QHT şagirdləri maarifləndirib20 oktyabr tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi Bakı Şəhər Səbail rayon 7 saylı Tam Orta Məktəbdə keçirilən tədbirdə iştirak edən qonaqlar “Sağlam Həyat “aylığı, Sağlam həyat tərzinin təbliği,eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə kampaniyalarının keçirilməsi layihəsinə start verib.

Məktəbin 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi marifləndirmə tədbirində “Üçüncü Sektor” İctimai Birliyin layihə rəhbəri Nahid Canbaxışlı, Milli Məclisin üzvü Vuqar İskəndərov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü,“Yeniçağ”media Qrupun rəhbəri Aqil Ələsgər, Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin – Uşaq Məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İterpress.az” medianın baş redaktoru Toğrul Allahverdili, Daxili İşlər Nazirliyinin Səbail rayon Pİ-nin əməkdaşı,polis leytinantı Tərlan Ağayev. Səbail rayon İcra hakimiyyətinin Humanitar şöbənin baş məsləhətçisi Abbasəli Dərbəndli və ekspert Cavid Şahverdiyev iştirak ediblər.

Tədbirdə çıxış edən layihənin rəhbəri Nahid Canbaxışlı bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2 ay müddətində Bakı şəhərinin üç rayonunda həyata keçiriləcək.

Layihənin məqsədləri haqqında məlumat verən Nahid Canbaxışlı vurğulayıb ki, layihənin keçirilməsində məqsəd, azyaşlı gəncləri,xüsusəndə məktəbliləri müxtəlif pis vərdişlərdən uzaq tutmağa, nrkomaniya və tütündən istifadəyə meyilliyin azaldılmasına,bu müxtəlif xəstəliklərin səbəbinə çevrilən pis vərdişlərin tamamilə aradan qaldırılmasına dəstək verməkdir.

Layihə rəhbəri vurğulayıb ki, bu gün respublikamıza müxtəlif yollarla ayaq açan narkotik maddələr,bu ölüm mərkəzinin üzvüləri tərəfindən əsasən məktəblər və azyaşlı uşaqlar hədəf alınır: “Narkotik maddələrin daşıycıları,satıcıları üçün məktəblər,azyaşlı uşaqlar ilk növbədə hədəf götürülür. Bu şəbəkələr üçün məktəblər baza rolun oynayır ki, gənclər arasında,məktəblilər arasında iradəsi zəif olanlar tora salınaraq narkotikçilər tərəfindən bu illətin aludəçisinə çevrilirlər.

Bu halların qarşısının alınmasında təkcə məktəb rəhbərlikləri deyil,eyni zamanda ailələr də diqqətli olmalı,övladlarının gündəlik davranışlarındakı müxtəlif halları hiss etməlidirlər. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları nrkomaniya və tütündən istifadəyə qarşı mübarizə tədbirləri ilə bağlı müntəzəm marifləndirmə aksiyaları həyata keçirilər. Bizim məqsədimiz də qeyri-hökumət təşkilatları olaraq.dövlətin bu sahədə həyata keçirdiyi siyasətə dəstək verməkdir”.

Tədbirdə çıxış edən layihənin eksperti Cavid Şahverdiyev tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, sağlam gənclik naminə bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var: “Tütündən, xüsusən də şagirdlər arasında istifadə müxtəlif xəstəliklərin yaranmasına, ölümə səbəb olur. Dünuşyada hər il 6 milyon insan bu pis vərdişin qurbanına çevrilir. Siqaretdən istifadə, narkomanlıq bu gün dünyanı narahat edən qlobal problem kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir. Gənc nəsil milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almalıdır. Bu günün tütündən istifadə edən yeniyetmə miz sabahın natkomanına çevrilə bilər. Bu təkcə onun, ailəsinin deyil, bütövlükdə cəmiyyətin faciəsidir”.

Ekspert bu istiqamətdə keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynadığını söyləyib.
"Azərbaycanın enerji təhlükəsizliyi modeli  dünya enerji siyasəti məkanında bir örnəkdir""Bu gün Energetiklər Günü münasibəti ilə “Şimal” Elektrik Stansiyasında keçirilən tədbirdə “Azərenerji”nin prezidenti Baba Rzayev, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və digər ziyalılarımızla birlikdə iştirak etdik" .

Avrasiya.net xəbər verir ki, bunu sosial səhifəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yazıb

"Qeyd edim ki, Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 41 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilib" - vurğulayıb komitə sədri.

S.Qurbanov daha sonra yazıb: "Bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycanın enerji təhlükəsizliyi modeli dünya enerji siyasəti məkanında bir örnəkdir. Bu modeli əsasını enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsi durur. Yeni enerji növlərinə keçid prosesi də gələcəyə atılmış addımdır. Məsələn, yaşıl enerji bu gün aktuallığını artırmaqdadır. Ölkəmiz 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdıracaq.

Bir daha bütün energetikləri bu gün münasibəti ilə səmimi-qəlbdən təbrik edim və inanıram ki, onlar həmişə olduğu kimi özz işlərinin öhdəsindən layiqincə gələcək, müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər".





Dini icma rəhbəri niyə intihar edib? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib. Hadisə məscidin ərazisində baş verib.

Məlumata görə, H.Babayev məscidin həyətində olan yarımtikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq, intihar etməsində heç kimin günahının olmadığını qeyd edib.

Dini icma rəhbərinin intiharı barədə Modern.az-a danışan Lənkəranın Qurumba kəndinin icra nümayəndəsi Oruc Şəkərov hadisənin müəmmalı olduğunu söyləyib.

O, Hacıhəsən Babayevin kəndin ağsaqqalı kimi hörmətli adam olduğunu vurğulayıb.

“Mərhum problemli adam deyildi. Dini icmanın sədri kimi hörmət sahibi idi. İntiharın səbəbi müəmma olaraq qalır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, meyit ekspertizaya göndərilib. Hazırda intiharla bağlı araşdırma aparılır. Yəqin ki, araşdırmadan sonra hər şey aydın olacaq”, - deyə icra nümayəndəsi qeyd edib.
Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olunduXalq şairi, millət vəkili Sabir Rüstəmxanlı İstanbulda əməliyyat olunub.

Kult.az xəbər verir ki, bu barədə İstanbulda fəaliyyət göstərən tanınmış həkim, professor Vafi Atalay məlumat yayıb.

“Azərbaycanın çox sevilən, məşhur şairi və yazıçısı Sabir bəy Rüstəmxanlıya sağlığını bizə əmanət etdiyi üçün təşəkkür edirik”, - Atalay bildirib.
“ATƏT-in missiyasına ehtiyac yoxdur”Oktyabrın 21-27-də ATƏT Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifqaı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var?

Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, bu missiya yalnız Ermənistanın maraq dairəsindədir: “ATƏT bu vaxtadək Qarabağ münaqişəsinin həllində heç bir müsbət addım atmayıb. Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib. Vaxtilə ATƏT-in faktaraşdırıc müssiayası işğal olunan torpaqlarımızda olublar, vandallığı gözləri ilə görüblər, onun da şahidi olublar ki, Ermənistan bizim torpaqlarda necə süni məskunlaşmaya yol verib. Nəticəsi nə oldu? Missiya üzvləru turist kimi gəlib, turist kimi də getdilər. Heç bir ölçü götürmədilər. Ümumiyyətlə, bu təşkilatın Azərbaycan-Ermənistan münaqişəsinin həllində heç bir rolu olmayıb və olmayacaq da. Bir də hazırda 40 müşahidəçinin daxil olduğu Avropa İttifaqının mülki missiyası bölgəyə göndərilir. ATƏT-ə nə ehtiyac var?”
Rəsmi Bakıdan ATƏT-ə sərt reaksiyaAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi məsələsi ilə bağlı şərh verib.

Avrasiya.net bəyanatın mətnini təqdim edir:

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi ilə bağlı qeyd edək ki, belə bir missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. Bununla da, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək.

Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək.

30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması və onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində səylərin, eləcə də hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addım ciddi sual doğurur.

Fakt budur ki, ATƏT-in 2005 və 2010-cu illərdə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə iki missiyasının Ermənistanın aşkar destruktiv mövqeyinə görə ATƏT çərçivəsində konsensusla razılaşdırılması illər çəkmişdi. Azərbaycanın işğal olunmuş ərazilərində saysız-hesabsız qeyri-qanuni fəaliyyət, o cümlədən bu ərazilərdə qanunsuz məskunlaşma faktları nəzərə alınaraq, 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciəti yenə də Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb.

ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir".
Əliyev ağırlıqqaldırma bacarığını nümayiş etdirdi - FotoBu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Mərasimdə maraqlı anlar yaşanıb.

Belə ki, Prezident İlham Əliyev ağırlıqqaldırma üzrə bacarığını nümayiş etdirib.

Həmin görüntüləri təqdim edirik:
Urmiyada fabrikdə 51 işçi qazdan zəhərləndiUrmiya şəhərindəki zavodda qaz sızmasından 51 nəfər zəhərlənib.

Bunu Qərbi Azərbaycan Tibb Universitetinin Təcili Tibbi Yardım mərkəzinin rəis müavini Həşim Sayami deyib.

“Hazırda qazdan zəhərlənən 51 işçidən 4-ü xəstəxanaya yerləşdirilib, qalanlarının vəziyyəti stabildir, evə buraxılıblar”, - Sayami deyib.
QHT Bayıl qəsəbəsində ağacəkmə aksiyası həyata keçirib - FotolarAzərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ətraf mühitin məişət tullantılarından təmizlənməsi ilə bağlı Mənzil kommunal İstismar sahələrinin fəaliyyətinin monitorinqinin keçirilməsi və təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində Səbail rayonu, Bayıl qəsəbəsində ağacəkmə aksiyası həyata keçirilib.

Layihə çərçivəsində Səbail və Nəsimi rayonları ərazisində bərk məişət tullantılarının daşınması, idarə olunması ilə bağlı Mənzil-Komunal Təsərüfatı idarələrinin fəaliyyətinin monitorinqi aparılmış, yekun tədbir olaraq isə gənclərlə bərabər Səbail rayon ərazisində ağacəkmə aksiyası təşkil edilib.

Tədbirdə həmçinin Səbail rayonu İcra Hakimiyyətinin rəsmilərindən Ərazi İdarəetmə şöbəsinin müdiri İlham Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Natiq Lahıcov, ETSN-nin sektor müdirləri İbrahim Müsayibov və Aysel Ramazanova, Səbail İH-nin təsərüfat şöbəsinin müdiri Fərəməz Rəhmanov, Mənzil- Kommunal Təsərrufat idarəsinin şöbə rəisi Vüqar Mahmudov, İH-nin nümayəndəsi Yusif Məmmədov, 45 saylı Mənzil Komunal istismar sahəsinin rəisi Fuad Abdurəhmanov, Səbail rayon Bələdiyyəsinin müavini Elvin Novruzov, MKTİ-nin əməkdaşı Rəsul Tağıyev, Səbail rayon 2 saylı inzibati idarənin rəisi Mübariz Güləhmədov, ETSN-nin ictimai şuranın sədri Amin Məmmədov, ETSN-nin İŞ-nin sədr müavini Məhsəti Hüseynova ETSN-nin İŞ-nin ekoloji maarifləndirmə bölməsinin rəhbəri Aynur Zülfüqarlı, Respublika TV-nin rəhbəri Ramilə Sultan, QHT rəhbərləri, ictimaət nümayəndələri, KİV nümayəndələri və könüllü gənclər iştirak ediblər.


Tədbir son dərəcə ruh yüksəkliyi ilə keçirildi. Rəsmi qonaqlar çıxış edərək ağacəkmə aksiyalarının ekoloji maarifləndirməyə xidmət edən ən gözəl nümunə olduğunu bildirdilər. Sonda dövlət rəsmiləri və gənclərlə bərabər xatirə şəkilləri çəkilib.



#EMMIB ##QhtAgentliyi #NgoAgency #ekologiya #agacekme
İranda iki türk tələbə qız oğurlandıİranın Buşəhr əyalətindəki Xəlic Universitetinin Leyli Həzrəti və Səba Rayani adlı iki tələbəsi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Baydaq Nyus” məlumat yayıb.

Məlumata görə, hər iki qadın tələbə İranın cənubunda yaşayan qaşqay türklərindəndir.