfrans keçirərdilər və bu bəhanə nəticəsində də sakit yolla 200-300 min AZN məsələsini həll edərdilər”.

Hadisədən hiddətlənən jurnalist yekunda məsələyə özünəməxsus reaksiya verməkdən də çəkinməyib.

“Birmənalı şəkildə jurnalistə təhqirlər yağdırılmış və onun hüququ tapdalanmışdır, nəinki Çingiz Abdullayevin. Jurnalist ən təbii haqqı olan sualı yönləndirib və təəssüflər olsun ki, sualın əvəzində cavab yox, təhqir alıb. Çingiz Abdullayev bu sualı ünvanlamadan əvvəl, əgər güzgüsü var idisə, ilk növbədə, orda özünə baxmalı idi”, – deyə o, əlavə edib.
İspaniya Ukraynaya “Havk” göndərirİspaniyadan yeni hərbi yardım paketi tezliklə Ukraynaya gələcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Məlumata görə, Kiyev İspaniyadan ABŞ-ın “Havk” hava hücumundan müdafiə sistemlərini alacaq.

“Dəstəyinizə və səmamızı daha təhlükəsiz etmək üçün “Havk” sistemlərini təqdim etdiyinizə görə təşəkkür edirik. Biz tezliklə gələcək yeni hərbi yardım paketini gözləyirik. Əməkdaşlığımızın nəticəsi bizim birgə qələbəmiz olacaq”, - Reznikov bildirib.
“Çingiz qalmaqalı”na Qulu Məhərrəmlidən reaksiyaİndiki sərbəstlik şəraitində medianın, jurnalistin suallarına heç bir məhdudiyyət yoxdur. Belə ki, jurnalistin istədiyi sualı vəzifəli şəxsə yönəltmək və ünvanladığı suala cavab almaq haqqı var.

Bu sözləri Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli jurnalistin xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevə ünvanladığı sualla bağlı deyib.

O bildirib ki, gənc jurnalistlərimiz sualı kimə, hansı şəraitdə və məzmunda verməli olduğunu bilməlidir:

“Bəzən gənc həmkarlarımız bu məqamlarda yanlışlara yol verir. Ümumiyyətlə, bəzi jurnalistlərə elə gəlir ki, onlar müstəntiqdir. Məzmuna, şəxsə aid olub-olmamasından asılı olmadan sualı verə bilər. Bu, bir az yanlış təsəvvür yaradır və davranışların bir çoxu məhz bundan qaynaqlanır.

Müşahidə etdiyimiz və söz-söhbətə səbəb olan Çingiz Abdullayevin müsahibəsi zamanı baş verən isə insidentdir. Mən videonu izlədim və rahat şəkildə gördüm ki, jurnalist sualı verir, hörmətli yazıçı da ona çox rahat və xeyli səmimi cavab verməyə çalışır. Amma hesab etdim ki, sualın ardı yazıçı üçün xeyli gözlənilməz oldu. Ona görə də əgər jurnalistin əlində konkret fakt varsa ki maliyyə düzgün bölüşdürülməyib və hansısa problem var, o zaman istinad edib sual verməsi bir başqa məsələ olardı.

Əlbəttə, hörmətli yazıçımızın müvazinətini itirməsinə, intonasiyasını dəyişməsinə, qeyri-etik ifadələrdən istifadə etməsinə haqq qazandırmıram. Bu, yolverilməzdir! Amma görünür ki, bu gərginlik, qurultayın keçirilməsi ilə bağlı təşkilati işlər və s. insanlarda müəyyən həssaslıq yaradır. Göründü ki, mətbuat əziyyəti qiymətləndirmir.

Burada hakim rolunu oynamaq niyyətim yoxdur. Amma biz mövcud dünyadakı standartlardan danışırıq ki, jurnalist sualı dəqiq, düzgün verməlidir. Əgər belə olmursa, onda bu cür situasiyalar yaranır. Jurnalistlər bu cür situasiyalardan dərs almalı, nəticə çıxarmalıdırlar ki, belə yanlışlıqlara yol verməsinlər”.
ABŞ-da ermənipərəst senator istintaqa cəlb olunubErmənipərəst çıxışları ilə tanınan, Nyu-Cersi ştatından olan senator Robert Menendez istintaqa cəlb olunub.

"Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bunu R.Menendezin müşaviri də təsdiqləyib. İstintaqı Manhetten Federal Prokurorluğu aparır.

Xatırladaq ki, amerikalı senator 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, Melqenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüblər.